05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İş № 2(103)-3478/2009

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

06 oktyabr 2009-cu il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Mülki Işlər Üzrə Kollegiyası

Hakimlər İsa İbrahim oğlu İsmayılovun sədrliyi və məruzəsi ilə,

İlqar Kamal oğlu Dəmirov və Cəmilə İbrahim qızı Səfiyevadan ibarət tərkibdə,

Məhkəmə iclas katibi Nail Ramiz oğlu İbadovun,

İddiaçı Klementyeva İrina Yevgenyevnanın,

Cavabdehin nümayəndəsi Nəbiyev Novruz Hacıağa oğlunun,

Tərcüməçi Oruclu Bahar Nürəddin qızının iştirakları ilə

Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 may 2008-ci il tarixli qətnaməsindən

cavabdeh «Bakıelektrikşəbəkə» ASC-nin nümayəndəsi N.Nəbiyev tərəfindən

verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin

binasında açıq məhkəmə iclasında baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-894/2008 saylı, 02 may 2008ci

il tarixli qətnaməsi ilə, iddiaçı Klementyeva İrina Yevgenyevnanın cavabdeh

«Bakıelektrikşəbəkə» ASC-yə qarşı vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab

edilməsi, qanunsuz olaraq tərtib olunmuş aktların ləğv edilməsi və həmin aktlar

əsasında əsassız olaraq işıq sərfiyyətı ilə əlaqədar hesablanmış 600,63 manat borcun

silinməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat pulun onun hesabına

köçürülməsi tələbinə dair ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Cəbiyev küçəsi,

ev № 1-də yerləşən 62 №-li mənzildə elektrik enerjisindən istifadə ilə bağlı 11 avqust

2007-ci il tarixli aktla tətbiq olunmuş 136,32 manat məbləğində borc və 28 yanvar

2008-ci il tarixli aktla tətbiq olunmuş 353,54 manat məbləğində borc, cəmi 489,86

manat məbləğində borcun ləğv edilməsi, həmin mənzildə hesablaşma elektrik

sayğacından kənar elektrik xəttini olması əsası ilə məişət abonentinin şəbəkədən

ayrılmasının qanunsuz hesab edilməsi qət edilmişdir.

İş materiallarından görünür ki, Bakı şəhər Tİ və MHQİ (indiki Azərbaycan

Respublikası Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət

Reyetsr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş ÖM seriyalı,

018253 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Cəbiyev

küçəsində yerləşən 1 saylı evin 62 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında

Klementyeva İrina Yevgenyevnanın adına qeydə alınmışdır.

«Bakıelektrikşəbəkə» ASC tərəfindən Bakı şəhəri, Cəbiyev küçəsində yerləşən

1 saylı evin 62 saylı mənzilə dair verilmiş «Abunə haqqında» başlıqlı 14 fevral 2008ci

il tarixli arayışdan görünür ki, həmin mənzildə elektrik enerjisindən istifadəyə görə

qalıq borc 600,64 manat təşkil edir. Bu arayışın «Bağlanan aktlar» bölməsindəki

qeydlərdən görünür ki, 11 avqust 2007-ci il tarixdə tərtib olunmuş akta əsasən 136,32

manat, 28 yanvar 2008-ci il tarixdə tərtib olunmuş akta əsasən isə 353,54 manat

məbləğində borc tətbiq edilmişdir. Birinci aktın tərtib olunma səbəbi «alt qapaq

yoxdur» kimi, ikinci aktın tərtib olunma səbəbi isə «sayğacdan kənar işlədicilər var»

kimi qeyd olunmuşdur.

11 avqust 2007-ci il tarixli aktın «Pozuntunun qısa məzmunu qrafasında» olan

qeyddən görünür ki, «Yoxlama zamanı məlum oldu ki, disk ilişir və alt qapaq möhürü

yoxdur».

