05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

6

onların dəyərinin qaytarılması və mübahisəli avtomaşının hərracda satılaraq

əldə edilən vəsaitin bölünməsi hissədə təmin edilməsi barədə yeni qətnamə

çıxarılmasını xahiş etmişdir.

İddiaçı A.Xanlarzadə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək

izahatında göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən brilyant qaşlı 2 ədəd

sırğa və 1 ədəd üzük, boyunbağı və 60 qr-lıq italyan əyarlı ilə bilərzik, üzük və sırğa

dəsti (italyan əyarlı ilə) və brilyant qaşla (fantaziya formasında) tək üzük iddiaçının

razılığı ilə satılmış və əldə edilən pullar onun müalicəsinə və ailəsinin dolanışığına

xərclənmişdir. 2 ədəd 12 şamlı çex çilçırağı və 2 ədəd İran peçi isə atası tərəfindən

ona hədiyyə edilmişdir. Bundan başqa, “Toyota Land Cruiser Prado” markalı, 10 UU

677 dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmləşdirilsə də faktiki olaraq

onun qardaşı Xanlarzadə Samir Məmməd Həsən oğluna məxsusdur. Kollegiyadan

birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və

apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin

izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları

araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı

iddianın “Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən pulun ½ hissəsinin

G.Kərimovanın xeyrinə tutulmasının təmin edilməməsi hissədə maddi və prosessual

hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Ona

görə də apellyasiya şikayəti qismən təmin edilməklə həmin hissədə birinci instansiya

məhkəməsinin qətnaməsi ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilməli,

qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə görə

apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə

təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında nikahın pozulması

hissədə, habelə qarşılıqlı iddianın təmin edilmiş hissədə birinci instansiya

məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

Xanlarzadə Azər Məmməd Həsən oğlu ilə Kərimova Gülşən Sabir qızı

18.09.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarından və tərəflərin

izahatlarından aydın olur ki, nikahın pozulmasına dair tələblə cavabdeh razıdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci bəndinə əsasən ər-arvadın

birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən

müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha

daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində

və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın

hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Birinci instansiya məhkəməsi mübahisələndirilən brilyant qaşlı 2 ədəd sırğa və

1 ədəd üzüyün, boyunbağı və 60 qr-lıq İtalyan probu ilə bilərziyin, üzük və sırğa

dəstinin (italyan probu ilə) və brilyant qaşla (fantaziya formasında) tək üzüyün

iddiaçının razılığı ilə satılmasını, 2 ədəd 12 şamlı çex çilçırağı və 2 ədəd, İran peçinin

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!