05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2(103)-3167/2008

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

23 sentyabr 2008- ci il Bakı şəhəri,

Bakı Apellyasiya Məhkəməsinin

Mülki İşlər üzrə Kollegiyası

hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Mədinə

Bağırovadan ibarət tərkibdə,

Bahar Oruclunun katibliyi,

tərəflərin, cavabdehin nümayəndələri Cəfərli Azər Hacıməmməd oğlunun və

Hüseynova Vüsalə Zərif qızının iştirakı ilə,

iddiaçı Xanlarzadə Azər Məmməd Həsən oğlunun cavabdeh Kərimova Gülşən Sabir

qızına qarşı nikahın pozulmasına dair iddiası və

G.Kərimovanın A.Xanlarzadəyə qarşı əmlak tələbinə dair qarşılıqlı iddiası üzrə

Yasamal rayon məhkəməsinin 13 may 2008-ci il tarixli qətnaməsindən cavabdeh

G.Kərimova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında

baxaraq

M Ü Ə Y Y Ə N E T D İ:

Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 may 2008-ci il tarixli qətnaməsi

ilə (hakim A.Rzayev) ilkin iddia tam təmin edilib tərəflər arasında 18.09.2006-cı il

tarixdə bağlanmış nikah pozulmuş, eyni zamanda qarşılıqlı iddia qismən təmin

edilərək Kərimova Gülşən Sabir qızına məxsus cehiz əşyalarının: mebel dəsti (qorka,

kamod, bar, stol-stullar, televizor altı) - 3700 manat, Təbriz xalçaları-2 ədəd, 3x4

ölçüdə-615 manat, divan və 2 kreslo 570 manat, jurnal stolu 175 manat, 18 şamlı

Cexiya çilçırağı-525 manat, süfrə (atlas)- 30 manat, əlvan süfrə (orqanza)-30 manat,

tül süfrə (tac)-20 manat, atlas süfrə (yarpaqlı)-30 manat, süfrə (ağ rəngdə jurnal stolu

üçün)-20 manat, süfrə (göy rəngdə jurnal stolu üçün)-10 manat, süfrə (kətan açma

stol üçün) - 20 manat, qaşıq, bıçaq, çəngəl dəsti (12 predmet-2 qutuda)-60 manat,

gümüş çay qaşıqları-12 ədəd-24 manat, bıçaq, çəngəl, xörək, çay, kofe qaşığı

(gümüş) - 6 ədəd-200 manat, çay dəsti (serviz-Almaniya)-250 manat, çəhrayı rəngli

fujer- 6 ədəd -50 manat, meyvə qabı (bogema)-2 ədəd-140 manat, meyvə qabı

(billur)-2 ədəd-60 manat, güldan və iki qənd qabı (bogema-qəhvəyi rəngdə)-150

manat, qənd qabı 2 ədəd-60 manat, xrustal qab (qayıq şəklində)-20 manat, 3 ədəd

pərdə-500 manat, xrustal güldan, 2 ədəd lodka-Tom firması -280 manat, şifon

bogema bokal-70 manat, billur qənd qabı-50 manat, gümüş meyvə qabı-50 manat,

balacabillur güldan-30 manat, iki lepkalı qab-35 manat, iki billur qənd qabı-40

manat, nahar dəsti- 12 predmet-350 manat, billur stəkan- 12 ədəd-120 manat, 12

armudu billur stəkan-72manat, göy nəlbəkilər -24 ədəd-35 manat, televizor

"Panasonik"-205 manat, göy rəngdə boşqablar-24 ədəd-28 manat, bulud (göy

rəngdə)-1 ədəd-3 manat, bulud və 6 boşqab (lumunark)-16 manat, podnos (sitra)-40

manat, 3 mərtəbəli qab 10 manat, qənd qabları (lepkalı)-40 manat, qab (pirojna üçün)

2 ədəd12 manat, sadə dolça- 6 ədəd predmeti ilə-20 manat, qab (göy rəngdə ləbləbi

