19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Macarıstanı, Polşanı, keçmiş Yuqoslaviya və keçmiş Sovetlər

Birliyinin Azərbaycan, Qırğızıstan, Türkmənistan və b. resbublikalarını

daxil etmək olar. Bir çox ölkələrin mükafatlarına

layiq görülmüş şairin “Qıyınlı kıtabı“ (Qayğılı kitab) romanı

malkar oxucularının sevə-sevə oxuduqları əsərlərdəndir.

Axmat Sozayev (Sozalanı). (1941, Kabarda-Malkar Respublikasının

Xolam-Bızgi bölgəsinin Aksu kəndi) Sürgündən

döndükdən sonra yaradıcılığa başlayan gənclərdəndir. Kabarda-Malkar

Dövlət Universiteti filologiya fakültəsinin malkar

dili şöbəsini bitirən A. Sozayev ilk əmək fəaliyyətinə qəzetdə

başlasa da, sonradan uzun müddət Kabarda-Malkar Dövlət Televiziya

və Radio Verilişləri Komitəsində işləmişdir. İlk şeirlər

kitabı olan “Künnü köremem“ (Günəşi görürəm) 1968-ci ildə

çap olunmuşdur. Jurnalistlik fəaliyyəti ilə yanaşı, məhsuldar

bədii yaradıcılıqla da məşğul olan şairin 1972-ci ildə “Gün

avanala“ (Günəşin kölgəsi), 1978-ci ildə “Kırdık avazla“ (Sement

səsləri), 1983-cü ildə “Aq suv“ (Ağ su), 1987-ci ildə

“Kolla“ (Qollar), 1991-ci ildə “Ertdenlikni açama“(Sabahı açıram),

1995-ci ildə “Allah aytsa“ (Allah qoysa), 1998-ci ildə

“Tanımı avazı“ (Dan yerinin səsi) və b. kitablarını çap etdirmişdir.

Bundan başqa şairin ruscaya tərcümə edilmiş şeirləri də

iki kitab halında nəşr edilmişdir. Axmat haqqında “Tanıdığım

insanlar” kitabında geniş bilgi verilmişdir.

Xusey Muxacir ulu Caybayev (Caybalanı) (1936, Qaraçay

Çərkəz Muxtar Vilayətinin Aşağı Teberdi kəndi-1999) Sürgündən

vətənə döndükdən sonra pedaqoji institutu bitirib qəzetdə işləyən

Xusey ömrünün son illərində daha çox xalqının sürgün

olunmasından, milli və dini məsələdən yazırdı. Qaraçay Çərkəz

Muxtar Vilayətində nəşr edilən “Leninin bayrağı” qəzetində işləyən

Xuseylə bir neçə dəfə görüşmüş, ədəbiyyat, xalqlarımızın

keçmişi və gələcəyi mövzusunda söhbətlər etmişdik. 1987-ci ildə

272

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!