05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

6

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə

əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş

inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair

iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı

qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin

mövcudluğunu sübut etməlidir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi

ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə

borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi

ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi

qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan

qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

2010-cu ilin iyun avqust aylarında “ANİM Handel and İndustrieberatung Gmbh”

şirkəti tərəfindən “Y.A.” MMC-nin hesabına köçürülmüş vəsaitin vergi ödəyicisi

tərəfindən göstərilmiş xidmətə görə ödənildiyini (xidmətin ixracı), xidmətin Azərbaycan

Respublikası ərazisində göstərildiyinə dair vergi orqanı tərəfindən məhkəməyə əsaslı

sübutlar təqdim edilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci

instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi, iddiaçı tərəfindən

mübahisələndirilən səyyar vergi yoxlaması aktı və “Vergi ödəyicisinin vergi

qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.03.2012-ci

il tarixli 1200777023549708 saylı qərar iddiaçıya 16603 manat (17017- 414 manat

(2300 manatın 18 % ƏDV-si)) ƏDV-nin və 8301,5 (8508,5-207 (414 manat verginin 50

%-i)) manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməli olması barədə

əsaslı və qanuni qərar qəbul etmişdir.

Beləliklə, iddianın qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası

V.N.V.A.D.nin iddiaçı “Y.A.” MMC barəsində tərtib etdiyi 24.01.2012-ci il tarixli

1100777026450343 saylı səyyar vergi yoxlaması aktı və “Vergi ödəyicisinin vergi

qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.03.2012-ci

il tarixli 1200777023549708 saylı qərarının qismən-iddiaçıya 16.603 manat ƏDV-nin

hesablanması və 8301,5 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv

edilməli olması və iddianın qalan hissədə təmin edilməməsi barədə birinci instansiya

məhkəməsinin gəldiyi nəticə məhkəmə kollegiyası qanuni və əsaslı hesab edir. Belə ki,

birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq

pozuntularına yol verməmiş, iş üzrə sübutlar obyektiv qiymətləndirilməklə düzgün

nəticəyə gəlinmişdir.

Bununla yanaşı həmçinin məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri

hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi

sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və

yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi

münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və

vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!