05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

8

tarixdən Xanlarzadə Azər Məmməd Həsən oğlunun istifadəsində olmayıbdır.

Birinci instansiya məhkəməsinin qənaətinə görə “Toyota Land Cruiser Prado”

markalı, 10UU677 dövlət qeydiyyat nişanlı avtomobilin Xanlarzadə Azər Məmməd

Həsən oğlunun adına qeydiyyata alınmasına baxmayaraq, onun faktiki olaraq həmin

əmlaka sahiblik və istifadə hüququ olmamışdır.

Kollegiya qeyd edir ki, A.Xanlarzadənin mübahisəli avtomobili idarə etmək

üçün S.Xanlarzadəyə verdiyi ƏN-İ 517827 saylı etibarnamə və şahid ifadələri həmin

avtomobilin S.Xanlarzadənin mülkiyyətində olması üçün əsas deyildir. İş materialları

ilə tam təsdiq edilir ki, mübahisəli avtomobil iddiaçı A.Xanlarzadənin

mülkiyyətindədir və tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü bəndinə əsasən mübahisə

olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın

paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə

arvadın nikah dövründə qazandıqları əmlak, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinin tələbinə

görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara

əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar

məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış

pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına

mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli avtomaşının

bölünməsinə dair qarşılıqlı iddianın təmin edilməməsi hissədə birinci instansiya

məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu isə

Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə

qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin qismən təmin edilməli,

qətnamə qismən,- qarşılıqlı iddianın “Toyota Land Cruiser Prado” markalı, 10 UU

677 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən

pulun 1/2 hissəsinin G.Kərimovanın xeyrinə tutulması hissədə ləğv edilməli və

həmin hissədə qarşılıqlı iddia təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382,

384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

Q Ə T E T D İ :

Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal rayon məhkəməsinin 13

may 2008-ci il tarixli 2(004)-1047/08 saylı qətnaməsi qismən,- qarşılıqlı iddianın

“Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən pulun 1/2 hissəsinin

G.Kərimovanın xeyrinə tutulmasının təmin edilməməsi hissədə ləğv edilsin və həmin

hissədə qarşılıqlı iddia təmin edilsin.

Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!