19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Mançu-Qinq hökuməti xalqın xarici ölkələrlə əlaqəsini kəsməyə

çalışsa da uyğur bölgəsinin qərbində - keçmiş Rusiyada

və onun davamı olan Sovetlər Birliyində çap olunan qəzet və

jurnallar, kitablar gizli olaraq uyğurlar arasında yayılırdı. Gənc

uyğur ədibləri türk ədəbi dilindən bir çox kəlmələr və cümlə

şəklini alaraq işlədirdilər.

Xaricdə təhsil alan və yaşayaraq vətənə dönənlər cədidçilik

hərəkatını genişləndirirlər. Mədrəsələri Avropa tipli məktəblərlə

əvəz edirlər. 1885-ci ildə Bavdun Musabay Kaşqarın Artuş

bölgəsinin İksak kəndində Avropa tipli ibtidai məktəb açır.

Osmanlıda yaşayan uyğurlardan olan Əbubəkir məktəbdə

müəllim işləməyə gətirilir. 1907-cu ildə Həbibizadə Darülmüəllimi

açılır. Burada dərs deməyə Osmanlı dövlətindən yeddi

nəfər gətirilir ki, onlardan biri də bir müddət Bakıda

müəllimlik etmiş, qəzet redaktoru olmuş, Mirzə Ələkbər Sabiri

özünə stenoqrafçı götürmüş Əhməd Kamal olmuşdur.

1899-cu ildə “Matbaayı-xurşid”, 1910-cu ildə Kaşqarda Yenihisarlı

Nurhacının “Matbaayı-nur” adlı bir daş mətbəəsi açması,

1905-ci ildə yenə Kaşqarda “Şivit”mətbəəsinin, 1920-ci

ildə Qulca Kürədə bir daş mətbəəsinin qurulması kitab və qəzet

nəşrinə təkan verir. “Şivit”mətbəəsində “Sultan Saltuk

Boğraxan” və “Dünya coğrafiyası” adlı kitablar çap olunur.

1911-ci ildə Kaşqar şəhərində Kutluk Şevki açdığı “An” (Fikir),

1922-ci ildə nəşrə başlayan “İli dihkanlırı” (İli dehqanlarıəkinçiləri),

bu qəzetin davamı olan “İli Şincan” qəzeti, 1934-cü

ildə Urumçidəki Uyğur Mədəniy Akartiş Uyuşmisi (Uyğur

Mədəniyətini İnkişaf Etdirmə Birliyi) tərəfindən nəşr edilən

“Şincan uyğurları” qəzeti və “Keşker Şincan” (Kaşqar Şincan)

qəzeti, “Şincan” qəzeti, “Aksu uçurliri” (Aksu xəbərləri) və b.

qəzetlər, “Cahangirlikkə karşi birlik sep” (İmperializmə qarşı

birlik), “Xalk birlik sepi” (Xalq birliyi), “Cənubtin avaz” (Cə-

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

56

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!