05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İş № 2(103)-4482/2012

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

«16» oktyabr 2012-ci il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası

Hakimlər: Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi və məruzəsi ilə,

Səmədov Tofiq Səməd oğlu və Əliyev Toğrul Məhəmməd oğlundan ibarət tərkibdə,

məhkəmə iclas katibi: Bayramova Könül Namiq qızı,

iddiaçı “A.B.B.” ASC-nin nümayəndəsi H.E.M. oğlunun iştirakı ilə,

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-521/2012 saylı, 07 iyun 2012-ci il

tarixli qətnaməsindən cavabdeh S.F.İ. oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə

əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında

baxaraq,

m ü ə y y ə n e t d i :

İddiaçı "A.B.B." ASC cavabdeh S.F.İ. oğluna qarşı ipotekaya qoyulmuş mənzilin

hərracdan satılması və kredit borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə

müraciət edərək, cavabdeh F.İ.S.dan iddiaçı "A.B.B." ASC-nın xeyrinə 40.000 AZN əsas

kredit borcu, 18.940 AZN faiz borcu, 4000 AZN dəbbə pulu, cəmi 62.940 AZN

məbləğində borcun tutulması, cavabdeh F.İ.S.un ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail

rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “n” saylı evin, «n» saylı mənzildən

çıxarılması, ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində

istifadədə olan 0,21526 ha torpaq sahəsində yerləşən “n” nömrəli binada, 30,36 kv.m

ümumi sahədən ibarət 1 otaqlı, «n» nömrəli mənzilin açıq hərracdan satılması və əldə

olunmuş vəsaitin cavabdeh F.İ.S.un Banka olan kredıt borcunun ödənilməsinə

yönəldilməsi barədə qətnamə çıxarılması, hərracdan satılmış yaşayış evin dəyəri Banka

olan borcu ödəmədikdə, borcun qalan hissəsinin F.İ.S.dan tutulması və dövlət rüsumunun

cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi onunla

əsaslandırılmışdır ki, A.B.B.nın "Xətai" filialı və S.F.İ. oğlu arasında 03.11.2008-ci il

tarixli, 735 N-li Kredit müqaviləsinə əsasən Bank F.İ.S.a 36 ay (otuz altı) müddətinə

40.000 AZN məbləğində kredit xətti açmışdır. Müqavilələrin şərtlərinə görə kredit üzrə

istifadə olunmuş vəsaitə 18 % illik faiz borcu hesablanmalı və hər ayın 20-si tarixindən

gec olmayaraq Banka ödənilməli idi. Cavabdeh S.F.İ. oğlu kredit vəsaitindən istifadə

etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi

qaydada ödəməmişdir. Cavabdeh F.İ.S.un hazırda Banka 40.000 AZN əsas kredit borcu,

18.940 AZN faiz borcu, 4000 AZN dəbbə pulu, cəmi borc 62.940 AZN məbləğində təşkil

edir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-521/2012 saylı, 07 iyun 2012-ci il

tarixli qətnaməsi ilə iddia tələbi qismən – cavabdeh S.F.İ. oğlundan 40000 (qırx min)

manat əsas, 18940 (on səkkiz min doqquz yüz qırx) manat faiz borcu, 400 (dörd yüz)

manat cərimə, cəmi 59340 (əlli doqquz min üç yüz qırx) manat məbləğində borc və

ödənilmiş 20 manat dövlət rüsumu tutularaq, "A.B.B." ASC-yə ödənilməsi, tutmanın

ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “n”

saylı evin, «n» saylı mənzilin açıq hərracda satılması yolu ilə yönəldilməsi hissəsində

təmin dilərək, qalan hissədə təmin edilməmişdir.

