19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, məmurların

özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs

edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslubuna

sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğmələr

olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düşmənlərinin

ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara

göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının

qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öldürtdürürlər.

(Kazak Yırçı, 2001, ASE, 1980:526, 4-cü cild).

Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq

dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır. Hətta rəsmi və

ciddi nəşr sayılan ensiklopediyalarda onun haqqında “...qumuq

ədəbiyyatının banisi. Aşiqanə və fəlsəfi didaktik şeirlər yazmışdır.

Feodal sarayında kəniz olan sevgilisini qaçırmaqda

dostuna kömək etdiyi üçün Sibirə sürgün edilmişdir... Sürgündən

qayıtdıqdan sonra bəyləri və knyazları ifşa edən şeirlər

yazmışdır” kimi bilgi verilir (ASE, 1980: 526, 4-cü cild).

Qumuq ədəbiyyatşünaslarının Yırçı Kazakın yaradıcılığına

daha çox önəm vermələrinə səbəb orada haqsızlığa, zülmə,

ədalətsizliyə etiraz, insanları düzlüyə, doğruluğa, xeyirxahlığa,

yardımsevərliyə çağırış notlarının güclü olmasıdır. Sovet dövründə

tərbiyə almış ədəbiyyatşünaslar buna bir sinfi mübarizə

motivi kimi baxmağa çalışmışlar.

Əslində Yırçı Kazak sinfi mübarizədən uzaq, cəmiyyətdəki

nöqsanları, ayrı-ayrı adamların pis əməllərini kəskin tənqid

edən, beləliklə, insanları tərbiyələndirməyə çalışan bir sənətkardır.

Çox vaxt Yırçı Kazakla Mahammat apendi Osmanovu

qarşı-qarşıya qoymuşlar.

Göründüyü kimi, onun həyat və yaradıcılığına bir sinfi mübarizə

donu geyindirmişlər.

304

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!