05.04.2013 Views

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası adından

QƏTNAMƏ

İş № 2(103)-5573/2012

18 dekabr 2012-ci il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası

Hakimlər Natiq Mehdi oğlu Abbasovun sədrliyi və məruzəsilə,

Aygün Abdulla qızı Abdullayeva və Saqi Əhməd oğlu Məmmədovdan ibarət tərkibdə,

məhkəmə iclas katibi Fərid İlham oğlu Əyyubovun katibliyi ilə,

cavabdehin nümayəndəsi S.H.M.un iştirakı ilə,

iddiaçı R.İ.İ.un cavabdeh “A.H.Y.” Qapalı Səhmdar Cəmiyyətinə qarşı dəymiş

ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 27 iyun

2012-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə

əsasən işə açıq məhkəmə iclasında baxaraq

M ü ə y y ə n e t d i :

Məhkəmə icraatının başlamasına səbəb olmuş hal aşağıdakı kimi təsvir

olunur. İddiaçı R.İ.İ. cavabdeh “A.H.Y.” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia

ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona dəymiş 3642 manat

maddi ziyanın və 10.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq onun xeyrinə

ödənilməsini xahiş etmişdir. İddia ərizəsi 27 yanvar 2012-ci il tarixdə Nəsimi Rayon

Məhkəməsinə verilmişdir.

İddiaçı qeyd edir ki, o, yay aylarında 4 nəfər ailə üzvü ilə xaricdə – Maldiv

adalarında istirahət etmək qərarına gələrək, Bakı-Moskva, Moskva-Mali reyslərinə

Bakıdan bilet alaraq H.Əliyev adına Beynəlxalq Hava Limanına gəlmişdir. Bakı-

Moskva 854 saylı reys ilə uçan təyyarə 07 iyun 2011-ci il tarixdə saat 19.35-də

Bakıdan havaya qalxıb, Moskva vaxtı ilə 21.05-də Moskvada yerə enməli idi.

Moskva-Mali 509 saylı reys ilə uçan təyyarə isə Moskva vaxtı ilə 00.20-də

aeroportdan qalxmalı idi. Bakı təyyarəsi vaxtında Moskvaya çatandan onun Mali

reysinə minməyinə 3 saat vaxtı olacaqdı və bu ona kifayət edəcəkdi. Lakin Bakı-

Moskva reysi ilə uçan cavabdehə məxsus təyyarə Moskvanın Domodedova

aeroportuna 3 saatdan da artıq gecikmə ilə 00.19-da enmişdir. Nəticədə o, əvvəlcədən

biletlərini aldığı təyyarəyə gecikmiş və biletləri sıradan çıxmışdır. Aeroporta enən

kimi cavabdehin nümayəndələrinə onların reyslərinin gecikməsi nəticəsində təyyarə

biletlərinin sıradan çıxdığını və bu səbəbdən də onlardan ona dəymiş maddi ziyanın

ödənilməsini və ya ona həmin biletləri almağı xahiş etmişdir. Lakin onlar bundan

imtina edərək həmin yerdən uzaqlaşmış və onu yad ölkədə, gecə saatlarında həyat

yoldaşı və iki asma xəstəsi olan uşaqları ilə tək qoymuşlar. O, çətinliklə də olsa

Maliyə yenidən bilet almalı olmuşdur. Lakin təyyarə reysi səhərə olduğu üçün bir

gecə mehmanxanada qalmalı olmuşdur. O, Maliyə gedib dincəldikdən sonra geri

qayıdarkən cavabdehin baş ofisinə, iddialar şöbəsinə müraciət edərək bütün

sənədlərini təqdim edib, ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Lakin

sənədləri bir ay saxlanıldıqdan sonra ona şifahi olaraq imtina verilmişdir. Bu

səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin

təqsiri üzündən ona dörd nəfərlik ailə üzvləri üçün Mali dövlətinə aldığı 2400 manat

dəyərində olan təyyarə bileti sıradan çıxmış, Moskva şəhərində bir gün qalarkən 342

