05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

7

isə valideynləri tərəfindən cavabdehə hədiyyə edilməsini nəzərə alaraq,

qarşılıqlı iddianı həmin hissədə rədd etmişdir. Kollegiya hesab edir ki, həmin hissədə

birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

Tərəflərin izahatından aydın olur ki, 2 ədəd 12 şamlı çex çilçırağı və 2 ədəd

İran peçi iddiaçı Xanlarzadə Azər Məmməd Həsən oğlunun atası tərəfindən nikah

dövründə A.Xanlarzadəyə hədiyyə olunmuşdur. Buna görə də, həmin predmetlər

iddiaçının mülkiyyəti hesab edilməlidir.

Bundan başqa, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın ümumi

əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman

edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Qanun mənasına görə belə nəticəyə

gəlmək olar ki, iddiaçı A.Xanlarzadə qarşılıqlı iddiada göstərilən qızıl əşyalarını

nikah dövründə satmış və cavabdeh G.S.Kərimova da buna etirazını bildirməmişdir.

Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, AM 33.2-ci maddəsinə

əsasən qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir.

İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş

Dövlət Yol Polisi İdarəsinin 14.09.2008-ci il tarixli arayışından müəyyən olunur ki,

tərəflərin birgə nikahda olduqları müddətdə, 05.06.2007-ci ildən “Toyota Land

Cruiser Prado” markalı, 10UU677 dövlət qeydiyyat nişanlı avtomobil Xanlarzadə

Azər Məmməd Həsən oğlunun adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsinin iclasında ifadə verən şahid Meybullayev

Fariz Güllər oğlu bildirmişdir ki, o, Xanlarzadə Azərin qonşusudur və o, həmişə

“Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobili Azərin qardaşı Samirin istifadəsində görmüşdür.

Şahid Süleymanov İlqar İslam oğlu ifadəsində Xanlarzadə Azərin dostu

olduğunu, “Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobili həmişə Samirin istifadəsində gördüyünü bildirmişdir.

Şahid Meybullayev Məmmədhəsən Xanlar oğlu bildirmişdir ki, o, Xanlarzadə

Azərin atasıdır, kafedra müdiri vəzifəsində işləyir. Avtomaşının alınması üçün

15 000 ABŞ dollarını Samir, 10 000 ABŞ dollarını isə özü vermişdir.

Şahid Xanlarzadə Samir Məmmədhəsən oğlu ifadəsində iddiaçı Xanlarzadə

Azərin qardaşı olduğunu, Neft şirkətində komendant vəzifəsində işlədiyini, aylıq

əmək haqqısının 1060 manat təşkil etdiyini, qardaşının işləmədiyini və maşın almağa

imkanı olmadığını bildirmişdir. Göstərmişdir ki, avtomaşın alınarkən sənədləşmə

üçün vaxtı olmadığından qardaşından xahiş etmişdir ki, sənədləşmə ilə o, məşğul

olsun. Şahid əlavə olaraq qeyd etmişdir ki, mübahisəli avtomaşın faktiki olaraq ona

məxsusdur və həmişə onun istifadəsində olmuşdur.

Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə istinad etmiş, şahid ifadələrinə və iş

materiallarında olan etibarnaməyə əsaslanaraq hesab etmişdir ki, mübahisəli

avtomaşın rəsmi olaraq Xanlarzadə Azər Məmməd Həsən oğlunun adına qeydə

alınsa da, faktiki olaraq onun qardaşı Xanlarzadə Samir Məmməd Həsən oğluna

məxsusdur. Həmçinin, ƏN-İ 517827 saylı etibarnamənin məzmunundan da aydın

olur ki, 07.07.2007-ci il tarixdən həmin avtomobil etibarnamə əsasında Xanlarzadə

Samir Məmməd Həsən oğlunun istifadəsinə verilmişdir. Etibarnamənin

məzmunundan və şahidlərin ifadələrindən göründüyü kimi, həmin avtomobil alındığı

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!