05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

2

yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirmiş və 24.01.2012ci

il tarixli akt tərtib etmişdir. Yoxlama ilə 2010-cu il tarixdən 2011-ci il tarixə qədər olan

dövr əhatə edilmiş və yoxlama nəticəsində guya büdcəyə çatası 13539,07 manat mənfəət

vergisinin azaldılması müəyyən edilmişdir. Akta əsasən vergi ödəyicisinin vergi

qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul

edilərək ƏDV-nin azaldılmasına görə 8508,5 manat, mənfəət vergisinin azaldılmasına

görə 6769,54 AZN manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı bir sıra

qanun pozuntularına yol verilmişdir. Akt tərtib olunarkən yoxlayıcı Azərbaycan

Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin

01.03.2001-ci il tarixli 55 saylı və 04.03.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən

şərti rentabellik səviyyəsini 20% götürərək müəssisəyə 67695,36 manat mənfəət,

mənfəətdən 22% dərəcəsi ilə 13.539,07 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə

müəssisə tərəfindən 13539,07 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.

Əslində isə yoxlayıcı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinə

əsasən iddiaçıya mənfəət vergisi hesablamalı, yoxlayıcı xərc sənədlərini nəzərə almalı

idi. Vergi orqanı tərəfindən iddiaçıya 17.017 manat ƏDV hesablanması, mənfəət

vergisi azaldılmadığı üçün maliyyə sanksiyası tətbiq olunması əsassızdır. Vergi

yoxlamasından əvvəl iddiaçıya bildiriş göndərilməmiş, yoxlama 5 ay davam etmişdir.

1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2inz(81)-1491/2012 saylı iş üzrə

qəbul etdiyi 06 sentyabr 2012-ci il tarixli qərarı ilə iddiaçı “Y.A.” MMC-nin iddiasının

qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası V.N.V.A.D.nin iddiaçı “Y.A.”

MMC barəsində tərtib etdiyi 24.01.2012-ci il tarixli 1100777026450343 saylı səyyar

vergi yoxlaması aktı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə

məsuliyyətə cəlb edilməsi haqqında” 02.03.2012-ci il tarixli 1200777023549708 saylı

qərarı qismən-iddiaçıya 16.603 manat ƏDV-nin hesablanması və 8301,5 manat maliyyə

sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin

edilməməsi qərara alınmışdır.

Qərarla razı olmayan Azərbaycan Respublikası V.N.V.A.D. apellyasiya şikayəti

verərək birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 06 sentyabr 2012-ci

il tarixli qərarının qismən ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməsi

hissəsində rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Departamentin "Səyyar vergi

yoxlamasının keçirilməsi haqqında" 08.06.2011-ci il tarixli 1100777001436637 nömrəli

qərarı ilə "Y.A." MMC-də vergilər və digər icbari ödənişlərə dair qanımvericiliyə əməl

edilməsi vəziyyətinin düzgünlüyü məsələləri üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə

əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Növbəti səyyar vergi

yoxlamasının keçirilməsi haqqında 08.06.2011-ci il tarixli 1177020020703400 nömrəli

bildiriş cəmiyyətin direktora M.T.V. oğluna təqdim olunmuş və yoxlama cəmiyyətin

direktora tərəfindən təqdim edilmiş bir sıra ilkin mühasibat sənədləri, bank idarələrindən

alınmış sənədlər və qarşılıqlı surətdə toplanılmış sənədlər əsasında Vergi Məcəlləsi ilə

müəyyən edilmiş müddətlərdə aparılmış, yoxlamanın nəticəsi müəyyən olunmuş formaya

uyğun olaraq 24.01.2012-ci il tarixli aktla rəsmiləşdirilərək, aktın bir nüsxəsi cəmiyyətin

direktora T.M.a təqdim edilmişdir. Aktın bir nüsxəsinin alınması barədə M.T.V. oğlu

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!