manat mehmanxanaya, 300 manat yeməyə, 100 manat taksiyə pul xərcləməli olmuş

və nəticədə ona 3642 manat maddi ziyan dəymişdir. Bununla yanaşı cavabdehin bu

hərəkətləri nəticəsində o, özünü ailəsinin qabağında təhqir olunmuş, aciz kimi hiss

etmiş və dərin stress keçirmişdir. O, ailəsinin və uşaqlarının yanında xəcalət hissi

keçirmişdir. Bu səbəbdən də ona mənəvi ziyan dəymiş və o, dəyən mənəvi ziyanı

10.000 manat məbləğində dəyərləndirir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin

təmin olunmasınadair qətnamə qəbul etməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddia ilə

razılaşmamışdır və bildirmişdir ki, iddiaçı R.İ. və onun 3 nəfərdən ibarət ailə üzvləri

həyat yoldaşı S.İ., uşaqları – İ.İ. və A.İ. “A.H.Y.” Qapalı Səhmdar Cəmiyyətinin

Bakı-Moskva marşrutu üzrə 07 iyun 2011-ci il tarixli 853/854 saylı reysinə aviabilet

almış, bununla da hava daşıması haqqında müqavilə imzalamışlar. İddiaçı R.İ.

aviabiletləri yalnız Bakı-Moskva marşrutu üzrə reysə almışdır. Bilet transfer bilet

deyildir, yəni Bakı-Moskva-Mali-Moskva-Bakı birbaşa marşrutu üzrə yazılmamışdır.

R.İ. “T.” şirkətinin reysinə biletinin olması barədə onları əvvəlcədən

məlumatlandırmağı lazım bilməmişdir. Beləliklə, daşıyıcı – “A.H.Y.” QSC-də “T.”

aviaşirkətinin reysi barədə heç bir məlumat olmadığından, sərnişinin sonrakı hərəkət

marşrutu barədə xəbərdar olmaq qeyri mümkün idi. Eyni zamanda sərnişin əlində

transfer bileti olmadan və daşıyıcını digər reys barədə xəbərdar etmədən vaxt

baxımından bir-birinə son dərəcə yaxın reyslər seçmişdir. Bakı-Moskva reysinin enmə

vaxtı cədvəl üzrə 22.05, Moskva-Mali reysinin uçuş vaxtı saat 00.20, hər iki reysin

yerinə yetirilməsində mümkün ləngimələr nəzərə alınmadan sərnişinin çıxması və

qeydiyyatın başa çatması arasında qalan vaxt 30 dəqiqəyə yaxındır. Ümumi oferta

olan və “A.H.Y.” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi saytında əks olunan daşıma

müqaviləsinin 9-cu bəndində göstərilir ki, uçuş cədvəlində və ya digər sənədlərdə

göstərilən vaxta zəmanət verilmir və hazırki müqavilənin tərkib hissəsi hesab edilmir.

Bundan əlavə bu bənddə göstərilir ki, bu səbəbdən daşıyıcı calanma reysinin təmin

olunmasına görə məsuliyyət daşımır. İddiaçı ailə üzvləri ilə birlikdə göstərilən reyslə

07 iyun 2011-ci il tarixdə cədvəl üzrə uçmuşlar. Lakin reysin yerinə yetirilməsi

prosesində gözlənilmədən sərnişinlərdən birinin ürək tutması baş vermişdir. Ekipaj

üzvlərinin ifadələrinə görə qadın sərnişin bir neçə dəfə huşunu itirmiş və onun

vəziyyəti getdikcə pisləşmişdir. Bununla əlaqədar “Aviasiya haqqında” Azərbaycan

Respublikası Qanununun 32.5.2-ci maddəsinə uyğun olaraq insan həyatının xilas

edilməsi məqsədi ilə hava gəmisinin kapitanı tərəfindən Rusiya Federasiyasının

Volqoqrad şəhərində məcburi enmə haqqında qərar qəbul edilmişdir. Enmə zamanı

təyyarəni təcili tibbi yardım maşını gözləyirmiş ki, ölüm ayağında olan sərnişin və

onun yetkinlik yaşına çatmamış qohumu bu maşınla xəstəxanaya çatdırılmışdır.

