19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qumuq

qızlarının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mollalar“ və

s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir.

Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri

zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maariflənməyə

çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çobanzadə

onu „köy ve köylü şairi“ adlandırmaqla, şeiri sadəcə sənət

üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması

üçün yazdığına görə onu təqdir etmişdir.

Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca

zəngin etnoqrafik materialları var.

Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən

beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap etdirmişdir.

Abdulla Mahammadov (Məhəmmədov) (1864, Tersk vilayətinin

Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz

açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin

vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun

doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri

istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan

yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa

başlamışdır (Dağıstan ədəbiyyatı antologiyası, 1959:17).

Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında

olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz

təbliğatçılarına çevirirdilər.

1920-30-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaqlanaraq

sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cambul

Camoyev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa

kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararlanırdılar.

Qumuqlar arasında da Abdulla Mahammadov bu

funksiyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin

322

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!