19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

nəşriyyatların geniş yayıldığı bir dövrdə yaşasa da, şeirləri sağlığında

çap olunmamış, yaddaşlarda yaşayaraq günümüzədək

gəlib çatmışdır. Yaddaşlardan toplanmış şeirləri 1988-ci ildə

ayrıca kitab kimi çap olunmuşdur. Prof. Dr. Alimcan İnayət

tərəfindən hazırlanmış olan Abduxaliq Uyğur “Şeirləri” adlı

əsər 2008-ci ildə Türk Dil Kurumu tərəfindən yayınlanmış və

şairin indiyə qədər bilinən şeirlərinin tamamı uyğur və Türkiyə

türkçəsində verilmişdir.

Tacir ailəsində doğulan, evdə dini təhsil almaqla yanaşı, ərəb

və fars dillərini də öyrənən Abdulxaliq sonra Turpan şəhərində

Çin dilində təhsil verən məktəbdə oxumuşdur. Çin ədəbiyyatının

klassik əsərlərindən “Su Boyida” (Su vadisi boyunda) və “Kizil

ravaktiki çüş” (Qızıl çadırdakı yuxu) kimi romanları oxuyur,

Sun-Cun-Şen və Lu-Şun kimi çinli yazıçıların əsərləri ilə tanış

olur. 8 yaşından etibarən şeir yazmağa başlayan Abdulxaliq

1923-cü ildə bir neçə yaşıdı ilə SSRİ-yə gələrək burada üç il

təhsil alır. Rus yazıçı və şairlərindən A.S.Puşkinin, L.Tolstoyun,

M.Qorkinin, M.Lermontovun və b. əsərlərini oxuyur. Onlardan

güclü təsirlənir. Bolşeviklərin sosial ədalət, bərabərlik, sinfi

mübarizə şüarları ona olduqca xoş gəlir. Necə deyərlər, bolşevik

inqilabını ölkəsinə daşımaq istəyir. 1926-ci ildə vətənə dönərək

cahillik, savadsızlıq əleyhinə mübarizəyə başlayır.

1927-ci ildə “Akartiş birləşməsi” (Mədəniyyət birləşməsi)

adı altında təlim-tərbiyə dərnəyi quraraq, məktəb açır, oranı

bitirənlərin bir çoxunu SSRİ-də oxumağa göndərir.

Xalqını maarifləndirməklə yanaşı, hakimiyyətə qarşı mübarizəyə

də səfərbər etməyə çalışır. Onun mübarizəsi yalnız işğalçılara

qarşı deyildi, həm də öz millətindən olan varlılara

qarşı idi. İnsanlar arasındakı bərabərsizliyi aradan qaldırmaq

istəyi ilə kasıbları varlılara qarşı üsyana səsləyirdi. Onun fəaliyyətində

sovetlərdən aldığı təlimin təsiri açıq-aydın görünür.

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

58

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!