Ekipaj üzvlərinin sözlərinə görə təcili yardım həkimləri xəstənin vəziyyətinin ağır

olduğunu və infarkt keçirməsi ehtimal edildiyini, təyyarə Moskva şəhərində

enməzdən əvvəl onun, çox güman ki, sağ qalmayacağını təsdiq etmişlər. Göstərilən

hadisə nəticəsində məcburi enmə icra olunduğuna görə reys təxminən 2,5 saat

ləngimişdir. Bu vəziyyətdə daşıyıcı iddiaçının digər reyslə uçacağı barədə xəbərdar

olmadığından ona kömək göstərməsi üçün heç bir tədbir görə bilməzdi. Göstərilənləri

nəzərə alaraq hesab edirlər ki, iddia tələbi əsassızdır və məhkəmədən iddia tələbinin

rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Nəsimi Rayon Məhkəməsində işə baxılmış və 27 iyun 2012-ci il tarixli

qətnamə ilə, iddia təmin edilməmişdir.

İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia

tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla

əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq

normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən

qətnamə əsassız və mövcud qanunvericilik normalarına ziddir. Şikayətə görə birinci

instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, yalnız

mülahizələrə istinad edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş

iddiaçının nümayəndəsi 27 noyabr 2012-ci il tarixdə keçirilən məhkəmə iclasında eyni

məzmunlu izahat verərək şikayəti müdafiə etmişdir. Sonrakı məhkəmə prosesinə

iddiaçının nümayəndəsi gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası

MPM-nin 376.2-ci maddəsinə müvafiq olaraq işə məhkəməyə gəlməyən

nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsində işə baxılmasında cavabdehin

nümayəndəsi iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə

kollegiyasından xahiş etmişdir.

Məhkəmə kollegiyası təfsilatı ilə aşağıdakıları qeyd edir.

Belə ki, iş materiallarına əlavə olunmuş aviabiletlərin surətlərindən görünür ki,

iddiaçı R.İ.un və onun 3 nəfərdən ibarət ailə üzvləri - həyat yoldaşı S.İ.nın uşaqları –

İ.İ.un və A.İ.nın adına “A.H.Y.” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Moskva

marşrutu üzrə 853/854 saylı, üçuş vaxtı 07 iyun 2011-ci il tarixli, saat 19.35 olan

təyyarə reysinə aviabiletlər alınmışdır.

İş materiallarına əlavə olunmuş elektron aviabiletlərin qəbzlərinin surətlərindən

görünür ki, iddiaçının və ailə üzvlərinin adına həmçinin, Rusiya Federasiyasının “T.”

aviaşirkətinin Moskva-Mali marşrutu üzrə 509 saylı, uçuş vaxtı 08 iyun 2011-ci il

tarixli, saat 00.20-yə olan təyyarə reysinə aviabiletlər alınmışdır.

İş materiallarına əlavə olunmuş “A.H.Y.” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-

Moskva marşrutu üzrə 853/854 saylı hava gəmisinin kapitanı G.F. tərəfindən

imzalınmış qalxma və enmələr barədə qeydlərdən görünür ki, qeyd edilən aviareyslə

uçan təyyarə sərnişinin səhhətinin vəziyyətinin kəskinləşməsi ilə əlaqədar Rusiya

Federasiyasının Volqoqrad şəhərində məcburi enmə etmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.1-ci

maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat

növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə

çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.2-ci maddəsinə əsasən

sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün

nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin

nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 849.1-ci maddəsinə əsasən əgər

daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər

və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara

görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər

olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda

istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə

yetirdiyi halda istinad edilə bilər.

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.5, 32.5.2-ci

maddələrinin tələbinə əsasən uçuşların təhlükəsizliyi üçün aşkar maneə yarandıqda

və ya sərnişinlərin həyatını xilas etmək məqsədi ilə, görülən tədbirlər barədə hava

hərəkətini idarə edən orqana dərhal məlumat vermək, uçuş planından və ya müvafiq

icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya

Administrasiyası nəzərdə tutulur)göstərişlərindən kənara çıxan, lakin imkan daxilində

uçuş qaydalarına uyğun olan qərar qəbul etmək hava gəmisinin kapitanının

hüququdur.

