05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İş № 2-1(103)-11/2013

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

09 yanvar 2013-cü il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası, hakimlər:

Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və

Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə

Mehri Rasim qızının,

iddiaçının nümayəndələri H.Y.F. oğlunun və Ə.N.A. oğlunun,

cavabdehin nümayəndəsinin iştirakı olmadan,

İddiaçı B.Ş.V.D.nin

Cavabdeh «T.-N» MMC-yə qarşı «icarə haqqının ödənilməsi» barədə iddia

tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1440/2012

saylı 29 avqust 2012-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş

apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə

iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə

iclasında baxaraq

m ü ə y y ə n e t d i :

İddiaçı B.Ş.V.D.nin cavabdeh «T.-N» MMC-yə qarşı «icarə haqqının

ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi

Məhkəməsinə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə

qaydasında istifadə üzrə yaranmış 6.528,35 manat məbləğində borcun cavabdehdən

tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş

etmişdir.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «T.-N» MMC tərəfindən

Azərbaycan Respublikası B.Ş.İ.H. ilə bağladığı müqavilə əsasında dövlət torpaq

sahəsi icarəyə götürülmüş və həmin müqavilə əsasında cavabdehin dövlət büdcəsi

qarşısında ödənilməmiş icarə haqqı üzrə borcu 6.528,35 manat təşkil etmişdir.

Cavabdehə dövlət büdcəsi qarşısında yaranmış icarə haqqı üzrə öhdəliyinin icra

edilməsi məqsədi ilə «Xəbərdarlıq» məktubu göndərilmişdir. «Xəbərdarlıq»

məktubunda torpaq icarəsi üzrə yaranmış borcun 7 gün müddətində Maliyyə

Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesablaşma hesabına ödənilməsi

tələb olunmuşdur. Xəbərdarlıq məktubu cavabdehə təqdim edilməsinə baxmayaraq,

cavabdeh tərəfindən həmin məktuba münasibət bildirilməmiş və tələb edilən icarə

2

haqqı məbləği ödənilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin

edilməsini xahiş etmişdir.

İş materiallarından görünür ki, işə 1-ci instvnsiya məhkəməsində baxılarkən,

lazımi qaydada xəbərdar olmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarına öz

nümayəndəsini göndərməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin

2iqt(81)-1440/2012 saylı 21 may 2012-ci il tarixli qiyabi qətnaməsi ilə Azərbaycan

Respublikasının V.N.B.Ş.V.D.nin iddiasının təmin edilməsi, cavabdeh «T.-N»

MMC-dən dövlət büdcəsinə 6.528,35 manat məbləğində pul və 20 manat dövlət

rüsumunun tutulması qət edilmişdir.

Bundan sonra cavabdeh «T.-N» MMC 1 saylı Bakı İnzibati-İqtisadi

Məhkəməsinə ərizə verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-

1440/2012 saylı qiyabi qətnaməsinin ləğv olunmasını xahiş etmiş, 1-ci instansiya

məhkəməsinin 02 iyul 2012-ci il tarixli qərardadı ilə cavabdehin həmin ərizəsinin

təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1440/2012

saylı 21 may 2012-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmış, işə

mahiyyəti üzrə baxılması təzələnərək, məhkəmə baxışı iclası 29 avqust 2012-ci il

tarixə təyin edilmişdir.

Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat

verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına öz nümayəndəsini

göndərməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1440/2012

saylı 29 avqust 2012-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının

V.N.B.Ş.V.D.nin iddiasının təmin edilməsi, cavabdeh «T.-N» MMC-dən dövlət

büdcəsinə 6.528,35 manat məbləğində pul və 20 manat dövlət rüsumunun tutulması

qət edilmişdir.

Qətnamədən narazı qalan iş üzrə cavabdeh «T.-N» MMC apellyasiya şikayəti

verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia

tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya

məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə,

maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki

hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə

ki, onlarla B.Ş.İ.H. arasında müqavilə 19.03.2001-cü il tarixli 49 il müddətinə

bağlanıb və hər il dövlət büdcəsinə ödənişlər olunmuşdur, «T.-N» MMC-nin dövlət

büdcəsinə 6.528,35 manat məbləğində borcu yoxdur. Apellyasiya şikayətində

həmçinin qeyd olunmuşdur ki, həmin borc məbləğindən ödənişlər olub və bu

ödənişlər barədə sənədlər məhkəməyə təqdim olunacaq.