Qeyd olunan qətnamə ilə razılaşmayan cavabdeh S.F.İ. oğlu apellyasiya şikayəti

verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla

əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin

pozulması ilə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan

bütün faktiki hallar məhkəmədə araşdırılmamışdır. Məhkəmə tərəfındən müəyyən

olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi

tərəfındən sübut olunmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına

uyğun olmamışdır. Belə ki, bank tərəfindən 40000 manat kredit üzrə 18940 manat faizin

hesablanması həddindən artıq çoxdur. Bank tərəfındən faiz şişirdilmiş, lakin məhkəmə

tərəfındən faizin şişirdilməsinə fıkir verilməmiş, ekspertiza təyin edilmədən iddia təmin

edilmişdir. Həmçinin, məhkəmənin qərarı cavabdehin iştirakı olmadan çıxarılmış və

bununlada çəkişmə prinsipləri pozulmuşdur.

Apellyasiya şikayətinə baxılması barədə kollegiya iclasının vaxtı və yeri haqqında

tərəflərə müvafiq qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, cavabdeh S.F.İ.

oğlu iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil

olmamışdır. Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci

maddəsinin tələblərini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını

mümkün saydı.

Kollegiya iclasında iddiaçı “A.B.B.” ASC-nin nümayəndəsi H.E.M. oğlu

apellyasiya şikayəti ilə razılaşmayaraq, iddia tələbini müdafiə edərək, əlavə olaraq

göstərdi ki, cavabdehin apellyasiya şikayəti icra vaxtını uzatmaq məqsədilə verilmiş,

formal mülahizələrə əsaslanmışdır, belə ki, cavabdehdən tutulan faizlər qrafikə uyğun

olaraq, hətta bir qədər az hesablanmışdır, həmin məbləğin düzgün hesablanmasının

yoxlanılması üçün xüsusi bilik tələb edən ekspertiza təyin edilməsinə də zərurət yoxdur.

Kredit 36 ay müddətinə, illik 18 faizlə verilmişdir, cavabdeh tərəfindən hər ay 600 manat

faiz ödənilməli idi, cavabdeh yalnız bir dəfə 30 dekabr 2008-ci il tarixdə 1100 manat faiz

pulu ödəmişdir, qalan 34 ayın faiz pulu isə 20.400 manat təşkil edir, Bank tərəfindən isə

faiz borcu 18940 manat hesablanmışdır.Həmçinin, birinci instansiya mhkəməsi dəbbə

pulunu da kifayət qədər azaltmışdır. Apellyasiya şikayətinin təmin edilmədən Səbail

Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən

saxlanılmasını xahiş etdi.

2

Kollegiya nümayəndənin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və

iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya

şikayəti təmin edilmədən və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-

521/2012 saylı, 07 iyun 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin

tələbinə görə Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin

qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində,

şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona

etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə

tam yoxlayır.

Kollegiya qeyd edirki, iddiaçı iddia tələbinin təmin olunmayan hissəsindən

apellyasiya şikayəti verməmişdir.

Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası

məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual

hüquq normalarına riayət etməsini yoxlayır.

Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq

münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması

zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Aşağıdakılara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş

üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur.

İş materialları ilə təsdiq olunur ki, 03 noyabr 2008-ci il tarixli 735 saylı kredit

müqaviləsinə əsasən "A.B.B." ASC tərəfindən F.İ.S.a 36 ay (otuz altı) müddətinə 40.000

AZN məbləğində kredit xətti açmışdır. Müqavilələrin şərtlərinə görə kredit üzrə istifadə

olunmuş vəsaitə 18 % illik faiz borcu hesablanmalı və hər ayın 20-si tarixindən gec

olmayaraq Banka ödənilməli idi. 02 dekabr 2008-ci il tarixli 735 saylı ipoteka

müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “n”

saylı evin, «n» saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 6.1.1.

bəndində qeyd olunmuşdur ki , İpoteka verən 03.11.2008-cu il tarixli, 735 №-li kredit

müqaviləsi ilə və bu Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə

yetirmədikdə yaxud yerinə yetirməkdən imtina etdikdə ipoteka saxlayan ipoteka ilə təmin

edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq

hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Bakı şəhəri, Səbail

rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “n” saylı evin, «n» saylı mənzil S.F.İ. oğlunun

mülkiyyətindədir, 03 noyabr 2008-ci il tarixli 735 saylı kredit müqaviləsinə əsasən

