19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Çerkesskdə çap etdirdiyi “Kyumyuş canqur” (Gümüş yağış) kitabına

1990-ci ilin aprelin 20-də avtoqraf yazaraq mənə bağışlamışdı.

Kitabda ilk diqqətimi çəkən şeirlərin məzmunu olmuşdu.

Çünki SSRİ-də çap olunan şeir kitablarının ilk səhifələrində adətən

Kommunist partiyası və onun liderlərini, sosializm quruculuğunu

öyən şeirlər verilirdi. Xusey Caybalanının kitabı isə belə

deyildi. O, kitab “Elimin cazı” şeiri ilə başlayırdı. Kiçik formatlı

126 səhifəlik kitabda partiya, oktyabr inqilabı, Lenin və bu kimi

şeirlərə rast gəlmədim. Çalışdığı “Lenin bayrağı” qəzetinin 20

sentyabr 1990-ci ildə çap olunmuş sayının üçünçü səhifəsi bütövlükdə

X.Caybalanının şeirlərinə həsr edilmişdi. Qəzet Sov.İKP

Qaraçay Çərkəz Vilayət Komitəsinin və vilayət xalq deputatlar

sovetinin orqanı olmasına baxmayaraq burada da kommunis partiyası

və sosializm quruculuğunu öyən şeirlər yox idi. “On bir

day”, “Ana dili”, “İyesiz mekan”, “İynam”, “Qayanın ürəyi”,

“Gözlə”, “Gecə”, “Axır səbəb”, “Sen patçax esenq” və başqa

şeirləri şairin vətəni və milləti haqqında lirik düşüncələrindən

ibarət idi.

Sovetlər birliyi dağıldıqdan sonra çalışdıqları qəzetin adını

dəyişərək “Karaçay” etmişdilər.

Şeirlərinə çoxlu mahnı bəstələnən şairin “Atamı sözü”(Ata sözü),

“Güzgü”, “Çagadıla baliylə”(Albalı ağacları pöhrəliyir), “Şuvuldayıla

naratla”(Pəncərələr uğulduyur), “Sibü Nartlar”, “Kızgan

nal” (Qızaran nal-ildırım) şeir kitabları çap olunmuşdur.

Muradin Ölmezayev (Ölmezlanı) (1949, Qazaxıstan Respublikasının

Taldı Kurqan vilayətinin Ernazar kəndi). Tərcümələri,

uşaqlar üçün yazdığı əsərləri, pyesləri və şeirləri ilə qaraçay-malkar

oxucularının qəlbinə yol tapmışdır. İndiyədək

10-dan çox kitabını oxucuların mühakiməsinə verən şair təbiətin,

kənd həyatının təsvirindən yararlanaraq vətəninin gözəlliklərini,

xalqının yüksək mənəvi dəyərlərini təsvir etmişdir.

273

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!