19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

vuz şəhəri). Şairə də uşaqlıq illərini Qırğızıstanda sürgündə keçirmişdir.

İlk şeirlərini orada yazmağa başlamış və 1954-cü ildə

mətbuatda çap etdirmişdir. “Kayada külle”(Qayada güllər) adlı

ilk şeirlər kitabı 1959-cu ildə Nalçikdə çap olunmuşdur. Ana

dilində və rusca 20-yə yaxın kitabı buraxılan Tanzila Zumakulova

M.Qorki adına Ədəbiyyat Mükafatına layiq görülmüş

ilk qadın şairlərdən biridir. 1970-ci ildə “Tav ayaz” (Dağ ayazı-

1967) və “Çıraxtan”(Çilçıraq-1969) kitablarına görə Kabarda-

Malkar Respublikasının Dövlət Mükafatını almış şairin şeirləri

rus dilinə çap olunub oxucu marağını özünə cəlb etdiyinə görə

də 1974-cü ildə M.Qorki adına RSFSR Dövlət mükafatına layiq

görülmüşdür. Tanzila Zumakulovaya 1982-ci ildə Kabarda-Balkar,

1994-cü ildə isə Qaraçay-Çərkəz xalq şairi adı verilir.

Onun kitablarına aşağıdakıları nümunə göstərmək olar: “Tavlanı

jırı” (Dağların nəğməsi, 1962), “Tav ayaz“ (Dağ ayazı,

1967), “Çiraxtan“ (Çilçıraq) (1969), “Göz jarıq“(Göz işığım)

(1976), “Jazıysuz jazmala“(Yazılmamış yazılar) (1977), “Ata

üyüm“(Ata evim, 1984), “Saylamala. Eki tomluk“ (Seçmələr. İki

cilddə, 1989), “Saylamala“ (Seçmələr, 1994) və s. Tanzila Zumakulova

yaradıcılığında milli ruh daha qabarıq şəkildə duyulur.

Salix Qurtuyev (Qurtulanı) (1938, Kabarda Malkar Respublikasının

Nalçik şəhəri yaxınlığındakı Aksu kəndi). Malkar

ədəbiyyatçıları arasında ən məhsuldar yazıçı mükafatı ayrılmış

olsa, ona yəqin ki, Salix Qurtuyev (Qurtulanı) layiq görülərdi.

Salix Kabarda Malkar Dövlət Universitetinin tarix fakültəsini

bitirmişdir. İndiyədək A.S.Puşkinin, M.Lermontovun, T.Şevçenkonun,

S.Nerisin, A.Mitskeviçin, S.Yeseninin, N.Tixonovun,

K.Simonovun, Y.Yevtuşenkonun, Ş.Rustavelinin, M.Karimin,

Ç.Aytmatovun və b. əsərlərini ana dilinə çevirməklə yanaşı,

özünün də 20-dən çox kitabı çap olunmuşdur. Onun əsərlərinin

tərcümə olunub yayılma coğrafiyası da genişdir. Buraya

271

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!