19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AZSAYLI XALQLARA

BÖYÜK MƏHƏBBƏT

Araşdırıcılıq çox mühüm və məsuliyyətli işdir. O, həm

obyektiv, həm bilgili, həm də sənətinin aşiqi olmalıdır ki,

ortaya qoyduğu məhsul da faydalı, səmərəli olsun. Onun ən

böyük uğuru isə ehtiyac duyulan, araşdırılmamış və öyrənilməmiş

məsələni ortaya çıxarmasıdır. Mövzu üçün istər keçmişə

müraciət edilsin, istər günümüzün hadisələrinə, əsas

odur ki, gələcək üçün daha çox işə yarayacaq əsərlər ortaya

çıxsın. Bunu da ancaq seçdiyi mövzuya ürəyindəki sevgini

daşıyacaq araşdırıcılar bacara bilər.

Avrasiyanın böyük bir hissəsində dövlətlər quran, xalqlar

arasında mədəniyyətin daşıyıcısı rolunu oynayan türklər

sonra tarixin tələbi, cəmiyyətin də inkişafı ilə bir neçə qruplara

və boylara bölünməyə başlamışlar. Bu bölünmənin nəticəsidir

ki, türkün gücündən, qüdrətindən qorxan “yağılar”

eyni millətdən olan iki qardaş xalqı bir-birinə düşmən gözü

ilə baxmağa məcbur etmişdir. İmperialistlərin böyük təxribatı

ilə özbəkliyini, azərbaycanlılığını qəbul etdiyi halda türklüyünü

inkar edən türklər meydana gəlməyə başlamışdır.

Müsəlmanların və türklərin başına gətirilən oyunların tarix

boyu sayı-hesabı yoxdur.

Dünya imperialistləri türk qövmünün birləşməsini böyük

təhlükə kimi görüb və hər zaman onu parçalamaq, ayırmaq

siyasətini güdmüşdür.

Bu uçurumu görən İsmayıl Qaspıralı, Yusuf Akçura, Əli

bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və s. kimi türkoloq və

ideoloqlar keçən əsrin əvvəllərində türklərin birləşməsinin

vacibliyini vurğulamış, bunun uğrunda mübarizə aparmışlar.

5

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!