05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İş № 2(103)-860/2013

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

«09» yanvar 2013-cü il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası

Hakimlər Kəmaləddin Nurəddin oğlu Bədəlovun sədrliyi və məruzəsilə,

Etibar Qəzənfər oğlu Nəbiyev və Sevda Əziz qızı Hüseynovadan ibarət tərkibdə,

məhkəmə iclas katibi Aysel Novqubat qızı Tanrıverdiyevanın,

iddiaçı B.B.Ə. qızının nümayəndəsi D.Ə.Z. oğlunun,

cavabdehin nümayəndəsi Ə.F.O. oğlunun iştirakı ilə,

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2012-ci il tarixli qətnaməsindən

iddiaçı B.B.Ə. qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı

Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,

m ü ə y y ə n e t d i:

İddiaçılar M.C.T. oğlu və B.B.Ə. qızı cavabdeh «N.» İnvestisiya Kommersiya

Bankına qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsinə dair iddia ərizəsi ilə

məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 06 avqust 2008-ci il tarixli

RBB1538 (g) saylı kredit və 06 avqust 2008-ci il tarixli RBB1538(İ) saylı ipoteka

müqavilələrinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi haqqında qətnamə

çıxarılmasını xahiş etmişlər.

İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «N.» İnvestisiya Kommersiya

Bankı 06 avqust 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı

M.C.T. oğluna istehlak məqsədi ilə istifadə etmək üçün illik 27 faiz ödəməklə, 60 ay

müddətinə 25.000 manat məbləğində kredit vermişdir. Verilmiş kreditin icrasının təmini

kimi B.B.Ə. qızı ilə 06 avqust 2008-ci il tarixdə RBB1538(İ) saylı ipoteka müqaviləsi

bağlanmış, müqaviləyə əsasən sonuncuya məxsus olan Sumqayıt şəhəri, 12-ci

mikrorayon, «n» saylı evin üç otaqlı «n»-cü mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı

C.M. hər ay 764 manat olmaqla mütəmadi olaraq banka ödəniş edərək, ümumilikdə

8000 manat məbləğində kredit ödəmişdir. Kredit verilərkən iddiaçıların 3 yerdə ticarət

obyektləri olmuş, 2009-cu ildə dünya iqtisadiyyatında baş vermiş iqtisadi krizislə bağlı

obyektlərdən ikisi bağlanmış, üçüncü obyektin də ticarət dövriyyəsi kəskin surətdə aşağı

düşmüşdür. Bununla bağlı iddiaçıların kredit ödəmək imkanları tükənmiş, müqavilənin

şərtlərini davam etdirmək mümkün olmamışdır. Ümumdünya iqtisadi böhranı

respublikamıza da güclü təsir etdiyindən, iddiaçıların maliyyə vəziyyəti həddindən artıq

pisləşmişdir. Lakin həm mülki qanunvercilikdə, həm də müqavilənin özündə nəzərdə

tutulan halların baş verməsinə baxmayaraq borcverən heç bir hərəkət etməmiş, nəinki

müqaviləyə xitam verməmiş, hətta faizləri, faizlərin faizini və s. dayandırmamışdır.

Hesab edirlər ki, hesablanmış faizlər və cərimələr əsassız və qeyri-qanuni olduğundan

silinməlidir. Onlar şifahi və yazılı şəkildə banka müraciət edərək tədbirlər görülməsini

xahiş etsələr də, heç bir tədbir görülməmişdir. Verilmiş cavabda banka 23.068 manat

əsas borcun və 17.681 manat faiz borcunun olması qeyd edilmişdir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2012-ci il tarixli qətnaməsi ilə

iddia təmin edilməmişdir.

