19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ləməsi və Rusiya Sosial Demokratik Fəhlə Partiyası təbliğatının

fəallaşması qumuq ədəbiyyatına öz təsirini göstərmişdi.

Ədəbiyyatda ideoloji mövzularda yazılan əsərlərin sayı gündən

günə artırdı. Lakin bu da millətin öndə gedənlərini qane etmirdi.

Əhalinin böyük qismi savadsız və az savadlı olduğundan,

qəzet jurnalları vaxtında alıb oxuya bilmədiklərindən teatra üstünlük

verməyə başladılar.

Qumuq teatrının tarixini nə qədər bolşeviklərin hökuməti

silah gücünə ələ keçirməsindən əvvələ çəkməyə çalışsalar da

peşəkar qumuq teatrı Sovet dövründə formalaşmışdır.

Azərbaycan mədəniyyət dairəsində olmaları, dil yaxınlığı da

öz təsirini göstərdi. Qumuq teatrı Azərbaycan sənətkarlarının

təsiri ilə formalaşmağa başladı. Bakı bir növ qumuqların da

mədəni mərkəzinə çevrilmişdi. Yüzlərlə qumuq Bakıda işləyir,

ailələrinə çörəkpulunu buradan qazanırdılar.

Teymurxanşura da bir mədəni mərkəz kimi formalaşırdı. Burada

da onlarla Azərbaycan aydını yaşayır və yazıb-yaradırdı.

Azərbaycan teatr truppaları da Temurxanşuraya və Dağıstanın

müxtəlif şəhərlərinə qastrola gəlirdi. Elə buna görə idi ki, Dağıstan

xalqları arasında ilk teatr truppası yaradan, ilk tamaşalar göstərən

də qumuqlar olmuşdur. Qumuq araşdırıcıları teatrlarının

tarixini 1906-ci ildə Teymurxanşurada həvəskarların yaratdığı

„Toy“ adlı dərnəklə hesablayırlar. Həvəskar teatr truppasının təşkili,

ardıcıl tamaşalar hazırlaması isə 1910-cu ildən başlanmışdır.

Rus ordusunun Dağıstandakı Atlı Alayının komandiri, musiqi

istedadı ilə seçilən, bədii yaradıcılıqla ardıcıl məşğul olan Temirbolat

Biybolatovun həvəskarlardan təşkil etdiyi teatr truppası

Azərbaycanda oynanılan Ə.B.Haqverdiyevin „Pəhlivanani-zəmanə“,

Üzeyir Hacıbəyovun „O olmasın, bu olsun“ (Məşədi İbad),

„Sultan Abdulhəmid“ və başqa əsərləri oynayırlar.

328

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!