19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İmam Hüseynin dəstəsi ilə birlikdə qətlə yetirilməsinə həsr

edilmiş “Hüseyinin xəbəri” ağısı (mərsiyə) diqqətiçəkəndir.

Şeyit Xanım Alişeva (1949), Badrutdin Mahammadov

(1943), Atav Atayev (1949), Jaminat Kerimova (1949), Bahavutdin

Hacıyev (1950), Supiyanat Mamayeva (1958) və b.

milli və dini mövzulara diqqəti artırdılar. Xalqın həqiqi tarixinin

bədii əksi olan bir sıra maraqlı əsərlər də ortaya çıxdı.

Lakin bu proses uzun sürmədi. Çeçenistanda başlayan milli

azadlıq hərəkatı, Dağıstandakı Rusiya rejiminə qarşı açıq və

gizli müqavimətlər hakimiyyət dairələrini bərk qorxuya saldı.

Milli və dini mövzular terrorçuluq kimi qiymətləndirilməyə

başladı. Təqib və təzyiqlər formasını dəyişsə də davam etdirildi.

Beləcə sözdə demokratiyadan dəm vurulsa da əməldə

yenə qadağalar hökm sürməyə başladı.

İqtisadi sıxıntılar, çap olunan kitabların alınmaması da milli

və dini mövzuda bədii əsərlərin çoxalmasına əngəl oldu. Buna

görə də ədəbiyyatda yenidənqurma, keçmişin tənqidi əsas

mövzu olsa da Rusiyanın bölgədəki işğalçılıq siyasəti hələ də

olduğu kimi verilən bədii əsərlərə rast gəlinmir. Yazıçı və

şairlər həyatlarını, dolanışıqlarını təmin etmək üçün bədii yaradıcılıqdan

çox başqa işlərlə məşğul olurlar. Teatrların durumu

ağırlaşdığından yeni tamaşalar hazırlaya bilmirlər.

Qumuqlar Azərbaycanın lap yaxınlığında olan türk toplumu

olmasına baxmayaraq ədəbi əlaqələrimiz kəsilmiş kimidir.

Sovetlərin çöküşündən sonra milli məsələyə diqqət artsa da

qumuq ədəbiyyatının son nailiyyətini özündə əks etdirən elə

bir ciddi əsərə Azərbaycanda rast gəlinmir. Toplantılarda türkçülükdən,

türk xalqlarının yaxınlaşmasından çox danışılsa da

Rusiyanın təzyiqindən ehtiyatlanan Azərbaycan hökuməti qumuqlara

1920-ci illərdə olduğu kimi yardım edə bilmir. Nəinki

yardım etmir, heç mövzunu gündəmə gətirmək, onlar üçün

351

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!