19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Abusupiyan müəllim işlədikcə təhsil və tədrisdəki nöqsanları

görmək imkanı əldə edir. Keçmiş mədrəsə proqramlarının

zamanın nəbzini tutmadığının şahidi olur. Odur ki, həm təhsilini

artırmaq, həm də təcrübə qazanmaq üçün Kazan və Orenburq

şəhərlərində oxumağa gedir.

1902-ci ildə təhsilini tamamlayaraq təcrübə qazanan Abusupiyan

Akayev Dağıstana, yəni doğma kəndi Töben Qazanışa

dönərək yeni məktəb açmağı planlayır. Lakin bu dəfə mədrəsə

açmaq istəmir. Çünki mədrəsələrin tədris proqramı onu qane

etmirdi. Yeni qaydalı – “Üsuli-cədid” məktəbini açmaq istəyir.

Bu məktəb üçün dərslik və metodik vəsait çatmadığından yaxın

dostu Mahammat Mirza Mavrayev ilə birlikdə Kırıma, İsmayıl

bəy Qaspıralının yanında gedir.

1902-1903-cü illərdə orada mətbəə, nəşriyyat işlərini öyrənir.

“Tərcüman” və başqa qəzet-jurnallara məqalələr yazmaqla

yanaşı, Baxçasaray və Akmescitdə (Simferepol) özünün yazdığı

kitabları da çap etdirir. 1903-cü ildə Baxçasarayda nəşr etdirdiyi

“Macmu al-aşgar al-acamiyat” adlı topluya yırları, sarınları,

atışmaları, atalar sözləri, qumuq şairlərindən Yırçı Kazakın,

M.A.Osmanovun, M.Alibekovun və özünün bəzi ədəbi

əsərlərini daxil edir.

Qumuq Abusupiyan Akayev İsmayil bəy Qaspıralının “Dildə,

fikirdə, işdə birlik” tezisinə ürəkdən bağlı olsa da, onu Dağıstanda

həyata keçirə bilməyəcəyini görür.

Abusupiyan Akayev yaxşı başa düşürdü ki, bölgə xalqlarını

türk dili vastəsilə bir araya gətirmək olmaz. Çünki kəndlərin

sakinlərinin çoxu ömürləri boyu bəlkə də bir dəfə də olsun

doğulduğu yerdən uzağa getməyib, orada doğulub, yaşayıb və

ölürdülər. Buna görə də çoxdilli bir bölgədə ümumi işlək və

ünsiyyət dili kimi türk dilinin yayılmasına calışsa da, bu xalqları

birləşdirəcək yeganə vasitənin islam dini olduğunu görür.

309

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!