üçün)-15 manat, bulud qaşıqla birlikdə-1 ədəd-16 manat, tort götürən (3 ədəd)-12

2

manat, saat (at fıquru şəklində) 35 manat, fincan nəlbəki ilə birlikdə -12 manat,

qənd qabı (lepka)-12 manat, qaşıq (bulud üçün)- 6 ədəd-12 manat, kül qabı (billur-

Tom fırması)-30 manat, qənd qabı (qəhvəyi rəngdə- bogema)-30 manat, şifon dolça 6

balası ilə-80 manat, meyvə qabı (lepkalı)-45 manat, dondurma qabları-10 manat,

salfetkaüçün fıqur şəklində qab-10 manat, kitablar, 3 ədəd diplom, 22 şəkil albomu,

yataq mebeli (şifoner, termo, taxt, 2 ədəd tumbo)-1760 manat, 8 şamlı Çexiya

çılçırağı-265 manat, Pilet (Koreya) 1 ədəd-100 manat, Qurama pakrıval-1 ədəd-100

manat, Pakrıval-(orqanza) 1 ədəd- 265 manat, yay ədyalı (Tac firması)- 2 ədəd - 32

manat, Yorğan (Çəhrayı rəngli) - 1 ədəd-50 manat, Pastel (Tac fırması) 1 ədəd-36

manat, Pastel (maxrovı İnci fırması)-30 manat, Pastel(ağ rəngdə göy işləmələrlə)-1

ədəd-40 manat, əl dəsmalları-6 ədəd, can dəsmalı 6 ədəd, çay dəsmalı-12 ədəd-100

manat, Pastel (kitab şəklində)-30 manat, Pərdə-2 ədəd-300 manat, Süfrə-30 manat,

Süfrə (Tac)- 1 ədəd-30 manat, Yorğan (Sindipon) 1 ədəd-25 manat, Yastıq

(Sindipon)- 2ədəd-40 manat, Yastıq 6 ədəd-70 manat, Yorğan 3 ədəd-100 manat,

Döşək- 3 ədəd, döşəkçə-4 ədəd-220 manat, Tozsoran -132 manat, ütüstolu-16 manat,

iynə qabı-3 manat, Namaz xalçası, ağ namaz yaylığı ilə birlikdə - 4 manat, ayı.

pələng oyuncaq-20 manat, qazan dəsti (Tefal, boz rəngli, arşa fırması)-100 manat,

soyuducu (Samsunq)-820 manat, qazan dəsti (emal)-50 manat, tefalütü 50 manat,

Tefal mikser-70 manat, Gepas ətçəkən-50 manat, Duz, istiot, sarıkök qabı (taxta

üzərində)-20 manat, çörək qabı -12 manat, suşilka-20 manat, bıçaq dəsti-20 manat,

taxta - 3ədəd-10 manat, kofe dəsti (göy rəngdə)-20 manat, dəmir üstündə 6 fıncan və

nəlbəki-15 manat, duz qabı -6 ədəd-5 manat, bulud (lepkalı aş üçün)12 manat,blinçik

tavası (tefal)-10 manat, bakal 12 ədəd-4 manat, dolça 6 ədəd balası ilə-12 manat,

Qənd qabı (billur)- 2 ədəd-15 manat, göy və qırmızı qənd qabı-2 ədəd-10 manat,

bulyon fıncanı nəlbəki ilə-2 ədəd-15 manat, 2 ədəd çuqun tas və 1 ədəd çuqun vedrə-

20 manat, qızılı stəkanlar, qaşıqları, qənd qabı və podnosu ilə birlikdə 20 manat,

Podnos - 2ədəd-4 manat, çaynik- 1 ədəd-10 manat, qazança-3 ədəd (nikel)-12 manat,

kapron qab naboru-3ədəd-5 manat, masqura qaşığı- 6 ədəd - 6 manat, tok çayniki-10

manat, çamaşır səbəti-10 manat, Qazan (nikel), kruşka (nikel)-22 manat, dəm

çayniki-(şüşə)-6 manat, mətbəx naboru 3 ədəd-10 manat, nimçələr (qızılı rəngdə,

dolma üçün) -24 ədəd-24 manat, nimçələr (qızılı rəngdə, tort üçün) -12 ədəd-15

manat, mürəbbə qabı (qızılı rəngdə)-12 ədəd-12 manat, billur mürəbbə qabı-12 ədəd-

