19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dinini qəbul etsələr də, ondan əvvəlki inanclar zamanı istifadə

etdikləri dua mətnlərini də qoruyub saxlaya bildilər.

Kaşqarlı Mahmud zamanında türklər yaşayan bölgənin günçıxanından

günbatanına atla doqquz aylıq bir yol idi. İnsanların

əksəriyyəti ölənədək doğulduqları kənddə və ya şəhərdə yaşayırdı.

Çox az insan ticarət və döyüşlərlə əlaqədar başqa ölkələrə

gedərdi. Yəni indiki kimi əlaqələr qurmağa və davam etdirməyə

şərait yox idi. Ancaq bununla belə türklər öz dahi şəxsiyyətlərinin

yaratdıqları əsərlərə yiyə durur və onu yayırdılar.

Bu gün isə bilgisayar arxasında əyləşməklə dünyanın hər

hansı bir guşəsi ilə bağlantı qura bildiyimiz bir zamanda Mahmud

Kaşqarlının yerliləri ilə normal əlaqələr yarada bilmirik.

Yalnız Mahmud Kaşqarlının nəvələri uyğurlarlamı? Xeyr!

Colan türkləri ilə də, Mosul - Kərkük - Ərbil türkləri ilə də,

Balkan türkləri ilə də... Az qala Əlcəzairdə yaşayan oğuzları

tamam unutmuşuq. Onlar haqqında tarix kimi danışırıq. Bu

gün onların varlığından, yoxluğundan xəbərsizik.

Əslində, Orxon-Yenisey abidələrini, Mahmud Kaşqarlının

“Divanü lüğat-it-Türk” əsərini ədəbiyyat tariximizə daxil ediriksə,

həmin bölgədə bu gün də yaşayan soydaşlarımızın ədəbiyyatını

öyrənib təbliğ etməliyik. Bununla uyğur ədəbiyyatının

araşdırıcısı kimi görünmək iddiasında deyiləm. Sadəcə

olaraq nüfuzlu araşdırıcılarımızın diqqətini Çindən Balkanadək

uzanan məkandakı türk ədəbiyyatına yönəltmək istəyindəyəm.

Uyğurların 19-cu yüzilədək olan ədəbiyyatları ümumtürk

ədəbiyyatı, cığatay ədəbiyyatıdır. Buna görə bu gün də bəzi

şairləri uyğurlar da, özbəklər də öz klassikləri sayır, ədəbiyyat

tarixlərinə daxil edir, öyrənirlər.

Qəribə burasıdır ki, son illər Azərbaycan, özbək, qazax, qırğız,

türkmən tarixçiləri ah-vayla Rusiya işğalından danışırlar.

Balkan türklərinin, uyğur tarixçilərinin həmin dövrə dair əsər-

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!