05.04.2013 Views

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İş № 2-1(103)-305/10

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

24.06.2010-cu il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə

kollegiyası, hakimlər: Səadət İnayət qızı Bəktaşi (sədrlik edən və məruzəçihakim);

Elmira Eyvaz qızı Nağıyeva və Vaqif Ənvər oğlu Mursaqulovdan ibarət

tərkibdə,

Məhkəmə iclas katibi: Samirə Paşa qızı Turabovanın,

İddiaçının nümayəndəsi- A.Qəhrəmanovun iştirakı ilə,

İddiaçı: “Atalizinq” ASC-nin

Cavabdeh: “Kaspian Trans Müşü” MMC-yə

qarşı 60280 manat lizinq ödənişinin, 5476 manat dəbbə pulunun

ödənilməsi, “AtaLizinq” ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd “Buldozer

İnternational Haryester” markalı texnikanın istifadəyə tam yararlı vəziyyətdə

“AtaLizinq” ASC-yə geri qaytarılmasına və bununla da “AtaLizinq” ASC ilə

Cavabdeh “Kaspian Trans Müşü” MMC arasında bağlanmış 13.11.2008-ci il

tarixli 156 saylı “Daxili lizinq müqaviləsi”nə xitam verilməsinə dair iddiası üzrə

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin (hakim M.Bayramov) qəbul etdiyi

2(81)-941/2010 saylı 05.03.2010-cu il tarixli qətnaməsindən “Kaspian Trans

Müşü” MMC-nin verdiyi apellyasiya şikayətinə 21.06.2010-cu il tarixdə (Bakı

şəhəri, Z.Xəlilov küç, 540-cı məhəllədə) açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏN ETDİ:

İddiaçı- “Atalizinq” ASC cavabdeh- “Kaspian Trans Müşü” MMC-yə

qarşı iddia ərizəsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək,

60280 manat lizinq ödənişinin, 5476 manat dəbbə pulunun ödənilməsi,

“AtaLizinq” ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd “Buldozer İnternational

Haryester” markalı texnikanın istifadəyə tam yararlı vəziyyətdə “AtaLizinq”

ASC-yə geri qaytarılmasına və bununla da “AtaLizinq” ASC ilə “Kaspian Trans

Müşü” MMC arasında bağlanmış 13.11.2008-ci il tarixli 156 saylı “Daxili lizinq

müqaviləsi”nə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-941/2010 saylı

05.03.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

Qətnamədən narazı qalan- “Kaspian Trans Müşü” MMC apellyasiya

şikayəti ilə məhkəməyə müraciət edərək, 1-ci instansiya məhkəməsinin qəbul

etdiyi 2(81)-941/2010 saylı 05.03.2010-cu il tarixli qətnamənin ləğv edilərək,

iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-305/10 saylı 23.04.2010-cu il

tarixli qərardadı ilə “Kaspian Trans Müşü” MMC-nin apellyasiya şikayəti

apellyasiya icraatına qəbul edilmiş, işə son olaraq baxılması 21.06.2010-cu il

tarixə təyin edilmiş, qətnamənin elan edilməsi isə 24.06.2010-cu il tarixə təxirə

salınmışdır.

21.06.2010-cu il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin

nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar

edilməsinə baxmayaraq iştirak etməmişdir. İşdə iştirak edən iddiaçının

nümayəndəsi hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan

baxılmasına etiraz etməmişdir.

Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə

baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə

qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Bununla bağlı

məhkəmə hazırki işə cavabdeh- “Kaspian Trans Müşü” MMC-nin

nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Şikayətçi- “Kaspian Trans Müşü” MMC apellyasiya şikayətində ona

istinad etmişdir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, belə ki,

iddiaçı Azərbaycan Respublikası MM-nin 748-1.12-ci maddəsinə əsasən lizinq

müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malik olsa da, borcun

yaranmasına və çoxalmasına şərait yaratmış, cavabdehin ödəməli olduğu

məbləği şişirtmiş və buna görə də borclu bunun üçün heç bir məsuliyyət daşımır.

Bununla bağlı şikayətçi apellyasiya şikayətinin təmin olunmasını, 1-ci instansiya

məhkəməsinin 2(81)-941/2010 saylı 05.03.2010-cu il tarixli qətnaməsinin ləğv

edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini

xahiş etmişdir.

