05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

№ 2-1inz(103)-54/2011

09 iyun 2011-ci il

Bakı şəhəri

Azərbaycan Respublikasının adından

Q Ə R A R

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası

hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova

Səriyyə Seyid qızı və Hüseynov Sərvət Qeybəli oğlundan ibarət tərkibdə,

məhkəmə iclas katibi Şahverdiyev İsrafil Dilqəm oğlunun katibliyi,

iddiaçı B. R. K. oğlunun nümayəndələri Ə. F. F. oğlu (ali təhsilli, hüquqşünas, Bakı

şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7, məhəllə 539) və E. A. A. oğlunun (ali təhsilli,

hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7, məhəllə 539),

cavabdeh A.R.V.N. Bakı şəhəri V.D. nümayəndəsi Ə. Ə. K. oğlunun iştirakı ilə

əlavə hesablanmış vergilərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1

saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-184/2011 nömrəli iş üzrə 29 mart

2011-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən

inzibati işə açıq məhkəmə iclasında baxaraq

müəyyən etdi:

İddiaçı R.B. cavabdeh AR VN Bakı şəhəri V. D. qarşı 1 saylı Bakı İnzibati-

İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin kameral qaydada

iddiaçının şəxsi hesabına 2010-cu ilin mart ayına görə 645,3 manat, aprel ayına görə

817,06 manat, may ayına görə 537,6 manat, iyun ayına görə 537,6 manat, iyul ayına

görə 385,7 manat, avqust ayına görə 385,7 manat, sentyabr ayına görə 341,6 manat,

oktyabr ayına görə 287 manat, noyabr ayına görə 107,1 manat, dekabr ayına görə 9,8

manat, ümumilikdə 4.054,46 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan

vergilərə əlavə hesablama aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi

və şəxsi hesab vərəqəsinə işlənmiş həmin əlavə hesablamaların və ona hesablanmış

faizlərin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul

edilməsini xahiş etmişdir.

İddiaçının eyni məhkəməyə təqdim etdiyi iddianın dəyişdirilməsinə dair ərizə ilə

cavabdehin kameral qaydada iddiaçının şəxsi hesabına 2010-cu ilin mart ayına görə

645,3 manat, aprel ayına görə 817,06 manat, may ayına görə 537,6 manat, iyun ayına

2

görə 537,6 manat, iyul ayına görə 385,7 manat, avqust ayına görə 385,7 manat, sentyabr

ayına görə 341,6 manat, oktyabr ayına görə 287 manat, noyabr ayına görə 107,1 manat,

dekabr ayına görə 9,8 manat, ümumilikdə 4.054,46 manat muzdlu işlə əlaqədar ödəmə

mənbəyində tutulan vergilərə apardığı əlavə hesablamaların ləğv edilməsinə dair qərar

qəbul edilməsi xahiş olunmuşdur.

İddianın əsaslarına görə, 2010-cu ilin yanvar ayından başlayaraq oktyabr

ayınadək olan dövr ərzində cavabdeh kameral qaydada iddiaçının şəxsi hesabına muzdlu

işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərə ümumilikdə 4.054,46 manat əlavə

hesablama aparmışdır. Cavabdeh sözügedən hərəkətlərini iddiaçı ilə əmək müqaviləsi

bağlamaqla işləyənlərin əmək haqqı məbləğlərinin respublika üçün müəyyən edilmiş

orta əmək haqqı məbləğindən aşağı olması və bu əsasla da, aradakı fərqə uyğun olaraq

onun şəxsi hesabına kameral qaydada əlavə hesablama aparılması ilə izah etmişdir.

Cavabdehin əlavə hesablama ilə bağlı dəlilləri əsassız və qanunsuzdur.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 29.03.2011-ci il tarixli

qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri V. D. tərəfindən B. R. K. oğluna

kameral vergi yoxlaması nəticəsində hesablanmış cəmi 4.054,46 manat məbləğdə vergi

borcu ləğv edilmişdir.

Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlillərinə görə əmtəə bircalarında təqdim edilmiş vakant

iş yerlərinə təklif edilən əmək haqları iddiaçının təqdim etdiyi müqavilələrdə göstərilən

əmək haqlarından yüksəkdir. Bu müqavilələr formal olaraq bağlanmış əqdlərdir və

vergidən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasında minimum istehlak

səbətinin tərkibi barədə Nazirlər Kabinetinin qərarı məhz Dövlət Statistika Komitəsinin

məlumatına əsasən qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin

“Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi

haqqında” 20.04.2009-cu il tarixli qərarına əsasən orta hesabla adambaşına bir il ərzində

ərzaq məhsullarına, qeyri-ərzaq məhsullarına və digər xidmətlərə çəkilən xərclər

hesablanmışdır. Vergi ödəyicisinin öz işçilərinə ödədiyi əmək haqqı reallıqdan kənar

olmaqla, statistikanın göstərdiyi xərclərdən aşağıdır. Sahibkar öz işçilərinə ödədiyi

əmək haqqını yuxarıda qeyd edilən minimum istehlak səbətinin tərkibinə müvafiq ödəsə

də, vergi orqanına təqdim etdiyi hesabatlarında rəqəmləri təkzib etməklə dövlət

büdcəsinə çatası vergilərdən yayınmış olur. Apellyasiya şikayətində birinci instansiya

məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunmuşdur.

İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi məhkəmə

iclasında apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək,

apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının

ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

İddiaçının nümayəndələri məhkəmə iclasında apellyasiya şikayətini qəbul

etməyib, iddia ərizəsinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin

olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə

saxlanılmasını xahiş etmişlər.

Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin

nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları

ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti

3

təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən

qüvvəsində saxlanılmalıdır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 82-ci

maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət

həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında

mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu

Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları

(sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı R.B.

01.10.2004-cü il tarixdə vergi ödəyicisi (VÖEN 1100049962) kimi uçota alınmışdır.

Cavabdeh AR VN Bakı şəhəri V. D. dövlət vergi orqanı kimi qanunvericiliklə

müəyyən edilmiş qaydada vergilərin ödənilməsinə nəzarəti həyata keçirir.

İş materiallarından görünür ki, faktiki olaraq çörək və unlu qənnadı məhsullarının

istehsalı ilə məşğul olan iddiaçı işəgötürən olaraq 2010-cu ildə müxtəlif fiziki şəxslərlə

əmək müqavilələri bağlamış, müqavilələrlə sonuncuların əmək haqları 75 manatdan 150

manatadək müəyyən edilmişdir (iş vərəqi-10-20, 53-56, 77-99, 107-108, 113-114, 127-

164).

Cavabdeh iddiaçının 2010-cu il üzrə təqdim etdiyi vergi bəyannamələrinin

muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hissələrini kameral qaydada

yoxlayaraq, bir işçinin orta aylıq əmək haqqı məbləğinin respublika üzrə bu dövr üçün

müəyyən edilmiş orta aylıq əmək haqqı məbləğinin (297,8 manat) göstəricisindən az

olduğunu hesab etmiş, iddiaçıya muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan

vergilərə 2010-cu ilin mart ayına görə 645,3 manat, aprel ayına görə 817,06 manat, may

ayına görə 537,6 manat, iyun ayına görə 537,6 manat, iyul ayına görə 385,7 manat,

avqust ayına görə 385,7 manat, sentyabr ayına görə 341,6 manat, oktyabr ayına görə

287 manat, noyabr ayına görə 107,1 manat, dekabr ayına görə 9,8 manat olmaqla, cəmi

4.054,46 manat əlavə hesablama aparmış, əlavə vergilər iddiaçının şəxsi vərəqəsinə

işlənmişdir (i.v-23-26).

İPM-in:

14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati

orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut

etməlidir;

14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar

olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən

müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu

sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür;

14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə

haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin

mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan

iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin

mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi

həmin inzibati orqanın üzərinə düşür.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin («VM») 53.3-cü maddəsinə görə

vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut

etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların

4

və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi

qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan

qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsi

qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya kameral qaydada

əlavə vergilərin hesablanması üçün əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini

zəruri edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə sübuta yetirilmir.

Belə ki, VM-in:

37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən

təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və

ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat

tələb edə bilər;

67.1-ci maddəsinə görə vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan

hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının

xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar

vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara

(yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat

uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda,

mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma

obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi

orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə

hesablamaq hüququ vardır;

67.5-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli

məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi

rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta

aylıq əmək haqqı əsasında hesablayır.

Məhkəmə araşdırmasının nəticələrinə görə iddiaçının təqdim etdiyi bəyannamə

ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhvin aşkar edilməsi,

iddiaçının verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını VM ilə

nəzərdə tutulan müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün

müddətdə əsas olmadan təqdim etməməsi, muzdla işləyən fiziki şəxslərin gəlir

vergisini əlaqəli məlumata əsasən hesablamağın qeyri-mümkün olması və ya fiziki

şəxslərin işləməsinin rəsmiləşdirilməməsi iş üzrə sübuta yetirilmir.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi məlumatların AR

Dövlət Statistika Komitəsinin bu dövr üçün hesabladığı orta aylıq əmək haqqı

məbləğinə uyğun olmamasının kameral yoxlamanın aparılımasına hüquqi əsas təşkil

etməsi barədə vergi orqanının mülahizəsi VM-in göstərilən normasının yanlış təfsirinin

nəticəsidir.