2008-ci ilin fevral ayında iddiaçı İ.Klementyeva iddia ərizəsi ilə məhkəməyə

müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsində

yerləşən 1 saylı evin 62 saylı mənzilinin xüsusi mülkiyyətçisidir. 11 avqust 2007-ci il

tarixdə «Bakı Elektrikşəbəkə» ASC-nin Nəsimi rayonu üzrə şöbəsinin işçiləri

tərəfindən tərtib edilmiş 037408 saylı akta əsasən onun mənzilində olan sayğac yenisi

ilə dəyişdirilmişdir. Həmin sayğacın dəyişdirilməsinin səbəbi isə köhnə sayğacda

olan disk ilişməsi və alt qapaq möhürünün olmaması olmuşdur. Həmin sayğac

dəyişdirildikdən sonra bu barədə 072170 saylı məişət istehlakçılarında sayğacların

dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında protokol tərtib edilmiş və

həmin sayğacda 000000 olmuşdur. Köhnə sayğacda göstərici isə 7637 olmuşdur.

Beləliklə ona sayğac quraşdırıldıqdan və bunun üstündən bir ay keçdikdən sonra

nədənsə borcunun 220,43 manat olması barədə ona bildiriş gəlmişdir və həmin

bildirişdə qalıq borcun 211,73 manat olması göstərilmişdir. Bundan başqa

07.09.2007-ci il tarixli bildirişdə heç bir sayğac rəqəmləri göstərilməməklə əsassız

olaraq 295,54 manat borc yazılmışdır. Bundan sonra onun tərəfindən 100 manat

məbləğində işıq pulu ödənilmiş və bu günə kimi onun tərəfindən cəmi 300 kvts enerji

istifadə olunmuşdur. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları hətta sayğac

dəyişdirildikdən sonra hər dəfə evə gəlib onun mənzilinə keçən işıq naqillərini kəsib

atır, əsassız olaraq onun evinə kənar xəttin getməsini bildirir. Dəfələrlə cavabdehə

müraciət edib həmin hərəkətlərə son qoyulmasını tələb etsə də, onlar buna heç bir

əhəmiyyət verməmiş və bu barədə heç bir tədbir görməmişlər. 09.02.2008-ci il

tarixdə evə gələrkən o, qapıda işıq qəbzini aşkar etmiş və həmin bildirişdə onun

borcunun 600,63 manat olması göstərilmişdir. Həmin qəbzi gördükdən sonra belə bir

borcun haradan yığılmasını və nədən belə yazılmasını aydınlardırmaq üçün işıq

idarəsinə getmiş və orada ona rus olduğundan, izah verməkdən imtina etmişlər və

demişlər ki, «bildirişdə hansı borc yazılıbsa, həmin borcu da ödəməlisən». Bundan

başqa qeyd etmək istəyir ki, o, 01.09.2007-ci il tarixdə rəsmi olaraq cavabdehə

müraciət edərək onun mənzilinə hər hansı bir kənar xəttin daxil olmasının

yoxlanılmasını xahiş etmişdir, bununla əlaqədar komissiya gəlib mənzilində yoxlama

aparmış və bu barədə akt tərtib etmişdir. Lakin həmin aktda nə yazılması ona

bildirilməmiş və həmin aktın surəti ona təqdim olunmamışdır. Belə olan halda o, baş

idarəyə gedərək oradan kömpyüterlə onun borcunun olması barədə çıxarışı

çıxartmışdır və həmin çıxarışda aşkar etmişdir ki, onun barəsində 11.08.2007-ci il

tarixdə və 28.01.2008-ci il tarixdə akt tərtib olunmuşdur. Belə olan vəziyyətdə o,

məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Digər tərəfdən

həmçinin qeyd edir ki, 600,63 manat işıq borcu olan qəbzə sayğacın ilk və son

göstəriciləri göstərilməli olduğu halda, həmin sayğacda heç bir göstərici yoxdur.

Bildirişdə işıq sərfiyyatının 441,90 kvts olması göstərilir, halbuki məhkəməyə təqdim

olunmuş sayğacın fotoşəkilindən aydın görünür ki, sonuncu göstərici 300-dür. Belə

olan halda cavabdeh tərəfindən hansı səbəbə görə və nəyə əsasən 600,63 manat borc

yazması məlum deyil. Göstərilənləri nəzərə alaraq İ.Klementyeva cavabdeh təşkilatın

vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz olaraq tərtib

olunmuş aktların ləğv edilməsi və həmin aktlar əsasında əsassız olaraq işıq sərfiyyatı

ilə əlaqədar hesablanmış 600,63 manat borcun silinməsi və onun tərəfindən ödənilmiş

100 manat məbləğində pulun onun hesabına köçürülməsi barədə qətnamə qəbul

edilməsini xahiş etmişdir.

İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda

göstərilən qaydada həll olunmuşdur.

