19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1864-ci ildə Çin əsarətindən qurtulmağa can atan Doğu

Türküstanlılar Yakup bəyin öndərliyi ilə “Sərqi Türküstan İslam

Dövləti”ni qura bildilər. Lakin bu dövlətin də ömrü o qədər

də uzun olmadı. 1877-ci ildə Yakup bəyin qəflətən ölümündən

sonra taxt-tac uğrunda gedən savaşlar ölkənin parçalanmasına

və yenidən işğal altına düşməsinə səbəb oldu.

Çin imperatorunun 1884-ci il noyabrın 18-də verdiyi əmrlə

Doğu Türküstana Çinin 19-cu vilayəti –Sincianq, Şincanq və

ya Xinjianq adı verilmişdir ki, bu da hakim çinlilərin dilində

“yeni sərhəd”, “yeni xətt”, “yeni qazanılan yer” anlamındadır.

(ASE, 1984:452, 9-cu cild, Cengiz, 1997:1405). Azərbaycanda

isə bölgənin adı rus dili vasitəsilə aldığımızdan Sintzsyan

şəklində yazılmağa başlanmışdır.

1819-1826-cı illərdə Doğu Türküstanda Cahangir xanın

başçılığı ilə xalq mançur mənşəli Çinq sülaləsinin hakimiyyətinə

qarşı üsyan qaldıranda Qarabağda, İrəvanda, Gəncədə

Abbas Mirzənin başçılıq etdiyi hərbi hissələr də rus ordusuna

qarşı vuruşurdu. 1830, 1831-ci ildə Car-Balakəni, 1831-ci ildə

Lənkəranı, 1837-1838-ci illərdə Şəki və Qubanı, 1829-1861-ci

illərdə Şeyx Şamilin başçılığı ilə Qafqazı bürümüş üsyanlar ilə

Doğu Türküstanda 1830-cu ildə Yusup Xocanın, 1846-cı ildə

Muhəmmətimin Xocanın, 1855-ci ildə Vəli Xan Törənin başçılıq

etdiyi üsyanlar bir-birlərinə çox bənzəyir (Türklük,

1991:21). 1864-1872-ci illərdəki Qansu üsyanı, 1895-ci ildə

Şansidəki salurların üsyanları 19-cu yüzillikdə də Çin müstəmləkəçilərinə

qarşı mübarizənin davam etdiyindən xəbər verir.

1894-cü ildə Yaponiya Çinə savaş elan etdi. Bu savaşda

nəinki Yaponiya Çinin bir sıra əyalətlərini öz təsir dairəsinə

saldı, hətta Almaniya, Fransa, B.Britaniya və çar Rusiyası Çinin

bir sıra ərazilərini “icra” adı altında ələ keçirmişdilər.

(ASE, 1984:352, 10-cu cild).

28

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!