19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kəskin tənqid etmişdir. Bütün bunlar onu göstərirdi ki, bolşeviklərlə

T.Biybolatovun yolları ayrılırdı. Odur ki, aldandığını

başa düşür, onun kimi aldanmışlarla birləşərək vətənini azad

görmək üçün yollar arayırdı.

Çevirmən kimi də o olduqca məhsuldar işləmişdir. V.Şekspirin

„Otello“, „Romeo və Cüllyetta“ faciələrini, Lope de Veqanın

„Qoyun bulağı“, N.Poqodinin „Aristotel“, A.S.Puşkinin

„Daş cəngavər“, A.Korneycukun „Eskadranın məhvi“ və b.

əsərləri ana dilinə çevirmişdir.

Vətəni və milləti üçün böyük işlər görən bu insan Sovet irticasının

qurbanı olmuşdur. 1938-ci ildə xalq düşməni adlandırılaraq

həbs edilən T.Biybolatov 1942-ci ildə Qaraqanda

həbsxanasının əlillər və çolaqlar düşərgəsində ölmüşdür.

Əli Qaziyav (1879, Dağıstan, Endrey kəndi-1964). Yaradıcılığa

Birinci Dünya Savaşı illərində Dağıstan Atlı Alayının

tərkibində döyüşlərdə iştirak edərkən başlamışdır. Qopuz çalıb

sarınlar (bayatılar) oxuya-oxuya özü də yenilərini yaratmağa

başlamışdır.

Şair Sovet dövründə kəndli komitəsində, kənd sovetində işləmiş,

kolxozu, sosializmi tərənnüm edən, İkinci Dünya Savaşı

illərində faşizmi tənqid və təhqir edən, söyən şeirlər yazmışdır.

Şairin “Qaziyav Əli mahnı deyir”, “Qocanın qılıncı”, “Oktyabr

bəhrələri”, “Seçilmiş əsərləri” adlı kitabları nəşr olunmuş

və ona Dağıstanın xalq şairi adı verilmişdir. Antologiyada

T.Əliyevin tərcüməsində “Ay işığı və qırmızı işıq”, “Onun ömrü

uzun olsun”, “Qarğıdalı dəni” şeirləri çap olunmuşdur (Dağıstan

ədəbiyyatı antologiyası, 1959: 20-23).

Nabi İbrahim oğlu Xanmurzayev (1893, Teymurxanşura

dairəsi, Töben (Aşağı) Qazanış -1950) Teymurxanşuradakı

realnı məktəbi bitirdikdən sonra uzun illər öyrətmənlik etmişdir.

Səmərəli pedaqoji fəaliyyətinə görə o, Dağıstan MSSR-in

325

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!