İddiaçı- “Atalizinq” ASC cavabdehin apellyasiya şikayətini qəbul

etməyərək ona istinad etmişdir ki, “AtaLizinq” ASC ilə javabdeh “Kaspian

Trans Müşü” MMC arasında bağlanmış 13.11.2008-ci il tarixli 156 saylı “Daxili

lizinq müqaviləsi”nə əsasən, iddiaçı 1 (bir) ədəd “Buldozer İnternational

Haryester” markalı texnikanı 30 (otuz) ay müddətinə javabdeh “Kaspian Trans

Müşü” MMC-yə lizinqə (icarəyə) vermişdir. “Daxili lizinq müqaviləsi”nin

tərkib hissəsi olan “1 saylı əlavə”də “Kaspian Trans Müşü” MMC tərəfindən

lizinq ödənişlərinin ödənilməsi cədvəli müəyyən edilmiş və eyni zamanda

müqavilənin 13.2.2-ci yarımbəndində “Kaspian Trans Müşü” MMC tərəfindən

lizinq ödənişlərinin bu müqavilədə göstərilən müddətlərdə ödənilməməsinə görə

hər gecikdirilmiş gün üçün ödənilməyən lizinq ödənişinin məbləğinin 0,3 %

həcmində dəbbə pulu ödənilməsi qeyd edilmişdir. “Kaspian Trans Müşü” MMC

“Daxili lizinq müqaviləsi”nin tərkib hissəsi olan “1 saylı əlavə” ilə müəyyən

edilən lizinq ödənişi cədvəlinin tələblərinə riayyət etməmiş, 15.01.2009-cu il

tarixdən 06.07.2009-cu il tarixə olan dövr ərzində 16.027,35 (on altı min iyirmi

yeddi manat otuz beş qəpik) manat məbləğində pul vəsaitini İddiaçıya

ödəməmişdir. Cavabdeh “Kaspian Trans Müşü” MMC-nin İddiaçıya bu günə

olan lizinq ödənişi borcu 60.280 (altmış min iki yüz səksən) manat, lizinq

ödənişinin gecikdirilməsi ilə bağlı hesablanmış bu günə olan dəbbə pulu

3607,35 (üç min altı yüz yeddi manat otuz beş qəpik) manat təşkil edir.

Yaranmış mübahisənin məhkəmədənqabaq həlli (pretenziya) qaydalarına riayət

edilməsi məqsədilə, İddiaçı Cavabdeh “Kaspian Trans Müşü” MMC-yə

12.06.2009-cu il tarixdə “Daxili lizinq müqaviləsi”nin 19.1-ci bəndinə uyğun

olaraq pretenziya qaydasında yazılı “Bildiriş” göndərmiş, lizinq ödənişinin və

müqaviləyə əsasən hesablanmış dəbbə pulunun qısa vaxt ərzində “AtaLizinq”

ASC-yə ödənilməsini tələb etmişdir. Lakin qeyd olunan öhdəlik bugünədək

yerinə yetirilməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi cavabdehin

apellyasiya şikayətinin təmin olunmamasını və 1-ci instansiya məhkəməsinin

qəbul etdiyi 2(81)-941/2010 saylı 05.03.2010-cu il tarixli qətnaməsinin

dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndələrinin

izahatlarını və məruzəçi-hakimin məruzəsini dinləyərək hesab edir ki, 1 saylı

Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-941/2010 saylı 05.03.2010-cu il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılmalı və bununla da “Kaspian Trans Müşü”

MMC-nin apellyasiya şikayəti təmin edilməməlidir.

Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh “Kaspian Trans

Müşü” MMC ilə “Atalizinq” ASC arasında 13.11.2008-ci il tarixli 156 saylı

daxili lizinq müqaviləsi bağlanmışdır.

Qeyd olunan müqaviləyə əsasən, iddiaçı 1 (bir) ədəd “Buldozer

İnternational Haryester” markalı texnikanı 30 (otuz) ay müddətinə cavabdeh

“Kaspian Trans Müşü” MMC-yə lizinqə (icarəyə) vermişdir.

“Daxili lizinq müqaviləsi”nin tərkib hissəsi olan “1 saylı əlavə”də

cavabdeh “Kaspian Trans Müşü” MMC tərəfindən lizinq ödənişlərinin

ödənilməsi cədvəli müəyyən edilmiş və eyni zamanda müqavilənin 13.2.2-ci

yarımbəndində cavabdeh “Kaspian Trans Müşü” MMC tərəfindən lizinq

ödənişlərinin bu müqavilədə göstərilən müddətlərdə ödənilməməsinə görə hər

gecikdirilmiş gün üçün ödənilməyən lizinq ödənişinin məbləğinin 0,3 %

həcmində dəbbə pulu ödənilməsi qeyd edilmişdir.