Həmin qətnamədən narazı qalan iddiaçı B.B.Ə. qızı apellyasiya şikayəti verərək,

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2012-ci il tarixli qətnaməsinin ləğv

edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş

etmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış

kredit müqaviləsində faizin hesablanması və qaytarılması qaydası nəzərdə tutulmuş və

bu qaydalar bilavasitə borc verənin özü tərəfindən müəyyən edilmişdir. Belə ki,

müqavilənin şərtlərinə əsasən, borcalan krediti va onun faizlərinin ödənilməsi

dövriyyəsini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda; “borcalanın” maliyyə

vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik

olduqda və bazarın mövcud vəziyyəti “borcalanın” fəaliyyəti üçün əhəmiyyətli dərəcədə

təhlükə yaratdıqda; əlverişsiz şəraitin yaranması nəticəsində “borcalan”ın lazımi

qaydada borcu ödəmək qabiliyyəti olmadıqda müqaviləyə vaxtından əvvəl xitam

verilməlidir. Eyni zamanda, “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının

dayandırılması haqqında Qaydalar”ın 2.2-ci bəndinə görə kredit təşkilatları aşağıdakı

hallarda kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin

hesablanmasını dayandırırlar: əsas məbləği və faizləri təmin edilmiş və yığılma

prosesində olan kreditlər (hər iki şərt birgə yerinə yetirilsə) istisna edilməklə, kreditlərin

qaytarılma müddətindən asılı olmayaraq faizlərin yaxud əsas məbləğin axırıncı ödənişi

kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə,

müqavilə ilə kreditin qaytarılma müddətindən asılı olmayaraq əsas məbləğin, yaxud

faizlərin tam ödənilməsinin gözlənilmədiyi hallar təsdiqedici sənədlər, maliyyə

hesabatları əsasında sübut olunduqda və ya müştəri təbii fəlakət, yanğınla və s. əlaqədar

(fors-major), yaxud hər hansı bir digər səbəbdən müflis elan olunduqda. Beləliklə

yuxarıda əks olunan normativ hüquqi akta əsasən bank 90 gün sonra, həmin kredit

müqaviləsinə “faizləri hesablanmayan” kredit statusu verməli və dərhal məhkəməyə

müraciət etməli idi. Lakin cavabdeh bunu etməmiş və kredit faizlərini süni surətdə

şişirtmişdir. Birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən göstərilən hallara

qiymət verməmişdir.

Məhkəmə kollegiyasının iclasında iddiaçı B.B.Ə. qızının nümayəndəsi D.Ə.Z.

oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya

məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni

qətnamə qəbul edilməsini xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ə.F.O. oğlu

apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilmədən, birinci instansiya

2

məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar

edilməklə məhkəməyə çağırılmış iddiaçılar M.C.T. oğlu və B.B.Ə. qızı məhkəmə

kollegiyasının iclasına gəlməmişlər, gəlməməyin səbəbləri barədə məlumat

verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsiin 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan işə baxılmasını

mümkün hesab etmişdir.

Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və

cavabdehin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini

araşdıraraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə 09

iyul 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin

edilməməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə

əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və

əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Həmin Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində

açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə

yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə

əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya

instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və

prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İş materiallarında olan, “N.” İKB ilə M.C.T. oğlu arasında bağlanmış

RBB(g)1538 saylı 06 avqust 2008-ci il tarixli kredit müqaviləsinin surətindən görünür

ki, C.M.a istehlak məqsədi ücün 60 ay müddətinə illik 27 faizlə hər ay 764 manat

olmaqla, 06 avqust 2013-cü il tarixinə kimi qaytarmaq şərti ilə 25.000 manat

məbləğində kredit verilmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən, kredit üzrə faizlər

hər ayın 6-sı tarixindən gec olmayaraq borc alan tərəfindən banka ödənilir. Müqavilənin

6.3-cü bəndinə əsasən, borcalan tərəfindən kredit üzrə banka çatmalı olan faizlər rübün

son ayı başa çatanadək ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab

olunur. Müqavilənin 9-cu bəndinə əsasən, borc öhdəliyi vaxtında icra edilmədikdə və

tərəflər bu müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə

razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks

etdirilir. Müqavilənin 9.2-ci bəndinə əsasən, borc alanın sərəncamı olmadan, ona yazılı

bildiriş göndərilməklə, gecikdirilmiş borcun, bu müqavilənin 10-cu bəndinə müvafiq

olaraq hesablanan dəbbə pulunun və vurulmuş zərərin məbləğini borc alanın

hesablaşma hesabından aksikasiya qaydada silinir. Müqavilənin 10.1-ci bəndinə əsasən,

borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və

yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir.

