19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ləşdirilir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Y.Qereyev

o dövrdə dəbdə olan, maraqla oxunan, film çəkilən D.Furmanovun

irihəcmli „Çapayev“ romanını da qumuqcaya çevirir.

Yaradıcılıq sahəsində uğurlarını və təşkilatçılıq bacarığını

nəzərə alıb 1936-ci ildə onu SSRİ Yazıçılar İttifaqı Dağıstan

MSSR şöbəsinə katib təyin edirlər. Təşkilatın işini canlandırmaq

və yazıçıları ideoloji yönlü əsərlər yazmağa istiqamətləndirmək

məqsədilə 1936-cı ilin sentyabrın 30-da “Komsomolets

Daqestana” qəzetində “Gənc yazıçıların vəzifələri haqqında”

məqaləsini çap etdirir. Məqalə böyük əks-səda doğurur. Bu da

rəhbər partiya-sovet işçilərinin istəklərinə cavab verirdi.

İkinci Dünya Savaşına göndərilən Yusup Qereyev oradan

geri dönmür.

Abdulvahab Bekbulat oğlu Suleymanov (1909, Tersk vilayətinin

Yaxsay kəndi-1995). Uşaqlıqdan yetim qalan Abdulvahab

qohum-qardaşın köməyilə kəndlərindəki mədrəsədə, sonra da

Dərbənddəki orta məktəbdə oxumuşdur. 1926-cı ildən bədii

yaradıcılığa maraq göstərmiş, 1929-cu ildən „Yoldaş“ qəzetində

işə girmiş, qısa zamanda şair və dramçı kimi şöhrətlənmişdir.

1930-cu ildə şairin “İnqilap tolqunları” (İnqilab dalğaları),

“Qaranqıdan yarıqha” (Qaranlıqdan aydınlığa) şeir kitabları çap

olunur. Zamanın tələbinə uyğun olaraq siyasi məzmunlu məqalələr

və „Üstünlüknü igiti“, „Kolxozlar qurma Allah buyurğan“,

„Ötgen günler“, „Turnalar“ kimi bədii əsərlər yazır. Onun “Çelyuskinçilər”,

“Abissiniya“ əsərləri də Sovet xalqlarının dostluq və

qardaşlığının tərənnümünə, Sovetlərdə yaşayan insanların qəhrəmanlığına

həsr edilmişdir. Qumuq ədəbiyyatında sujetli poemaların

yaranmasında gənc şair Abdulvahabın da rolu vardır. O,

1928-ci ildə „Vali və Mariya“, „Nörjanat“ poemalarını yazır.

A.Suleymanova böyük uğur qazandıran isə 1929-cu ildən

1960-cı ilədək üzərində işlədiyi “Üst bolhan söz“ poeması

335

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!