05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2(103)-3954/2009

Q Ə T N A M Ə

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyası

sədrlik edən İ.R.Xələfov, hakimlər İ.Ş.Vəliyev və S.Ə.Məmmədovdan ibarət

tərkibdə,

S.Ə.Əzizovun katibliyi ilə

23.10.2009-cu il tarixdə, Bakı şəhərində, Bakı Apellyasiya Məhkəməsinin

binasında, açıq məhkəmə iclasında,

Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03.06.2009-cu il tarixli

qətnaməsindən Qurbanov Tanrıverdi Şamil oğlu tərəfindən verilmiş apellyasiya

şikayəti üzrə işə baxaraq

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03 iyun 2009-cu il tarixli

qətnaməsi ilə iddiaçı «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyətinin

cavabdehlər Qurbanov Tanrıverdi Şamil oğluna, Ağayeva Leyla İsgəndər qızına və

Atakişiyeva Leylan Atakişi qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi

tələbinə dair iddiası qismən təmin edilərək Qurbanov Tanrıverdi Şamil oğlu,

Ağayeva Leyla İsgəndər qızı və Atakişiyeva Leylan Atakişi qızından müştərək

qaydada «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialının

xeyrinə əsas borca görə 4500 manat, faiz borcuna görə 629 manat, cəriməyə görə

146,16 manat, hüquqi xidmətə görə 53 manat, dövlət rüsumunun ödənilməsinə görə

20 manat cəmi 5408 manat 59 qəpik tutulması qət olunmuşdur.

İş materiallarından görünür ki, «Azərdəmiryolbank» Açıq Səhmdar

Cəmiyyətinin Sabunçu filialı ilə Qurbanov Tanrıverdi Şamil oğlu arasında

bağlanmış 17 iyul 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən

Qurbanov Tanrıverdi Şamil oğluna 18 ay müddətinə qaytarmaq şərti ilə illik 35 faiz

olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir.

Kredit müqaviləsi üzrə T.Ş.Qurbanovun öhdəliklərinin təminatı kimi 17 iyul

2008-ci il tarixdə Ağayeva Leyla İsgəndər qızı və Atakişiyeva Leylan Atakişi qızı

ilə zaminlik müqaviləsi bağlanmışdır.

Kredit müqaviləsində nəzərdə tutulmuş 5000 manat müqavilə bağlanan gün

T.Ş.Qurbanova ödənilmiş və bununla əlaqədar hər iki tərəfin imzaladığı ödəniş

qrafiki tərtib olunmuşdur.

2009-cu ilin mart ayında «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyəti

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək T.Ş.Qurbanov öz müqavilə

öhdəliklərini yerinə yetirməyərək kredit müqaviləsi üzrə borclarının

ödənilməməsini, nəticədə 10 fevral 2009-cu il tarixə onun əsas borca görə 4560

manat, faizə görə 629,08 manat, kreditin gecikdirilməsinə görə 146,16 manat

məbləğində Banka borcu yaranmasını əsas göstərməklə həmin məbləğin və eləcə də

hüquqi xidmətə görə 800,29 manat, dövlət rüsumuna görə 20 manat, cəmi 6135,52

manat məbləğində pulun Tariyel Qurbanov, Leyla Ağayeva və Leylan

Atakişiyevadan müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş

etmişdir.

İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən

qaydada qismən - 5408 manat 59 qəpik məbləğində təmin olunmuşdur.

Qurbanov Tanrıverdi Şamil oğlu qətnamədən apellyasiya şikayəti verərək 17

iyul 2008-ci il tarixli kredit müqaviləsini əvvəllər yaxın qonşusu olmuş və ticarət

fəaliyyəti ilə məşqul olan Həsənzadə Rəhilə Əhəd qızının xahişi ilə 2000 ABŞ

dolları məbləğində kredit götürməsi üçün imzalamasını, kredit məbləğinin və

ödəmə qrafikinin R.Ə.Həsənzadəyə verilməklə müqavilə üzrə ödəmənin də onun

tərəfindən aparılmasını, müqaviləni onun tərəfindən aldadılması ilə əlaqədar

imzalamasını əsas göstərməklə qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd

olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə

olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən

şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

İş materiallarından görünür ki, 17 iyul 2008-ci il tarixli kredit müqaviləsini

bağlamaqla tərəflər öz üzərlərinə həmin müqavilədən irəli gələn öhdəliklər

götürmüşlər.

Bank müqavilədə nəzərdə tutulmuş məbləği cavabdeh T.Ş. Qurbanova

verməklə müqavilə üzrə əsas öhdəliyini yerinə yetirmiş, cavabdeh isə həmin

məbləği ona hesablanmış faizlərlə birlikdə və müəyyən olunmuş müddətdə

qaytarmamaqla öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə

öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən

hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər

göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan

vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

İşdən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə

cavabdehlərə xəbərdarlıq etsə də onlar öz müqavilə öhdəliklərinin icrasından

boyun qaçırmışlar və göstərilən vəziyyətdə Bank hazırkı iddia tələbi ilə məhkəməyə

müraciət etməkdə haqlı olmuşdur

Müəyyən olunmuşdur ki, müqavilənin icra edilməməsi səbəbindən

cavabdehlərin Banka əsas kredit borcuna görə 4560 manat, ona hesablanmış

faizlərə görə 629,08 manat və kreditin gecikdirilməsinə görə 146,16 manat borcu

yaranmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə

öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi

(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya

öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)

başa düşülür.

Mülki Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və

müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil

olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Kredit müqaviləsinin 5.1-ci bəndinə görə öhdəliklər borc alan tərəfindən

yerinə yetirilmədikdə «borc verən» xəbərdarlıq etməklə müqavilənin vaxtından

əvvəl dayandırmaq və habelə «borc alana» kreditin və ya onun bir hissəsinin geri

ödənilməsi tələbi irəli sürmək hüququna malikdir.

İşdən görünür ki, öhdəliyin icrasının təmini kimi Leyla Ağayeva və Leylan

Atakişiyeva ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən

zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz

öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə

götürür.

Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin

edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə

və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,

zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə

tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun

öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən

digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında

borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Qanunun göstərilən normaları kredit müqaviləsi üzrə borcların ödənilməsini

əsas borclu ilə birlikdə borcun qaytarılmasına zamin durmuş şəxslərin də üzərinə

qoyulmasına imkan verdiyindən məhkəmə kollegiyası birinci instansiya

məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni sayır və hesab edir ki, iddianı həmin

hissədə təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir.

Kredit məbləğinin Rəhilə Həsənzadə tərəfindən alınmasına dair apellyasiya

şikayətində göstərilənlər qətnamənin ləğvi üçün əsas vermədiyindən məhkəmə

kollegiyası şikayəti əsassız hesab edir.

Kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə Rəhilə Həsənzadənin üzərinə

heç bir öhdəlik qoyulmamaqla həmin müqavilələr üzrə öhdəliyi yalnız hazırkı iş

üzrə cavabdehlər daşıdığından kreditin və ona hesablanmış faizlərin qaytarılması

düzgün olaraq onların üzərinə qoyulmuşdur.

Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qətnaməni qanuni və əsaslı,

apellyasiya şikayətini isə əsassız hesab edir.

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1,

393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hazırkı iş üzrə olan 03 iyun 2009cu

il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamədən onun işdə iştirak şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay

müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali

Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti verilə

bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!