12 manat, göy rəngli kasa-6 ədəd-14 manat, fujerlər (salfetka üçün)-6 ədəd-12 manat,

emal qazança-3 ədəd-10 manat, Tefal mətbəxt dəsti-(abgərdən, kəfkir və s.) 15

manat, Qaşıq, çəngəl bıçaq, çay qaşığı-25 manat, Aşsüzənlər 3 ədəd 9 manat, Dəm

çayniki 2 ədəd 30 manat, vanna 5 manat, Sarımsaqəzən 1 ədəd, qoz sındıran -2 ədəd

6 manat, nişan üzüyü (brilyant)-550 manat, çəkmə-1 ədəd-30 manat, Basanoşka (ağ

rəngdə)-30 manat, Basnoşka (ağ rəngdə)-30 manat, Basanoşka (qızılı rəngdə)30

manat, Basanoşka (qara rəngdə)-20 manat, Ayaqqabı-10 manat, Yay kostyumu-60

manat, Qırmızı pencək-30 manat, Qara jaket-20 manat, Qış kostyumu-70 manat,

Dublyonka-200 manat, Qəhvəyi rəngdə gödəkçə-200 manat, Kofta 8 ədəd-180

manat, Yubka 6 ədəd-160 manat, Qol saatı-60 manat, Fen-50 manat, Çanta 4 ədəd -

110 manat və ya həmin əmlakların dəyərinin Xanlarzadə Azər Məmməd Həsən

oğlundan alınaraq G.S.Kərimovaya verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan

hissədə- brilyant qaşlı 2 ədəd sırqa, 1 ədəd üzük, boyunbağı və 60 qr-lıq İtalyan

3

probu ilə bilərzik, üzük və sırqa dəsti (italyan probu ilə) və brilyant qaşla

(fantaziya formasında) tək üzüyün, 12 şamlı Çex çilçırağı, 2 ədəd İran peçinin

A.M.Xanlarzadədən alınaraq G.S.Kərimovaya verilməsi, həmçinin “Toyota Land

Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac

yolu ilə satılması və əldə edilən pulun 1/2 hissəsinin G.S.Kərimovanın xeyrinə

tutulması hissəsində rədd edilmişdir. Qətnamədən cavabdeh G.Kərimova tərəfindən

apellyasiya şikayəti verilmişdir.

İşin hallarına görə iddiaçı A.Xanlarzadə cavabdeh G.Kərimovaya qarşı nikahın

pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki,

o, cavabdehlə 18.09.2006-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur.

Ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olmuşdur. Lakin sonradan birbirilərinə

olan münasibətləri dəyişmiş və xasiyyətləri düz gəlmədiyindən, həmçinin

uşaqları olmadığından münasibətləri korlanmışdır. Barışmaları qeyri-mümkündür.

Bundan başqa, G.Kərimova məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət

edərək iddiaçının tələbi ilə razı olduğunu bildirməklə göstərmişdir ki, A.Xanlarzadə

ilə rəsmi nikaha daxil olduqdan sonra cavabdehin yaşadığı Binəqədi qəsəbəsi,

Ramazanov küçəsi, döngə 1, ev 7-yə gəlin köçmüş və cehizlərini həmin mənzilə

yerləşdirmişdir; cehizləri hazırda da həmin mənzildədir. Nikahdan bir müddət sonra

cavabdehlə münasibətləri korlanmışdır. Artıq ailə münasibətlərini bərpa etmək

mümkün deyil. Onun cehizləri və toyda hədiyyə şəklində verilmiş qızıl-zinnət

əşyaları Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 7-də qalmışdır. Odur ki,

aşağıda qeyd olunan əmlakının ona qaytarılmasını tələb edir:

-mebel dəsti (qorka, kamod, bar, stol-stullar, televizor altı)-3700 manat, Təbriz

xalçaları-2 ədəd, 3x4 ölçüdə-615 manat, divan və 2 kreslo 570 manat, jurnal stolu

175 manat, 18 şamlı Cexiya çilçırağı-525 manat, süfrə (atlas)- 30 manat, əlvan süfrə