Müqavilənin 10.2-ci bəndinə əsasən, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə

kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər

gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,5 faiz miqdarında

borc verənə dəbbə pulu ödəməlidir. Müqavilənin 10.3-cü bəndinə əsasən, borc alanın

üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş

müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş

faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də

3

hesablanmaqla ümumi məbləğin 0,5 faiz miqdarında banka dəbbə pulu ödəməlidir.

Müqavilənin 16.1-cı bəndinə əsasən, tərəflər onların iradəsindən asılı olmayan və bu

müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbbi fəlakətlər,

habelə müharibə, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud

digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda bu müqavilədən irəli gələn öhdəliklərinin

(kredit öhdəliyinin yerinə yetirilməsi istisna olmaqla) yerinə yetirilməməsinə görə heç

bir məsuliyyət daşımırlar. Müqavilənin 21-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı

əsasında müqavilə şəklində bu Müqaviləyə dəyişiklər və əlavələr oluna bilər.

İş materiallarında olan, “N.” İKB ilə B.B.Ə. qızı arasında bağlanmış RBB(I)1538

saylı 06 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, B.B.

RBB(g)1538 saylı 06 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra

olunmasının təminatı kimi özünə məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev

«n», mənzil «n» ünvanında yerləşən üç otaqlı mənzili ipoteka ilə yüklü etmişdir.

İş materiallarında olan, 06 avqust 2008-ci il tarixli RBB(g)1538 saylı kredit

müqaviləsinə 1 saylı əlavədən görünür ki, M.C.T. oğlu “N.” İnvestisiya Kommersiya

Bankından borc aldığı 25.000 manatı 06 avqust 2013-cü ilə kimi ödəməyi öhdəsinə

götürmüşdür.

İş materiallarında olan, “N.” İKB-nin 02-1677 saylı 08 sentyabr 2011-ci il tarixli

bildirişin surətindən görünür ki, M.C.T. oğlunun 08 sentyabr 2011-ci il tarixə banka

23.068,53 manat əsas borcu və 17.681,27 manat gecikməyə görə faiz borcu vardır.

Banka olan borcun ödənilməsi tələb edilmişdir.

İş materiallarında olan qəbzlərdən görünür ki, M.C.T. oğlu 16.09.2008-ci il,

17.10.2008-ci il, 18.11.2008-ci il, 18.12.2008-ci il, 19.01.2009-cu il, 20.04.2009-cu il

tarixlərdə 764 manat, 20.02.2009-cu il tarixdə 460 manat, 23.02.2009-cu il tarixdə 320

manat, 19.03.2009-cu il tarixdə 400 manat, 29.03.2009-cu il tarixdə 140 manat,

19.05.2009-cu il tarixdə 115 manat, 13.05.2009-cu il tarixdə 240 manat, 27.05.2009-cu

il tarixdə 200 manat, 23.06.2009-cu il tarixdə 1000 manat, 24.08.2009-cu il,

16.10.2009-cu il tarixlərdə 300 manat ödəniş etmişdir.

Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş

müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ

gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız

varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi

halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında

müqavilə olmalıdır.