Eyni zamanda, sadalanan normaların tələblərinə müvafiq olaraq iddiaçının

verginin hesablanması üçün zəruri olan məlumatları vergi orqanının xəbərdarlıq etdiyi

gündən 5 gün müddətdə əsas olmadan təqdim etməməsi ilə bağlı məsələnin qanuni

həllinə nail olmadan muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata

əsasən hesablamanın qeyri-mümkünlüyünün irəli sürülməsi növbəti qanun pozuntusuna

yol verməkdir.

5

Eləcə də, iş materialları ilə təsdiq olunur ki, fiziki şəxslərin işləməsi

rəsmiləşdirilmiş, iddiaçının işçilərlə münasibəti əmək müqavilələri ilə tənzimlənmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, iddia digər sahə qanunvericilik aktlarının

mübahisəyə tətbiqi baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki

Məcəlləsinin («MM»):

2.3-cü maddəsinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf

mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər

ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı

qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə

tənzimlənir;

390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr

bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə

nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir,

amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin («ƏM») 42-ci maddəsinin 1-ci

bəndinə əsasən əmək müqaviləsi sərbəst bağlanır.

İşdən görünür ki, iddiaçının işçilərlə bağladığı əmək müqavilələrinin digər şərtləri

ilə yanaşı əmək haqqının miqdarı da azad surətdə razılaşdırılmışdır (ƏM, 43-cü maddə,

«ə» bəndi).

Qeyd olunan müqavilələri əmək haqqı hissəsində qeyri-real sayan cavabdeh AR

D.S.K. respublika üzrə bu dövr üçün hesabladığı aylıq əmək haqqı məbləğinə (297,8

manat) və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2005-ci il tarixli 118

nömrəli Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin

30.04.2009-cu il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş yeni redaksiyada)

«Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi»nə əsaslanaraq əmək

haqqının işçiyə əslində minimum istehlak səbətinə müvafiq ödənildiyini, lakin vergi

bəyannamələrində az göstərildiyini fərz edərək, iddiaçıya əlavə vergilər hesablamışdır.

Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli əmək haqqı

məbləğlərinin bəyannamədə həqiqi dəyərindən aşağı göstərilməsi mülahizəsi ilə

vergiləri yenidən hesablaması əsassız və qanunsuzdur.

İlk olaraq, şərtləri və məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olan, azad

surətdə bağlanan əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının hər hansı

subyektiv mülahizə ilə cavabdeh tərəfindən inzibati qaydada yenidən hesablanması

mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə

azadlığı kimi prinsiplərinə ziddir (MM-6).

MM-in 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı

qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma)

nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və

ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma

olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

Bundan əlavə, iş üzrə mübahisəli əmək haqları minimum aylıq əmək haqqının

Azərbaycan Respublikası Prezidentinin «Minimum aylıq əmək haqqının artırılması

haqqında» 25.08.2008-ci il tarixli Sərəncamı ilə müəyyən edilən 75, 31.08.2010-cu il

6

tarixli Sərəncamı ilə müəyyən edilən 85 manat (01.09.2010-cu il tarixdən) hədlərinə

uyğundur.

Digər tərəfdən isə, qanunvericiliklə əmək haqqı məbləğinin AR D.S.K.

respublika üzrə hesabladığı orta aylıq əmək haqqı miqdarına və «Azərbaycan

Respublikasında minimum istehlak səbətinin tərkibi»nə uyğunlaşdırılması tələbi

nəzərdə tutulmamışdır.

İşçilərə verilən əmək haqqının cavabdehin apellyasiya şikayətində qeyd etdiyi

kimi minimum istehlak səbətinə müvafiq ödənilməsi və miqdarı iş materialları ilə də

təsdiqini tapmır.

Məhkəmə kollegiyası yekunda qeyd edir ki, orta aylıq əmək haqqı məbləği

respublika üzrə aylıq əmək haqlarının orta rəqəminin çıxarılması ilə əldə edilir. Bu

rəqəm hesablanarkən isə həm minimum, həm də digər aylıq əmək haqqı məbləğləri

nəzərə alınır.

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə əsasən

heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən

əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

VM-in:

3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən

vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu

Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək

vəzifəsi qoyula bilməz;

3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə

formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı

məbləğdə ödəməli olduğunu dəqiq bilsin;

3.11-ci maddəsinə görə isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri

və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun

nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın

(şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət

instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt

qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu

hallarda da bu qayda tətbiq olunur.

Həmin Məcəllənin 87.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi

birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər,

dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci

instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd

olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya

məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya

şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin tələbləri ilə təkzib edilir və

qərarın ləğvinə əsas vermir. Bununla bağlı, apellyasiya şikayəti təmin edilməməli,

birinci instansiya məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Göstərilənlərə əsasən və İPM-in 23, 68-70, 75, 87 və 94-cü maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

7

qərara aldı:

A.R.V.N. Bakı şəhəri V.D. apellyasiya şikayəti təmin edilməsin.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-184/2011 nömrəli iş üzrə 29

mart 2011-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Yusif

Səfərov küçəsi, 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!