05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

4

Respublikası Qanununun 23-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar

istisna olunmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları dövlət

büdcəsinə köçürülməlidir.

Həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında qeyd edilmişdir ki, dövlət

mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq

icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

«Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq

edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin

23.11.2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən

«Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin

onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın

səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və

özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət

Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər

Nazirliyi həyata keçirir.

Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən

edilmişdir ki, B.Ş.İ.H. ilə cavabdeh «T.-N» MMC arasında 19.03.2004-ci il tarixdə

bağlanmış icarə müqaviləsinə əsasən 49 il müddətinə illik 842,36 manat (4.211.844

AZM) icarə haqqı ödəməklə icarəyə götürmüş, cavabdehin icarə üzrə 6.528,35

manat borcu yaranmışdır.

Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq

normalarına əsasən hesab edir ki, 1-ci instansiya məhkəməsi, iş üzrə toplanmış

sübutlara hüquqi qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan

Respublikasının V.N.B.Ş.V.D.nin iddiası təmin edilməli, cavabdeh «T.-N» MMCdən

dövlət büdcəsinə 6.528,35 manat məbləğində pul və 20 manat dövlət rüsumunun

tutulmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci

maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı

və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim

olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin

tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,

qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq

normalarına müvafiq olaraq qiymət verir.

Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən

edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz

qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş

sübutlar əsasında mahiyyəti üzrə baxır.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!