19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Yırçı Kazakdan öncə yaşamış Ummu Kamalın və ya onunla

çağdaş olmuş Abdulrahman Kakaşuralunun (Atlıboyunlu), Mahammat

apendi Osmanovun, Abusupiyan Akayevin (baxmayaraq

ki, onun əsərlərinin bir çoxu ədəbiyyatı mövzuca yeniləşdirmə

dövrünə təsadüf edirdi, hətta Sovet dövründə yazdığı

əsərləri də vardı) adları ənənəvi Doğu şeir üslubunda – didaktik,

əxlaqi, lirik şeir yazdıqlarından Sovet dövründə o qədər də

təbliğ olunmurdular. Yırçı Kazak və şeirlərində dövrün nöqsanlarını

tənqid etməyə üstünlük verən, zəmanədəki haqsızlıqlardan

şikayətlənən Manay Alibekov və başqalarına ədəbiyyatşünaslıqda,

mətbuatda geniş yer ayrılırdı.

Bu tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüdrətli

türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzillərdə

mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodalların

hakim olduğu Pargu şavhallığı, Mehtulu xanlığı, Endrey,

Köstek və Yaxsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və

bunlarla qürur duymaları təbliğ olunurdu. Onlar ulu babalarının

qurduqları qüdrətli dövlətlərdən uzaqlaşdırıldıqca, həmin

mühitdə yaşayıb-yaratmış şair və yazıçılardan, elm adamlarından

da uzaqlaşdırılırdılar. Beləliklə, cismən olduğu kimi, şüurca

da ümumtürk varlığından ayrılmış olurdular.

Bütün bunlara baxmayaraq Yırçı Kazak da, Abdulrahman

Kakaşuralunlu (Atlıboyunlu) da, Mahammat apendi Osmanov

da, Abusupiyan Akayev də, hətta Aşıq Ensar da (1860-1934)

qumuq ədəbiyyatının klassiklərindən sayılmalıdırlar. Əslində

onların yaradıcılığı istər dil-üslub, istərsə də mövzu baxımından

çağdaşları olan Azərbaycanda, Ön Asiyada, Kırımda,

Türkmənistanda yaşamış el şairlərinin, aşıqların əsərlərindən o

qədər də seçilmir.

313

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!