(orqanza)-30 manat, tül süfrə (tac)-20 manat, atlas süfrə (yarpaqlı)-30 manat, süfrə

(ağ rəngdə jurnal stolu üçün)-20 manat, süfrə (göy rəngdə jurnal stolu üçün)-10

manat, süfrə (kətan açma stol üçün) - 20 manat, qaşıq, bıçaq, çəngəl dəsti (12

predmet-2 qutuda)-60 manat, gümüş çay qaşıqları-12 ədəd-24 manat, bıçaq, çəngəl,

xörək, çay, kofe qaşığı (gümüş) - 6 ədəd-200 manat, çay dəsti (serviz-Almaniya)-250

manat, çəhrayı rəngli fujer- 6 ədəd -50 manat, meyvə qabı (bogema)-2 ədəd-140

manat, meyvə qabı (billur)-2 ədəd-60 manat, güldan və iki qənd qabı (bogemaqəhvəyi

rəngdə)-150 manat, qənd qabı 2 ədəd-60 manat, xrustal qab (qayıq şəklində)-

20 manat, 3 ədəd pərdə-500 manat, xrustal güldan, 2 ədəd lodka-Tom firması -280

manat, şifon bogema bokal-70 manat, billur qənd qabı-50 manat, gümüş meyvə qabı-

50 manat, balacabillur güldan-30 manat, iki lepkalı qab-35 manat, iki billur qənd

qabı-40 manat, nahar dəsti -12 predmet-350 manat, billur stəkan-12 ədəd-120 manat,

12 armudubillur stəkan-72 manat, göy nəlbəkilər-24 ədəd-35 manat, Televizor

"Panasonik"-205 manat, göy rəngdə boşqablar-24 ədəd-28 manat, bulud (göy

rəngdə)-1 ədəd-3 manat, bulud və 6 boşqab (lumunark)-16 manat, podnos (sitra)-40

manat, 3 mərtəbəli qab 10 manat, qənd qabları (lepkalı)-40 manat, qab (pirojna üçün)

2 ədəd12 manat, sadə dolça- 6 ədəd predmeti ilə-20 manat, qab (göy rəngdə ləbləbi

üçün)-15 manat, bulud qaşıqla birlikdə-1 ədəd-16 manat, tort götürən (3 ədəd)-12

manat, saat (at fıquru şəklində) 35 manat, fincan nəlbəki ilə birlikdə -12 manat, qənd

qabı (lepka)-12 manat, qaşıq (bulud üçün)- 6 ədəd-12 manat, kül qabı (büllur-Tom

4

fırması)-30 manat, qənd qabı (qəhvəyi rəngdə- bogema)-30 manat, şifon dolça 6

balası ilə-80 manat, meyvə qabı (lepkalı)-45 manat, dondurma qabları-10 manat,

salfetka üçün fıqur şəklində qab-10 manat, kitablar, 3 ədəd diplom, 22 şəkil albomu,

yataq mebeli (şifoner, termo, taxt, 2 ədəd tumbo)-1760 manat, 8 şamlı Çexiya

çılçırağı-265 manat, pilet (Koreya) 1 ədəd-100 manat, Qurama pokrıval-1 ədəd-100

manat, pokrıval-(Orqanza) 1 ədəd- 265 manat, yay odeyalı (Tac firması)- 2 ədəd - 32

manat, yorğan (Çəhrayı rəngli) - 1 ədəd-50 manat, postel (Tac fırması) 1 ədəd- 36

manat, postel (maxrovı İnci fırması)-30 manat, postel (ağ rəngdə göy işləmələrlə)-1

ədəd-40 manat, əl dəsmalları-6 ədəd, can dəsmalı 6 ədəd, çay dəsmalı-12 ədəd-100

manat, postel (kitab şəklində)-30 manat, pərdə-2 ədəd-300 manat, süfrə-30 manat,

süfrə (Tac)- 1 ədəd-30 manat, yorğan (Sindipon) 1 ədəd-25 manat, yastıq (Sindipon)-

