19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qurulmuş dövlətin rəsmi dili qumuq dili olduğu elan edilir.

Mudros anlaşmasına görə Antantaya məğlub olmuş Osmanlı

dövləti əsgəri birliklərini Qafqazdan çəkmək məcburiyyətində

qalır. Dəstəksiz qalan gənc dövləti yenidən Rusiya işğal edir.

Bolşeviklər bölgədə öz dayaqlarını möhkəmlətmək üçün çar

Rusiyasından fərqli olaraq yerli xalqlara bir sıra güzəştlər edir.

Onlara ana dillərində məktəblər, qəzet-jurnallar açmaqla yanaşı,

sözdə müstəqil görünən dövlət qurumlarını yaratmağa imkan

verir. Beləcə Quzey Qafqazda Dağıstan, Çeçen-İnquş, Qaraçay-Çərkəz,

Kabarda-Balkar muxtar qurumları yaranır.

Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili üç ağıza

(şivəyə) - buynak, xasavyurt və qaytaq ağızlarına bölünür. Araşdırıcıların

fikrincə, ədəbi əsərlər buynak-xasavyurt ağızı (şivəsi)

əsasında yazılır (Dünya xalqları, 1998:106, İsayev M.,

1970:91). Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən

qumuqlar Sovetlər Birliyində yaşayan əksər türk xalqları kimi

1929-cu ildən latın qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun

sürmədi. Onlar üçün də 1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar.

Bu əlifbada 38 hərf var. Türk xalqlarının əksəriyyətinin

danışarkən eyni cür səsləndirdikləri səslər fərqli işarələrlə göstərildiyindən

onlar bir-birlərinin yazılarını rahat oxuya bilmirlər.

1. Şifahi xalq ədəbiyyatı

Mahammat apendi (əfəndi) Osmanovun 1883-cü ildə Peterburqda

çap etdirdiyi kitaba noqaylardan və qumuqlardan

toplanmış folklor nümunələrini və yazarı bəlli olan şeirlər daxil

etmişdir. Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsində

1880-ci illərədək türk dili dərsi deyən M.E.Osmanov

“Ногайские и кумыкские тексты (Сборник ногайских и кумыкских

песен, преданий, поговорок, пословиц)„ kitabını

289

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!