19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

daxil edirlər. Burada türk xalqlarının abidələri, xüsusən də

bizlərin özbək ədəbiyyatı klassikləri kimi tanıdığımız ədiblərin

əksəriyyətinin irsi öyrənilir. İkinci mərhələ “Müasir dövr ədəbiyyatı”

adlandırılır və buraya 20-ci yüzilliyin başlanğıcından

1949-cu ilədək, yəni Doğu Türküstanın Çin tərəfindən son işğalınadək

olan dövrdə yaradılmış ədəbi-bədii əsərlər daxil edilir.

Üçüncü mərhələ “Bugünkü zamanın ədəbiyyatı” adlandırılır.

Buraya son Çin işğalından sonra yaradılmış ideoloji yonlü,

təbliğat xarakterli, sosializmi və müstəmləkəçiliyi tərənnüm

edən ədəbi nümunələr daxil edilir (Uyğur bugünkü zaman

ədəbiyyat tarixi, 2002:1).

3. Ədəbiyyatda yeniləşmə

Yakup bəyin ölümündən sonra Çin hakimlərinin əsarəti altında

otuz üç il (1878-1911) qalan uyğur xalqı 19-20-ci yüzildə

dünyada meydana gələn dəyişikliklərin təsirilə təkrar milli azadlıq

savaşına atılır. Xalq bu mübarizədə ilham qaynağını ədəbiyyatdan

alır. Beləcə, uyğur ədəbiyyatında da bir yeniləşmə baş

verir. Türkiyədə, Avropada, Rusiyada və Misirdə oxuyub vətənə

dönən uyğurlar bir dəyişiklikliyə, yeniliyə can atırlar. Bu hərəkat

da Türküstanda “Cədidçilik hərəkatı” kimi məşhurlaşır.

“Cədidçilik hərəkatı”nın təsirilə Doğu Türküstanda da ziyalılar,

yazıçı və dramaturqlar, yeni janrlarda şeirlər yazan

şairlər yetişir, qəzet və jurnallar yaranırdı. Çinin hökumət məmurları,

xüsusən senzorları bu dəyişimə əngəl olsalar da,

qarşısını tam ala bilmirdilər.

Azərbaycanda, Kırımda, Tatarıstanda olduğu kimi, Doğu

Türküstanda da bəzi yazıçı və şairlər əsərlərini türk dünyasının

hər yerində oxuna biləcək bir dildə yazmağa çalışırdılar. Xüsusən

İstanbulda təhsil alan, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə,

Yusif Akçuralı və b. türkçülərin yolunu davam etdi-

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

51

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!