2ədəd-40 manat, yastıq 6 ədəd-70 manat, yorğan 3 ədəd-100 manat, döşək- 3 ədəd,

döşəkçə-4 ədəd-220 manat, tozsoran -132 manat, ütüstolu-16 manat, iynə qabı-3

manat, namaz xalçası, ağ namaz yaylığı ilə birlikdə - 4 manat, ayı. pələng oyuncaq-

20 manat, qazan dəsti (Tefal, boz rəngli, arşa fırması)-100 manat, soyuducu

(Samsunq)-820 manat, qazan dəsti (emal)-50 manat, tefalütü 50 manat, Tefal mikser-

70 manat, Gepas ətçəkən-50 manat, Duz, istiot, sarıkök qabı (taxta üzərində)-20

manat, çörək qabı -12 manat, suşilka-20 manat, bıçaq dəsti-20 manat, taxta - 3ədəd-

10 manat, kofe dəsti (göy rəngdə)-20 manat, dəmir üstündə 6 fıncan və nəlbəki-15

manat, duz qabı -6 ədəd-5 manat, bulud (lepkalı aş üçün)12 manat,blinçik tavası

(tefal)-10 manat, bakal 12 ədəd-4 manat, dolça 6 ədəd balası ilə-12 manat, Qənd qabı

(billur)- 2 ədəd-15 manat, göy və qırmızı qənd qabı-2 ədəd-10 manat, bulyon fıncanı

nəlbəki ilə-2 ədəd-15 manat, 2 ədəd çuqun tas və 1 ədəd çuqun vedrə-20 manat, qızılı

stəkanlar, qaşıqları, qənd qabı və podnosu ilə birlikdə 20 manat, Podnos - 2ədəd-4

manat, çaynik- 1 ədəd-10 manat, qazança-3 ədəd (nikel)-12 manat, kapron qab

naboru-3ədəd-5 manat, masqura qaşığı- 6 ədəd - 6 manat, tok çayniki-10 manat,

çamaşır səbəti-10 manat, Qazan (nikel), kruşka (nikel)-22 manat, dəm çayniki-(şüşə)-

6 manat, mətbəx naboru 3 ədəd-10 manat, nimçələr (qızılı rəngdə, dolma üçün) -24

ədəd-24 manat, nimçələr (qızılı rəngdə, tort üçün) -12 ədəd-15 manat, mürəbbə qabı

(qızılı rəngdə)-12 ədəd-12 manat, billur mürəbbə qabı-12 ədəd-12 manat, göy rəngli

kasa-6 ədəd-14 manat, fujerlər (salfetka üçün)-6 ədəd-12 manat, emal qazança-3

ədəd-10 manat, Tefal mətbəxt dəsti-(abgərdən, kəfkir və s.) 15 manat, Qaşıq, çəngəl

bıçaq, çay qaşığı-25 manat, aşsüzənlər 3 ədəd 9 manat, dəm çayniki 2 ədəd 30 manat,

vanna 5 manat, Sarımsaqəzən 1 ədəd, qoz sındıran -2 ədəd 6 manat, nişan üzüyü

(brilyant) -550 manat, brilyant qaşla 2 ədəd sırga və 1 ədəd üzük badamı formada-

1500 manat, boyunbağı və bilərzik İtalyan probu ilə-60 qr-1500 manat, tək üzük

brilyant qaşla (fantaziya formasında)-500 manat, üzük və sırqa dəsti (italyan probu

ilə) -550 manat, 12 şamlı çex çilçırağı 2 ədəd-840 manat, İran peçi 2 ədəd-160 manat,

çəkmə-1 ədəd-30 manat, Basanoşka (ağ rəngdə)-30 manat, Basnoşka (ağ rəngdə)-30

manat, Basanoşka (qızılı rəngdə)30 manat, Basanoşka (qara rəngdə)-20 manat,

Ayaqqabı-10 manat, Yay kostyumu-60 manat, Qırmızı pencək-30 manat, Qara jaket-

20 manat, Qış kostyumu-70 manat, Dublyonka-200 manat, Qəhvəyi rəngdə gödəkçə-

200 manat, Kofta 8 ədəd-180 manat, Yubka 6 ədəd-160 manat, Qol saatı-60 manat,

Fen-50 manat, Çanta 4 ədəd -110 manat.