"A.B.B." Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh

S.F.İ. oğluna yaranmış borcun ipoteka predmetinə yönəldilməsi haqqında məlumat

verilmiş və ona tutmanın yönəldilməsi üçün məhkəmədən kənar notariat qaydasında

razılaşmanın təsdiq edilməsi təklif olunmuşdur. İpoteka haqqında Qanunun tələblərinə

uyğun olaraq, cavabdehə bildiriş göndərilmişdir. 05 dekabr 2011-ci il tarixə S.F.İ.

oğlunun "A.B.B." Açıq Səhmdar Cəmiyyətinə 40000 manat əsas borcu, 18940 manat faiz

borcu, 4000 manat dəbbə pulu, cəmi 62940 manat borcu yaranmışdır. İddiaçı tərəfindən

20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq,

tərəflər arasında bağlanmış müqavilələrə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin

öhdəlik hüququnu tənzimləyən normalarına və İpoteka haqqında Azərbaycan

3

Respublikası Qanununa istinad edərək, düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit

və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra

etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədılə ipoteka predmeti olan

mənzilə tutma yönəldilməli, həmin mənzil hərracda satılmalı, onun satışından əldə edilmiş

pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan 40.000 AZN əsas kredit borcu, 18.940 AZN

faiz borcu və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi

dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində pul iddiaçıya ödənilməlidir. 40000

manat əsas borc üzrə 4000 manat dəbbə pulunun hesablanması tənəsübsüz surətdə yüksək

olduğundan onun 400 manat məbləğində müəyyən edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə

əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsasları ondan ibarət

olmuşdur ki, bank tərəfındən faiz şişirdilmiş, lakin məhkəmə tərəfındən faizin

şişirdilməsinə fıkir verilməmiş, ekspertiza təyin edilmədən iddia təmin edilmiş, həmçinin,

məhkəmənin qərarı cavabdehin iştirakı olmadan çıxarılmış və bununlada çəkişmə

prinsipləri pozulmuşdur.

Kollegiya qeyd edir ki, cavabdeh S.F.İ. oğlu kollegiya iclasının vaxtı və yeri barədə

bildirişləri qəbul etməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və apellyasiya

şikayətinin əsaslı olmasına istinad etdiyi halları sübut edilməmiş, bu barədə qanunla

müəyyən edilmiş qaydada heç bir mötəbər və tutarlı sübut növləri təqdim edilməmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə

əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır

ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz,

hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən

edilmiş qüvvəsi yoxdur.

Cavabdehin digər dəlili faiz borcunun şişirdilməsi barədə olmuş və hesab edir ki,

faiz borcunun müəyyən edilməsi üçün ekspertiza təyin edilməli idi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-cı maddəsinə

əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə

iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində

cavabdehin aylıq ödəməli olduğu faiz dərəcəsi dəqiq göstərilməklə verilmiş kredit

məbləğinə hesablanmalı olan faizin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmur,

iddiaçının nümayəndəsi izahatında faizin hesablanması qaydası və məbləği barədə dəqiq

məlumat verilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinin

tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı

olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə

bilməz.

4

Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi

nəzərindən qanuni və əsaslıdır, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin

dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün

əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi

tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə də iş üzrə məhkəmə qətnaməsi

dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

Kollegiya, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki

Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini

rəhbər tutaraq,

q ə t e t d i :

Cavabdeh S.F.İ. oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-521/2012 saylı, 07 iyun

2012-ci il tarixli qətnaməsi apellyasiya şikayəti vermiş tərəfə münasibətdə

dəyişdirilmədən saxlanılsın.

Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay

müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi

vasitəsilə kassasiya şikayəti verilə bilər.

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!