19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

iki mukam şəklində günümüzədək gəlib çatmışdır. Musiqi

folklorunun əvəzsiz nümunəsi olan 12 mukam həm yazılı, həm

şifahi ədəbiyyatın gözəl nümunələrini qoruyub saxlamışdır.

Uyğurlarda on iki mukam rak-rəhab, çebbayat-hüseyni, müşavirək-rast,

çargah-hicaz, pencigah-büzürg, özhal-köşək,

əcəm, üşşaq, bayat, nəva, segah, iraqdan ibarətdir. Muğamların

da hər biri “Çonq nəğmə” (böyük nəğmə), “Dastan” “Meşrep”

olmaq üzrə üç yerə bölünür. “Çonq nəğmə” (böyük nəğmə) 9-

10 lirik mahnıdan təşkil olunur. “Dastan” qismində 3 ilə 6

arasında dəyişən sayda nəğmə vardır. Bu nəğmələrdə təhkiyə

aparıcıdır. Yəni “Pərhad ilə Şirin”, “Qərip ilə Sənəm”, “Tahir

ilə Zöhrə” kimi xalq dastanlarından alınan parçalar oxunur.

Hər nəğmədən sonra bir vergül gəlir. Mergül muğamda bir

şöbədən o birinə keçərkən çalınan keçid melodiyasıdır.

“Meşrep” qismində 3 ilə 6 arasında dəyişən sayda nəğmə

olur. Bunlar əvvəlcə yavaş başlayan, getdikcə coşğunlaşan

ritmik mahnılardır.

“Çonq nəğmə” (böyük nəğmə) öz içərisində yenə “təzə”,

“səlikə”, “təkit”, “nushə”, “cula”, “sənəm”, “peşru” kimi bölmələrə

ayrılır.

Uyğur muğamlarından bəhs edən araşdırıcılar onların kökünün

miladdan öncə 5-6-cı yüzilliklərdən əvvələ gedib çıxdığını

yazırlar.

Musiqi folklorunun ən qədim və olduqca zəngin qolunu təşkil

edən muğamlar həm də yazılı və şifahi ədəbiyyatın əvəzsiz

nümunələrinin qorunub saxlanmasında böyük rol oynamışdır.

Prof. Abdulkərim Rehmanın araşdırmasına görə, uyğurların on

iki mukamında 28 şairin 1945 misrası, xalq ədəbiyyatından

931 misra şeir oxunur.

Uyğur xalq mahnılarında əsasən “koşak” və “beyt”lər oxunur.

Bunlardan başqa, “takmak”(çaçma) adıyla bilinən bir şəkli

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!