19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

lirik. Sonrakı dövr yazıçı və şairlərin əsərləri arasında da uşaqlar

üçün yazılmış bədii ədəbiyyat örnəklərini görmək mümkündür.

Vətənə qayıtdıqdan sonra şair və yazıçılar ədəbi fəaliyyətlərini

davam etdirərək, boşluğu doldurmağa çalışsalar da, üzərlərində

güclü senzor nəzarəti vardı. Sürgün illərinin acılarını

olduğu kimi təsvir etmək yasaqlanmışdı. Ədəbi yaradıcılıqda

estafeti gənc nəslə verməklə xalq ənənələrinin yaşaması üçün

zəmin yaradıldı. Yeni əsərlər çap olunur, qaraçay poeziyasının

inkişaf yolları müəyyənləşdirilirdi. Əsərlərin rus dilinə tərcümə

edilməsi qaraçay ədəbiyyatının çoxmillətli ölkədə tanınmasına

səbəb olurdu. Dirçəlmiş qaraçay poeziyasının ilk nümunələri

olan kitablarda O.Xubiyevin, X.Bayramukovanın, A.Söyüncevin,

N.Xubiyevin, A.Ebzayevin, X.Caubayevin və başqalarının

şeirləri dərc olunmuşdu. 1960-cı illərdə qaraçay poeziyası

da önəmli uğurlar əldə etmişdi. Şeirlərin yeni nəzəri quruluş

metodları işlənib hazırlanırdı. Sərbəst şeirə meyl artırdı.

3.9. Ədəbiyyatda yeni yüksəliş və milli mövzuların önə

çıxması

1970-80-ci illərdə məşhur qaraçay şairləri lirikanın inkişafına

daha çox diqqət yetirmişlər. Gənc nəslin istedadlı nümayəndələri

sərbəst vəzndə daha çox yazır, yenilik axtarışı ilə şeirin inkişaf yollarını

müəyyənləşdirməyə çalışırdılar. A.Akbayev, B.Lauranov,

Turkliyev, J.Sozarukov, K.Salpaqarova, D.Mamçuyeva və b. poeziyanın

müxtəlif janrlarında-mahnı mətnləri, sonet, ballada, poema

və s. yazdıqları üçün bu janrlar getdikcə təkmilləşirdi, yazıçıların

sənətkarlığı yüksəlir, poeziya yeni üslublarla zənginləşirdi.

Sovet ədəbiyyatına 1960-cı illər nəsli kimi daxil olmuş ədəbi

mühitin təsiri ilə qaraçay-malkarlarda da Tanzila Zumakulova,

İbraqim Babayev, Bayçora Soslanbekov, Salix Qurtuyev,

Svetlana Mottaiyeva, Ali Bayzullayev, Muxamat Moqayev,

279

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!