İşin araşdırılmış hallarından görünür ki, C.M.la “N.” İnvestisiya Kommersiya

Bankı arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq 06 avqust 2008-ci il tarixdə

kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank borcluya istehlak məqsədi ilə

illik 27 faiz ödəmək şərti ilə 60 ay müddətinə 25.000 manat məbləğində kredit verməyi

öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi

məqsədilə B.B.Ə. qızı ilə bank arasında 06 avqust 2008-ci il tarixdə ipoteka müqaviləsi

bağlanmış və sonuncuya məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, «n» saylı evin

üç otaqlı «n»-cü mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borclu

C.M. tərəfindən banka kredit borcu üzrə müxtəlif vaxtlarda ödənişlər edilsə də, 08

sentyabr 2011-ci il tarixə banka 23.068,53 manat əsas, 17.681,27 manat faiz borcu

yaranmışdır.

4

Hazırda həmin kredit müqaviləsi üzrə borclu C.M. və ipoteka qoyan B.B. iddia

qaldıraraq dünya iqtisadiyyatında və ölkədə baş verən iqtisadi böhranla əlaqədar maddi

vəziyyətlərinin pisləşdiyini, əsas və faiz borcunu ödəməyə imkanları olmadıqlarını

bildirərək, hər iki müqavilənin ləğv edilməsi və öhdəliyə xitam verilməsini xahiş

etmişlər.

Birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq öhdəliyə xitam

verilməsinə əsaslar olmadığı qənaətinə gələrək, iddia tələblərini təmin etməmişdir.

Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərə xitam verilməsi əsasları

nəzərdə tutulmuşdur. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu

bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə

tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Hazırkı mülki işdə isə

kredit və ipoteka müqavilələri üzrə öhdəliyə xitam verilməsi üçün heç bir əsas müəyyən

edilməmişdir.

İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri odur ki, müqaviləyə əsasən

“borcalan” kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edə

bilmədikdə “borcverən” müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə

bilməli olduğu halda, bunu etməməsidir.

Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit

müqaviləsində qeyd olunan halların baş verməsi zamanı kredit müqaviləsinə vaxtından

əvvəl xitam verilməsi və borcun ödənilməsinə dair məhkəmədə iddia qaldırmaq bankın

vəzifəsi deyil, hüququdur.

İddiaçı apellyasiya şikayətində “Kredit əməliyyatları üzrə faizlərin

hesablanmasının dayandırılması haqqında Qaydalar”a istinad edərək, bank tərəfindən

faizlərin əsassız olaraq dayandırılmadığını bildirsə də, məhkəmə araşdırmaları zamanı

əsas kredit borcuna görə ödənilməli olan faizlərin dayandırılması üçün qanuni əsasların

mövcud olması sübut edilməmişdir.

Halbuki, MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi

aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa

sübutlarla təsdiq oluna bilməz.

Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin iqtisadi böhranla bağlı

dəlillərinə qiymət verərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə

əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta

ehtiyacı yoxdur. Dünyada baş verən iqtisadi böhran vəziyyətinin Azərbaycana təsir

göstərməməsi, iqtisadi böhran vəziyyətinin yaranmaması isə hamıya bəlli olan faktdır.

Ona görə də apellyasiya şikayətinin bu dəlili də məhkəmə qətnaməsinin ləğvinə əsas ola

bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit və ipoteka

müqavilələrinin ləğvinə və həmin müqavilələr üzrə yaranmış öhdəliklərin icrasına xitam

verilməsinin qanuni əsası olmadığından, apellyasiya şikayətinin dəlilləri əsassızdır və

rədd edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə

əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

5

Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq

münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin

baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə

müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır.

Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi

iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq

normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin

qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla

əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin

ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi

dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

Kollegiya, həmçinin məhkəmə xərcləri barədə məsələni müzakirə edərək hesab

edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar

iddiaçı B.B. tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.5-ci maddəsinə əsasən

ona aid edilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual

Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı B.B.Ə. qızının apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə 09 iyul 2012-ci il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay

müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali

Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Qətnamədən kassasiya şikayəti verilməzsə, qəbul edildiyi vaxtdan 2 (iki) ay

keçdikdən sonra qanuni qüvvəyə minir.

6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!