19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bədii yaradıcılıqla yanaşı, ardıcıl təşkilati işlər də aparan B.Astemirov

1932-ci ildə „Dağstan şairləri“ toplusunu, bir il sonra isə

özünün „Mübarizə“ adlı şeir kitabını çap etdirir. 1934-cü ildə yazıçılar

təşkilatını formalaşdırır və Moskvada keçirilən SSRİ Yazıçılar

İttifaqının I qurultayında iştirak edir. Əsərlərində sosializmi

təbliğ edən, rus ədəbiyyatının təsiri altında yazıb yaradan şairpublisisti

Dağıstan MSSR-in Yazıçılar İttifaqına sədr təyin edirlər.

Dağıstan MSSR Maarif Komissarı, Sov.İKP Dağıstan Ölkə

Komitəsində məsul vəzifədə işləmiş ədib „Qılınc və qələm“,

„Tan çolpan“, „Kim bilir“, „İldırım“, „Yabuşuv“(Savaş) kimi

şeir və poemalarını yazmışdır.

Əsərlərində sosializm realizminin, rus ədəbiyyatının və mədəniyyətinin

tərənnümçüsü kimi görünən B.Astemirov rəhbər

vəzifələrdə işləməsinə baxmayaraq içdən cəmiyyətdəki haqsızlıqdan

narazı qalır, idarəetmədəki nöqsanları görür və onu

aradan qaldırmağa çalışır. Onun gizli fəaliyyəti Sovet xüsusi

xidmət orqanları tərəfindən diqqətlə izlənilir. 1937-ci ildə vətən

xainliyində ittiham olunaraq həbs edilir.

Sov.İKP-nin XX qurultayında Stalini şəxsiyyətə pərəstişdə

ittiham edilir və 1937-ci il qurbanlarına bəraət verildiyi elan

edilir. 18 il həbsdə yatdıqdan sonra B.Astemirov 1957-ci ildə

həbsdən azad edilsə də, aldığı mənəvi və fiziki zərbələrdən çox

yaşamamış, 1967-ci ildə dünyasını dəyişmişdir.

B.Astemirov (şairin adı Azərbaycan qaynaqlarında Vahab

kimi yazılır. Onun “Partiya”, “Dağlarla söhbət” şeirləri B.Adil

tərəfindən Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr edilmişdir

(Dağıstan ədəbiyyatı antologiyası, 1959:39-40).

2.4. Teatr xalqa ədəbiyyatın yeni təsir vasitəsi kimi

XIX yüzilin ortalarında Avropada sosial-demokrat hərəkatının

güclənməsi, XX yüzildə Rusiyanın bir imperiya kimi zəif-

327

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!