Həmin Qanununun 50.9-cu maddəsinin tələbinə əsasən daşıyıcı bu Qanunun

50.1-50.8-ci maddələrində nəzərdə tutulan zərərin qarşısının alınması üçün özü və ya

qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyin edilmiş nümayəndələri bütün

tədbirlərin görüldüyünü və ya belə tədbirlərin görülməsi üçün onların heç bir

imkanının olmamasını sübut etdikdə məsuliyyətdən azad olunur.

Nəzərə alınmalıdır ki, əgər sərnişinin səyahətinin son məntəqəsi və ya

dayanacağı yola düşmə ölkəsindən ayrıdırsa, səyahətə Varşava konvensiyası və ya

Monreal Konvensiyası tətbiq olunur. Bu Konvensiyalar sərnişinin ölümü və ya xəsarət

almasına, həmçinin baqajın itirilməsi və ya zədələnməsinə görə daşıyıcının

məsuliyyətini müəyyən edir və bir çox hallarda bu məsuliyyəti məhdudlaşdıra bilər.

“Beynəlxalq hava daşımalarına aid bəzi qaydaları unifikasiya edən” Varşava

Kovensiyasının 17-ci bəndinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki,

daşıyıcı sərnişinə heç bir bədən xəsarəti yetirilmədən, tam sağlam vəziyyətdə

çatdırılmasına cavabdehdir.

Mövcud halda cavabdeh tərəfin hərəkətinə, yəni təyyarədə olan sərnişinlərdən

birinin səhhətinin pisləşməsinə görə son zərurətdə təyyarəni məcburi şəkildə

Volqoqrad hava limanına endirməsinə haqq qazandırılmalıdır. “A.H.Y.” Qapalı

Səhmdar Cəmiyyəti səhhəti pisləşən sərnişinin mənafeyinə uyğun hərəkət etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, Bakı-Moskva marşrutu üzrə 07 iyun 2011-ci il

tarixli, 853/854 saylı reysi ilə uçan təyyarənin ləngiməsi qarşısıalınmaz hadisə ilə

bağlı olduğundan, cavabdehin geckikməyə görə mülki məsuliyyəti müəyyən edilmir,

buna görə iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin oluna bilməz.

Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi maddi ziyanla bağlı

hissədə əsassız olduğundan, mənəvi ziyanın tutulması hissəsində də təmin

olunmamalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh

edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci

il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak

hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri

olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər

vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə

aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri

seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi

nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi

zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir

göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları

hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə

birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən

tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubikası Ali Məhkəməsinin Plenumunun

7 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarında, məhkəmələrə, mənəvi zərərin

ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını,

"İnsan Hüquqların və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya"nı, bu

Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli

qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin

presedentlərini rəhbər tutmaq tövsiyyə edilmişdir. "İnsan Hüquqlarının və Əsas

Azadlıqların Müdafiəsi Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan

Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak

zərəri vurulduqda ödənilə bilər. Hazırkı işdə iddiaçılara mənəvi zərər vurulması halı

təsdiq olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,

irinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı iddia tələbini təmin etməməklə

əsaslı qərar qəbul etmişdir.

Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi

mübahisəni hüquqi müstəvidən düzgün həll etmişdir.

Şərh edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya

məhkəməsinin sözügedən qətnaməsindən verilmiş şikayətin təmin edilməsinə əsas

yoxdur. Nəsimi Rayon Məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq

normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə

münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Beləliklə, Məhkəmə

kollegiyası Azərbaycan Respublikası MPM-in 384-cü maddəsində müəyyən olunmuş

səlahiyyətinə əsaslanaraq hesab edir, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti

isə təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası

Q ə t e t d i :

Apellyasiya şikayəti təmin edilməsin.

Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul

olunmuş 27 iyun 2012-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın.

İşdə iştirak edən şəxslər qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay

müddətində ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan

Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!