5

Sonradan G.Kərimova qarşılıqlı iddia tələbini artıraraq cavabdeh

A.Xanlarzadədən 152 adda əmlakın və ya onun dəyərinin ona qaytarılmasını və

cavabdehə məxsus “Toyota Land Cruiser Prado” markalı, 10UU677 dövlət qeydiyyat

nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən pulun 2/1 hissəsinin

onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

Bakı şəhəri Yasamal rayon məhkəməsi iddianı tam, qarşılıqlı iddianı qismən

təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 33.2, 34.1 və 36.3cü

maddələrinə, Mülki Məcəllənin 152-ci maddəsinə, MPM-nin 14.2 və 77.1-ci

maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən

ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi, G.Kərimovaya məxsus bütün

zinət əşyalarının və ya dəyərinin A.Xanlarzadədən alınıb əvvəlinciyə verilməsi və

birgə nikah dövründə alınmış «Toyota Land Cruiser Prado» markalı 10 UU 677

dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən

pulun ½ hissəsinin G.Kərimovanın xeyrinə tutulması barədə yeni qətnamə qəbul

edilməsi xahiş edilir.

Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya

məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə

qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmənin qətnaməsində «İnsan

hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8-ci

maddəsinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin, Azərbaycan

Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin Mülki Məcəllənin 225.1,

152.8, 362.1-ci maddələrinin, Ailə Məcəlləsinin 32.1, 36.1 və 37.1-ci maddələrinin

tələbləri pozulmuş, məhkəmə qeyd edilən normaları tətbiq etməli olduğu halda tətbiq

etməmişdir. Şikayətə görə mübahisəli avtomaşın A.Xanlarzadənin mülkiyyətində

olan əmlakdır və birgə nikah dövründə əldə olunmuşdur. Şikayətdə hesab edilir ki,

mübahisəli avtomaşını idarə etmək üçün A.Xanlarzadənin qardaşı Samirə etibarnamə

verməsi və şahid ifadələri qüvvədə olan qanunvericiliyə əsasən həmin avtomaşının

Samirin mülkiyyətində olması demək deyildir. Bundan başqa, şikayətdə qeyd edilir

ki, hədiyyə kimi verilən əmlak hissədə də məhkəmə düzgün qənaətə gəlməmiş,

A.Xanlarzadənin ziddiyyətli izahatlarına əhəmiyyət verməmişdir.

Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Cavabdeh G.Kərimovanın nümayəndəsi Hüseynova Vüsalə Zərif qızı

apellyasiya şikayətinin dəlillərini, qarşılıqlı iddia tələbini müdafiə edərək

göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia

tələblərinin təmin edilməməsi hissəsdə qanunsuz və əsassızdır. Hesab edir ki, təmin

edilən digər əmlakla yanaşı 5 adda qızıl-zinət əşyaları da təmsil etdiyi şəxsə

qaytarılmalı, eyni zamanda tərəflərin birgə nikah dövründə əldə etdikləri «Toyota

Land Cruiser Prado» markalı avtomaşın açıq hərracda satılmaqla əldə olunan pul

tərəflər arasında bərabər bölünməlidir.

Cavabdeh G.Kərimova və onun digər nümayəndəsi Cəfərli Azər Hacıməmməd

oğlu apellyasiya şikayətini müdafiə etmiş, Məhkəmə Kollegiyasından birinci

instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, qarşılıqlı iddia

tələbinin tam təmin edilərək təmin edilməmiş 5 adda qızıl-zinət əşyalarının və ya

6

onların dəyərinin qaytarılması və mübahisəli avtomaşının hərracda satılaraq

əldə edilən vəsaitin bölünməsi hissədə təmin edilməsi barədə yeni qətnamə

çıxarılmasını xahiş etmişdir.