Cavabdeh “Bakıelektrikşəbəkə” ASC-nin nümayəndəsi qətnamədən

apellyasiya şikayəti verərək qətnamənin əsassız olduğunu hesab edərək göstərmişdir

ki, 11 avqust 2007-ci və 28 yanvar 2008-ci il tarixlərdə “Bakıelektrikşəbəkə”ASC-nin

Nəsimi rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları tərəfindən

İ.Klementyevaya məxsus Bakı şəhəri, Cəbiyev küçəsi, ev 1, mənzil 62 ünavnında

elektrik enerjisinin uçotu və elektrik enerjisindən istifadə qaydalarına riayət olunması

vəziyyəti yoxlanılmış və yoxlamaların nəticəsinə dair 11 avqust 2007-ci il tarixli R

seriyalı 037408 saylı və 28 yanvar 2008-ci il tarixli R seriyalı 070027 saylı aktlar

tərtib edilmişdir. Birinci aktda sayğacın diskinin ilişməsi, alt qapaq möhürünün

olmaması, ikinci aktda isə mənzilə sayğacdan kənar xətt çəkilməsi pozuntu kimi

göstərilmişdir. Nəsimi RETSİ-nin əhali aktları üzrə komissiyasının icra vərəqələri ilə

iddiaçıya birinci akta əsasən aşkar edilmiş pozuntuya görə 920 gün müddətinə 9678

kvts əlavə sərfiyyat və 278,51 manat əlavə ödəniş, ikinci akta əsasən aşkar edilmiş

pozuntuya görə isə 120 gün müddətinə 5892 kvts əlavə sərfiyyat və 353,54 manat

əlavə ödəniş, cəmi 632,05 manat borc hesablanmışdır. Mübahisəli aktlardan görünür

ki, pozuntu aşkar edilən hesablaşma elektrik sayğacı iddiaçının mənzilində

quraşdırılmış, yoxlamalar zamanı aşkar edilmiş pozuntular EEİQ-nin 8.32 bəndində

nəzərdə tutulan pozuntu hallarını ifadə etmiş və həmin pozuntuları görə məsuliyyət

EEİQ-nin 7.11 bəndinə əsasən məişət abonenti kimi iddiaçının üzərinə düşmüşdür.

Ona görə də mübahisələndirilən aktlara əsasən EEİQ-nin 8.32 və 8.33 bəndlərinə

uyğun olaraq hesabat aparılmış və abonentə əlavə ödəniş hesablanmışdır. Göründüyü

kimi, cavabdeh tərəfindən yoxlamanın aparılması, aktın tərtibi və əlavə ödənişin

hesablanması EEİQ-nin 7.11, 8.32 və 8.33 bəndlərinin tələblərinə riayət edilməklə

həyata keçirilmişdir. Lakin məhkəmə qətnamə çıxararkən göstərilən halları nəzərə

almadan, işin faktiki və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır.

Göstərilənləri nəzərə alaraq cavabdeh təşkilat birinci instansiya məhkəməsinin 02

may 2008-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin

olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib,

şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş edən cavabdehin nümayəndəsi

N.Nəbiyevin, şikayətlə razılaşmayıb qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş

edən iddiaçı İ.Klementyevanın izahatlarını dinləyib,işdə olan sübutları qiymətləndirib

və onlara məcmu şəkildə hüquqi qiymət verdikdən sonra hesab edir ki, aşağıdakı

səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya

instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını

onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv

edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş

dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Məhkəmə kollegiyası ilk növbədə irəli sürülmüş iddia tələblərinə hüquqi

qiymət verilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18

№-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.11-ci

bəndinə əsasən, yaşayış binalarını girişində, yaxud pilləkən meydançalarında

quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən

üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə

enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İ.Klementyevanın

yaşadığı mənzil üzrə hesablaşma eletkrik sayğacı binanın pilləkən meydançasında

quraşdırılmışdır.

Məhkəmə kollegiyası qeyd edir ki, İ.Klementyevanın yaşadığı mənzil üzrə

hesablaşma elektrik sayğacı binanın pilləkən meydançasında yerləşdiyindən,

Qaydaların yuxarıda qeyd olunan tələbləri baxımından, həmin sayğacın qorunmasına

və işçi vəziyyətdə saxlanmasına görə cavabdehliyi İ.Klementyeva yox, cavabdeh

təşkilat daşıyır.

Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki,

İ.Klementyevanın yaşadığı mənzil üzrə hesablaşma elektrik sayğacının diskinin

ilişməsi və alt qapaq möhürünün olmaması faktına görə 11 avqust 2007-ci il tarixdə

akt tərtib edilmiş və həmin akta görə iddiaçıya 920 gün müddətinə 9678 kvts əlavə

sərfiyyat və 278,51 manat əlavə ödəniş hesablanmışdır.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinə aid olan və binanın

pilləkən meydançasında quraşdırılmış hesablaşma elektrik sayğacının diskinin

ilişməsi və alt möhürünün olmaması ilə əlaqədar akt tərtib edilməsi və həmin hala

görə yenidən hesablaşma aparmaqla iddiaçının üzərinə pul öhdəliyinin qoyulması

“Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olduğundan, birinci

instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdeh təşkilatın 11 avqust 2007-ci il

tarixdə iddiaçı barəsində tərtib olunmuş aktın etibarsız hesab olunması qənaətinə

gəlinmişdir.

Məhkəmə kollegiyası 28 yanvar 2008-ci il tarixli aktın etibarsız hesab

olunması ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab

edir və bununla əlaqədar aşağıdakıları qeyd edir.

Məhkəmə kolelgiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh təşkilat

tərəfindən iddiaçı barəsində 28 yanvar 2008-ci il tarixli R seriyalı 070027 saylı akt

tərtib olunsa da və həmin akta görə iddiaçıya aşkar edilmiş pozuntuya görə 120 gün

müddətinə 5892 kvts əlavə sərfiyyat və 353,54 manat əlavə ödəniş hesablansa da,

həmin aktın mövcud olması ilə əlaqədar heç bir sübut məhkəməyə təqdim

olunmamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18

№-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci

bəndinin 2-ci hissəsinə əsasən, məişət abonenti hesablaşma elektrik sayğacından

kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək

üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik

sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa

enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının

sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı

müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə

tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma

aparmağa borcludur.

Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz

tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s.

orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin

aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul

etmiş orqanın üzərinə düşür.

Qeyd edilən Məcəllənin 287-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli

özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul

edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş

orqanın üzərinə düşür.

Göstərilən Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv,

qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq

normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün

qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Göründüyü kimi hazırki işdə iddiaçı barəsində tərtib olunmuş aktın qəbul

edilməsi üçün əsas olmuş halların sübut etmə vəzifəsi cavabdehin üzərinə

düşdüyündən, cavabdeh təşkilat tərəfindən iddiaçının mənzilinə sayğacdan kənar

elektrik xəttinin daxil olması ilə əlaqədar hər hansı bir sübut məhkəməyə təqdim

olunmadığından, məhkəmə kollegiyası qeyd edir ki, 28 yanvar 2008-ci il tarixdə

tərtib edilmiş akt və “sayğacdan kənar işlədicilər var” əsası ilə yenidən aparılmış

hesablaşma “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə ziddir.

Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilat tərəfindən

iddiaçı barəsində 28 yanvar 2008-ci il tarixdə tərtib edilmiş akt və onun əsasında

hesablanmış borc düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən ləğv

edilmişdir.

Belə olan halda həmin aktla tətbiq edilmiş məişət abonentinin şəbəkədən

açılması da haqlı olaraq “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd

və qanunsuz hesab edilmişdir.

Məhkəmə kollegiyası iddia tələbinin qalan hissə ilə əlaqədar birinci instansiya

məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir və qeyd edir ki, bu hissədə də

qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

Beləliklə məhkəmə kollegiyası işə baxarkən cavabdehin gətirdiyi dəlilləri sübut

edən halları müəyyən etmədiyindən və cavabdeh tərəfindən bu halları təsdiq edən hər

hansı bir sübut məhkəməyə təqdim olunmadığından, bununla da birinci instansiya

məhkəməsi tərəfindən düzgün olaraq işin hallarını müəyyən edərək iddia tələbinin

qismən əsaslı olması təsdiq olunduğundan, məhkəmə kollegiyası hesab edir ki,

apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1,

393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ :

Apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hazırkı iş üzrə olan 2(006)-894/2008

saylı, 02 may 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay

müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali

Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə

bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!