19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

2.1. Qumuq yazılı ədəbi dilinin formalaşmasında və ədəbiyyatının

inkişafında Yaxsay və Töben (Aşağı) Qazanış

kəndlərinin rolu

Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati

mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün

savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə

alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar.

Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835ci

il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında

atasını itirir. Anası Gülsüm xanım övladlarını da götürüb Yaxsayda

qazi-dini qaydalar üzrə hakim işləyən atası Molla Hüseynin

yanına gedir (Köçərli Firudin, 1981:30, 2-ci cild.)

Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına,

diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə

yardımçı olur. 10 ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim

1853-cü ildə anası Gülsüm xanımla geriyə - Şamaxıya qayıdır.

Şair sonralar həmin günləri xatırlayaraq yazır:

Oldum ol gün ki, çardəh salə,

Düşmədim fikri-dövləti malə.

Eylədim arifanə kəsbi-ülum,

...Oxudum nəhvü -sərfü, fiqhü üsul,

Hikmətü heyət eylədim məhsul.

(Hüseynov Sadıq, 1977:13).

Çox təəssüf ki, Seyid Əzimin və babası Molla Hüseynin yaşamının

Yaxsay dövrü gərəyincə öyrənilməmişdir. Mədrəsədə

yeniyetmə Əzimə kimlər dərs deyib, kimlərlə dostluq edib,

sonralar qumuq ziyalılarından kimlərlə ünsiyyətdə olub? Bu

suallara cavab verən araşdırmaya hələ rast gəlməmişik. Seyid

Əzimlə M.E.Osmanovun arasında yaş fərqi o qədər də çox deyildi.

Hər ikisi eyni mədrəsədə oxumuşdur. Yəqin ki, bir-birini

tanıyırmışlar.

314

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!