İddiaçı A.Xanlarzadə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək

izahatında göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən brilyant qaşlı 2 ədəd

sırğa və 1 ədəd üzük, boyunbağı və 60 qr-lıq italyan əyarlı ilə bilərzik, üzük və sırğa

dəsti (italyan əyarlı ilə) və brilyant qaşla (fantaziya formasında) tək üzük iddiaçının

razılığı ilə satılmış və əldə edilən pullar onun müalicəsinə və ailəsinin dolanışığına

xərclənmişdir. 2 ədəd 12 şamlı çex çilçırağı və 2 ədəd İran peçi isə atası tərəfindən

ona hədiyyə edilmişdir. Bundan başqa, “Toyota Land Cruiser Prado” markalı, 10 UU

677 dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmləşdirilsə də faktiki olaraq

onun qardaşı Xanlarzadə Samir Məmməd Həsən oğluna məxsusdur. Kollegiyadan

birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və

apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin

izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları

araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı

iddianın “Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən pulun ½ hissəsinin

G.Kərimovanın xeyrinə tutulmasının təmin edilməməsi hissədə maddi və prosessual

hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Ona

görə də apellyasiya şikayəti qismən təmin edilməklə həmin hissədə birinci instansiya

məhkəməsinin qətnaməsi ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilməli,

qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə görə

apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə

təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında nikahın pozulması

hissədə, habelə qarşılıqlı iddianın təmin edilmiş hissədə birinci instansiya

məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

Xanlarzadə Azər Məmməd Həsən oğlu ilə Kərimova Gülşən Sabir qızı

18.09.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarından və tərəflərin

izahatlarından aydın olur ki, nikahın pozulmasına dair tələblə cavabdeh razıdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci bəndinə əsasən ər-arvadın

birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən

müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha

daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində

və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın

hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Birinci instansiya məhkəməsi mübahisələndirilən brilyant qaşlı 2 ədəd sırğa və

1 ədəd üzüyün, boyunbağı və 60 qr-lıq İtalyan probu ilə bilərziyin, üzük və sırğa

dəstinin (italyan probu ilə) və brilyant qaşla (fantaziya formasında) tək üzüyün

iddiaçının razılığı ilə satılmasını, 2 ədəd 12 şamlı çex çilçırağı və 2 ədəd, İran peçinin

7

isə valideynləri tərəfindən cavabdehə hədiyyə edilməsini nəzərə alaraq,

qarşılıqlı iddianı həmin hissədə rədd etmişdir. Kollegiya hesab edir ki, həmin hissədə

birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

Tərəflərin izahatından aydın olur ki, 2 ədəd 12 şamlı çex çilçırağı və 2 ədəd

İran peçi iddiaçı Xanlarzadə Azər Məmməd Həsən oğlunun atası tərəfindən nikah

dövründə A.Xanlarzadəyə hədiyyə olunmuşdur. Buna görə də, həmin predmetlər

iddiaçının mülkiyyəti hesab edilməlidir.

Bundan başqa, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın ümumi

əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman

edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Qanun mənasına görə belə nəticəyə

gəlmək olar ki, iddiaçı A.Xanlarzadə qarşılıqlı iddiada göstərilən qızıl əşyalarını

nikah dövründə satmış və cavabdeh G.S.Kərimova da buna etirazını bildirməmişdir.

Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, AM 33.2-ci maddəsinə

əsasən qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir.

İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş

Dövlət Yol Polisi İdarəsinin 14.09.2008-ci il tarixli arayışından müəyyən olunur ki,

tərəflərin birgə nikahda olduqları müddətdə, 05.06.2007-ci ildən “Toyota Land

Cruiser Prado” markalı, 10UU677 dövlət qeydiyyat nişanlı avtomobil Xanlarzadə

Azər Məmməd Həsən oğlunun adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsinin iclasında ifadə verən şahid Meybullayev

Fariz Güllər oğlu bildirmişdir ki, o, Xanlarzadə Azərin qonşusudur və o, həmişə

“Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobili Azərin qardaşı Samirin istifadəsində görmüşdür.

Şahid Süleymanov İlqar İslam oğlu ifadəsində Xanlarzadə Azərin dostu

olduğunu, “Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobili həmişə Samirin istifadəsində gördüyünü bildirmişdir.

Şahid Meybullayev Məmmədhəsən Xanlar oğlu bildirmişdir ki, o, Xanlarzadə

Azərin atasıdır, kafedra müdiri vəzifəsində işləyir. Avtomaşının alınması üçün

15 000 ABŞ dollarını Samir, 10 000 ABŞ dollarını isə özü vermişdir.