İş materiallarından görünür ki, cavabdeh “Kaspian Trans Müşü” MMC

“Daxili lizinq müqaviləsi”nin tərkib hissəsi olan “1 saylı əlavə” ilə müəyyən

edilən lizinq ödənişi cədvəlinin tələblərinə əməl etməmiş və yaranmış borc pul

vəsaitini iddiaçıya ödəməmişdir.

Cavabdeh “Kaspian Trans Müşü” MMC-nin iddiaçıya olan lizinq ödənişi

borcu 60.280 (altmış min iki yüz səksən) manat, lizinq ödənişinin gecikdirilməsi

ilə bağlı hesablanmış bu günə olan dəbbə pulu 5476 (beş min dörd yüz yetmiş

altı) manat təşkil edir.

Yaranmış mübahisənin məhkəmədən qabaq həlli (pretenziya) qaydalarına

riayət edilməsi məqsədilə, iddiaçı cavabdeh “Kaspian Trans Müşü” MMC-yə

12.06.2009-cu il tarixdə “Daxili lizinq müqaviləsi”nin 19.1-ci bəndinə uyğun

olaraq pretenziya qaydasında yazılı “Bildiriş” göndərmiş, lizinq ödənişinin və

müqaviləyə əsasən hesablanmış dəbbə pulunun qısa vaxt ərzində “AtaLizinq”

ASC-yə ödənilməsini tələb etmişdir. Lakin qeyd olunan öhdəlik bu günədək

yerinə yetirilməmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən,

öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən

hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər

göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə

orcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə

daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə uyğun

olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni

əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə

tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin

müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə

vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı

çatanlardan xeyli dərəcədə məhrum olur.

Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin

dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə

pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv

edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə

əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə

tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq

verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da

lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir.

Bundan əlavə iddiaçı ilə cavabdeh arasında bağlanmış 13.11.2008-ci il

tarixli 156 saylı daxili lizinq müqaviləsinin 14.1.5-ci maddəsinə əsasən lizinq

alan lizinq ödənişini ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə bu, lizinq verən

tərəfindən lizinq obyektinə sahiblik və istifadə hüquqlarına birtərəfli qaydada

xitam verilməsi, lizinq obyektinin geri alınması və satışı üçün əsasdır.

Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı- “Atalizinq” ASC

cavabdeh- “Kaspian Trans Müşü” MMC-yə qarşı 60280 manat lizinq ödənişinin,

5476 dəbbə pulunun ödənilməsi, “AtaLizinq” ASC-nin mülkiyyətində olan 1

(bir) ədəd “Buldozer İnternational Haryester” markalı texnikanın istifadəyə tam

yararlı vəziyyətdə “AtaLizinq” ASC-yə geri qaytarılması və bununla da

“AtaLizinq” ASC ilə “Kaspian Trans Müşü” MMC arasında bağlanmış

13.11.2008-ci il tarixli 156 saylı “Daxili lizinq müqaviləsi”nə xitam verilməsi

barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə

(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla

əsaslandırır.

Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Atalizinq” ASC və

“Kaspian Trans Müşü” MMC arasında bağlanmış 13.11.2008-ci il tarixli 156

saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh- “Kaspian Trans

Müşü” MMC tərəfindən “AtaLizinq” ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd

“Buldozer İnternational Haryester” markalı texnikanın istifadəyə tam yararlı

vəziyyətdə “AtaLizinq” ASC-yə geri qaytarılması, cavabdeh- “Kaspian Trans

Müşü” MMC-dən 60280 manat lizinq ödənişi, 5476 manat dəbbə pulunun

“AtaLizinq” ASC-nin hesabına ödənilməsi barədə 1-ci instansiya məhkəməsi

düzgün nəticəyə gəlmişdir.

Bununla bağlı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qəbul etdiyi

2(81)-941/10 saylı 05.03.2010-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq

normalarına riayət edilməklə qəbul edildiyindən və onun ləğvi üçün heç bir əsas

olmadığından dəyişdirilmədən saxlanılmalı və bununla da “Kaspian Trans

Müşü” MMC-nin apellyasiya şikayəti təmin edilməməlidir.

Eyni zamanda hazırki işə apellyasiya qaydasında baxılması üçün

“Kaspian Trans Müşü” MMC tərəfindən respublika büdcəsinə ödənilmiş 24

manat məbləğində dövlət rüsumu ona aid edilməlidir.

Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci

maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDI:

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-941/10 saylı 05.03.2010cu

il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

“Kaspian Trans Müşü” MMC-nin apellyasiya şikayəti təmin edilməsin.

“Kaspian Trans Müşü” MMC tərəfindən respublika büdcəsinə ödənilmiş

24 manat məbləğində dövlət rüsumu ona aid edilsin.

Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay

müddətində ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan

Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!