19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sənətkarlıq da, bədii dəyər də ideologiyaya qurban verilmişdir.

Abdulla Mahammadovun “Lenin pamyatniqi”, Abdulla Başirovun

“Lenin kim?”, Anvar Hajiyevin “Ürekge singen at”,

“Partiya”, Əli Qaziyavın “Leninin gücü” kimi onlarla şeir və

poeması sırf ideoloji məqsədlərlə yazılsa da, bunlar qumuq dilinin,

poeziyanın inkişafına, ədiblərin sənətkarlığının cilalanmasına

müsbət təsir göstərirdi.

Qumuq ədəbiyyatına dramçılıq, nəsr kimi yeni janrlar da

gəlirdi. 1920-ci illərin qumuq nəsrində K.Abakarovun adı birinci

Sovet qumuq povesti - “Avamlığın qurbanı”nın yazarı

kimi çəkilir. Çünki ondan öncə Abdulhüseyin İbrahimov

(1890-1962) xanı öldürdüyünə görə özü də ölümə məhkum

edilən şair Amanxorun yırlarından ilhamlanaraq yazdığı eyniadlı

romanını çap etdirə bilməmişdi. Çetin Pekaçar isə xalq

hekayələrindən, dastanlarından və yırlarından faydalanaraq

yazılmış „Amanxor“ romanının ilk variantını A.İbrahimov

1915-ci ildə çap etdirdiyini, sonralar üzərində işləyərək bir

xeyli dəyişikliklərlə iki dəfə nəşr etdirdiyini yazır.

K.Abakarovun “Avamlığın qurbanı” povesti çap olunandan

sonra Abdulhüseyin İbrahimovun „Ana ürəyi“, „Gəncliyim“,

„Amanxor“, Kamal Abukovun (1938) „Halal savaşa gedib“,

„Balyurdun işıqları“, „Üz-üzə“, Xayrulla Davudovun „Əziz

təbiət“, „Meşə“ və başqa nəsr əsərləri oxucuların mühakiməsinə

verilmişdir. Gənc ikən denikinçilər tərəfindən güllələnən

Zeynalabidin anası Ümugülsümün dilindən Atqayın yazdığı

„Mən ötkemmen“ (“Mən qürurluyam”) povesti uzun illər

gənclərin stolüstü kitabı olmuşdur. Bədii yaradıcılıqda ideologiyanı

əsas götürən yazıçı və şairlər mükafatlandırılır, onlara

fəxri adlar və vəzifələr verilirdi. Bu, bir tərəfdən əsərin bədii

dəyərini aşağı salır, sənətkarlığa mənfi təsir göstərirdisə, o biri

tərəfdən isə bu sahəyə marağı artırır, ədəbiyyata yeni gənclər

342

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!