İşə yeni apellyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının

iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq

hazırkı iş üzrə cavabdeh «T.-N» MMC nümayəndəsini məhkəmə iclasına

göndərməmiş və səbəbləri barədə məlumat verməmişdir.

Eyni zamanda apellyasiya instansiyasında keçiriləcək məhkəmə iclasları

barədə bildirişlərdə müvafiq sübutların, o cümlədən «T.-N» MMC-nin apellyasiya

şikayətində göstərdiyi kimi MMC-nin dövlət büdcəsinə 6.528,35 manat məbləğində

3

borcunun olmaması, həmin borc məbləğindən ödənişlər olması və bu ödənişlər

barədə müvafiq sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da və həmin

əlavə sübutların təqdim edilməyəcəyi təqdirdə işdə olan materiallar əsasında işə

baxılacağı qeyd edilsə də, həmin sübutlar məhkəməyə təqdim olunmamışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə

əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları

sübut etməlidir.

Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən isə hakimin işdə iştirak edən

şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya

əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə

baxılmasına mane olmur.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 184.2 və 376.2-ci maddələrini rəhbər tutmaqla işə cavabdehin

nümayəndəsinin iştirakı olmadan və işdə olan mövcud materiallar əsasında

baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iş üzrə iddiaçı B.Ş.V.D.nin

nümayəndələri H.Y.F. oğlu və Ə.N.A. oğlu apellyasiya şikayətinə etiraz edərək

əsassız olduğundan təmin edilməməsini və 1-ci instansiya məhkəməsinin

qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş

etmişdir.

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, iddiaçının

nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin

dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə 1 saylı Bakı

İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1440/2012 saylı 29 avqust 2012-ci il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

Belə ki, iş materiallarına əlavə edilmiş 19.03.2004-ci il tarixli «Torpaq

sahəsinin icarəyə verilməsi haqqında» müqavilədən görünür ki, 49 il müddətinə

icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 7.4-cü bəndində hər il

üçün icarə haqqının məbləği 842,36 manat (4.211.844 AZM) müəyyən edilmişdir.

İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən

torpaq icarəsi üzrə yaranmış borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsi

tələb edilmiş, əks halda icarə haqqının məcburi qaydada tutulması və icarə

müqaviləsinin birtərəfli qaydada ləğvi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı

barədə xəbərdarlıq edilmişdir.

«T.-N» MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin 6.528,35

manat icarə üzrə borcu yaranmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə

müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə

verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə

ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.

Azərbaycan Respublikasının «Torpaq icarəsi haqqında» Qanununun 23-cü

maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını

vaxtında ödəmək icarəçinin vəzifəsidir. «Torpaq icarəsi haqqında» Azərbaycan

4

Respublikası Qanununun 23-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar

istisna olunmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları dövlət

büdcəsinə köçürülməlidir.

Həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında qeyd edilmişdir ki, dövlət

mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq

icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

«Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq

edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin

23.11.2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən

«Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin

onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın

səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və

özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət

Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər

Nazirliyi həyata keçirir.

Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən

edilmişdir ki, B.Ş.İ.H. ilə cavabdeh «T.-N» MMC arasında 19.03.2004-ci il tarixdə

bağlanmış icarə müqaviləsinə əsasən 49 il müddətinə illik 842,36 manat (4.211.844

AZM) icarə haqqı ödəməklə icarəyə götürmüş, cavabdehin icarə üzrə 6.528,35

manat borcu yaranmışdır.

Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq

normalarına əsasən hesab edir ki, 1-ci instansiya məhkəməsi, iş üzrə toplanmış

sübutlara hüquqi qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan

Respublikasının V.N.B.Ş.V.D.nin iddiası təmin edilməli, cavabdeh «T.-N» MMCdən

dövlət büdcəsinə 6.528,35 manat məbləğində pul və 20 manat dövlət rüsumunun

tutulmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci

maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı

və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim

olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin

tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,

qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq

normalarına müvafiq olaraq qiymət verir.

Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən

edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz

qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş

sübutlar əsasında mahiyyəti üzrə baxır.

5

Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası

hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hazırkı iş üzrə tərəflər

arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə

qanunun normalarına uyğun əsaslandırılmışdır.

Belə halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini

qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin

qətnamənin ləğvi üçün əsas verə bilməz.

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 372, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq

məhkəmə kollegiyası

q ə t e t d i :

Cavabdeh «T.-N» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin

edilməsin.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1440/2012 saylı 29

avqust 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki)

ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali

Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!