19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ayrı-ayrı adamların çatışmazlıqlarını poetik dillə tənqid edib

onu islaha çalışmışlar. Aralarındakı fərq ömür yollarının ayrılığı

və birinin bu mövzuda çox, o birinin az yazmasından o

yana keçmir. Yırçı Kazakın şeirlərini ilk dəfə toplayıb nəşr

etdirən də M.E.Osmanov olmuşdur. Lakin Sovet dönəmində

bir çox araşdırıcılar ideoloji nədənlərdən bu iki sənətkarı qarşı

qarşıya qoymuş, Yırçı Kazakı sanki bununla daha böyük

göstərməyə çalışmışlar.

Abusupiyan Akayev (1872, Tersk vilayətinin Töben Qazanış

kəndi-1931, Rusiya Federasiyası, Arxangelsk vilayətinin

Kotlas şəhəri). Qazı Akayın bir oğlu dünyaya gəlir və onun

adını Abusupiyan qoyurlar. Bu elə bir zaman idi ki, Rusiyanın

Qafqazı işğalından 70 ildən çox keçməsinə baxmayaraq, oranı

hələ də istədiyi kimi, yəni ölkənin hər yerində işlək olan

qanunlarla idarə edə bilmirdi. Rusiyada mövcud olan qanunların

bəziləri Qafqaz xalqlarına, eləcə də əsarət altına aldığı

müsəlman xalqlarına aid edilmirdi.

Rusiyada ictimai yerlərdə mülki şəxslərin qılınc, xəncər və b.

kəsici silahlarla görünməsi qadağan olduğu halda, Qafqaz

xalqlarının nümayəndələrin xəncərlə gəzməsi milli atribut sayılırdı.

Müsəlman xalqları aralarında mübahisələr, ziddiyyətlər

düşdükdə, hətta problem ölüb-öldürməyə gəldikdə belə Rusiyanın

məhkəmə orqanlarına deyil, müsəlman qazilərinə müraciət

edirdilər. Rusiyanın hakim dairələri də zor gücünə də olsa,

bunun qarşısını ala bilmədiklərindən qaziləri saxlamağa məcbur

oldular. Beləliklə ölkədə iki məhkəmə sistemi mövcud oldu.

Abusupiyanın atası Akay da dini təhsil gördüyündən, islami

ehkamları yaxşı bildiyindən onu qazi seçmişdilər. Çar məmurları

qazilərin işinə nəzarət etsələr də, onlar cəzaları Rusiyanın

qanunlarına görə deyil, şəriət qanunlarına görə müəyyənləşdirir,

hökm verərkən Qurani-Kərimi əsas götürürdülər.

307

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!