Şahid Xanlarzadə Samir Məmmədhəsən oğlu ifadəsində iddiaçı Xanlarzadə

Azərin qardaşı olduğunu, Neft şirkətində komendant vəzifəsində işlədiyini, aylıq

əmək haqqısının 1060 manat təşkil etdiyini, qardaşının işləmədiyini və maşın almağa

imkanı olmadığını bildirmişdir. Göstərmişdir ki, avtomaşın alınarkən sənədləşmə

üçün vaxtı olmadığından qardaşından xahiş etmişdir ki, sənədləşmə ilə o, məşğul

olsun. Şahid əlavə olaraq qeyd etmişdir ki, mübahisəli avtomaşın faktiki olaraq ona

məxsusdur və həmişə onun istifadəsində olmuşdur.

Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə istinad etmiş, şahid ifadələrinə və iş

materiallarında olan etibarnaməyə əsaslanaraq hesab etmişdir ki, mübahisəli

avtomaşın rəsmi olaraq Xanlarzadə Azər Məmməd Həsən oğlunun adına qeydə

alınsa da, faktiki olaraq onun qardaşı Xanlarzadə Samir Məmməd Həsən oğluna

məxsusdur. Həmçinin, ƏN-İ 517827 saylı etibarnamənin məzmunundan da aydın

olur ki, 07.07.2007-ci il tarixdən həmin avtomobil etibarnamə əsasında Xanlarzadə

Samir Məmməd Həsən oğlunun istifadəsinə verilmişdir. Etibarnamənin

məzmunundan və şahidlərin ifadələrindən göründüyü kimi, həmin avtomobil alındığı

8

tarixdən Xanlarzadə Azər Məmməd Həsən oğlunun istifadəsində olmayıbdır.

Birinci instansiya məhkəməsinin qənaətinə görə “Toyota Land Cruiser Prado”

markalı, 10UU677 dövlət qeydiyyat nişanlı avtomobilin Xanlarzadə Azər Məmməd

Həsən oğlunun adına qeydiyyata alınmasına baxmayaraq, onun faktiki olaraq həmin

əmlaka sahiblik və istifadə hüququ olmamışdır.

Kollegiya qeyd edir ki, A.Xanlarzadənin mübahisəli avtomobili idarə etmək

üçün S.Xanlarzadəyə verdiyi ƏN-İ 517827 saylı etibarnamə və şahid ifadələri həmin

avtomobilin S.Xanlarzadənin mülkiyyətində olması üçün əsas deyildir. İş materialları

ilə tam təsdiq edilir ki, mübahisəli avtomobil iddiaçı A.Xanlarzadənin

mülkiyyətindədir və tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü bəndinə əsasən mübahisə

olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın

paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə

arvadın nikah dövründə qazandıqları əmlak, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinin tələbinə

görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara

əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar

məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış

pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına

mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli avtomaşının

bölünməsinə dair qarşılıqlı iddianın təmin edilməməsi hissədə birinci instansiya

məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu isə

Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə

qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin qismən təmin edilməli,

qətnamə qismən,- qarşılıqlı iddianın “Toyota Land Cruiser Prado” markalı, 10 UU

677 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən

pulun 1/2 hissəsinin G.Kərimovanın xeyrinə tutulması hissədə ləğv edilməli və

həmin hissədə qarşılıqlı iddia təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382,

384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

Q Ə T E T D İ :

Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal rayon məhkəməsinin 13

may 2008-ci il tarixli 2(004)-1047/08 saylı qətnaməsi qismən,- qarşılıqlı iddianın

“Toyota Land Cruiser Prado” markalı, 10 UU 677 dövlət qeydiyyat nişanlı

avtomobilin açıq hərrac yolu ilə satılması və əldə edilən pulun 1/2 hissəsinin

G.Kərimovanın xeyrinə tutulmasının təmin edilməməsi hissədə ləğv edilsin və həmin

hissədə qarşılıqlı iddia təmin edilsin.

Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

9

Qətnamədən 3 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə

Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!