19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1940-cı ildə vətənə dönərək ədəbiyyatdan dərs deməklə yanaşı,

Nalçikdə “Salam ertenlik“ (“Salam səhər”) şeirlər kitabını

nəşr etdirir. İkinci Dünya Savaşında Sovet ordusunun tərkibində

faşizmə qarşı döyüşür. Savaşdan geri dönəndə artıq onun

xalqı sürgündə idi. SSRİ Yazıçılar İttifaqı Q.Quliyevin Nalçikdə

qalması və yaradıcılığını davam etdirməsi üçün hökumətdən

icazə alsa da, o, xalqı ilə birlikdə olmağa üstünlük verir və

Qırğızıstana gedir. Sürgündə də ardıcıl bədii yaradıcılıqla məşğul

olan şairin əsərlərinin mətbuata çıxması əngəllənir. O,

şeirlərini çox vaxt dostlarının və tanışlarının yanında saxlayır,

qorxur ki, xüsusi xidmət orqanlarının əlinə keçər. 1957-ci ildə

xalqı ilə birlikdə vətənə döndükdən sonra Moskvaya gedir,

M.Qorki adına Ali Ədəbiyyat İnstitutunda təhsilini tamamlayır.

Elə həmin il də onun sürgündə yazdığı şeirləri iki kitab halında

çap olunur (Kuliyev Kaysın, 1958).

Q.Quliyevin poeziyası savaş dövründə plastik ifadələrdən

başa düşülən təsəvvürlərə keçərək, 1950-ci illərdə sanki yenidən

yer üzünün axar boyalarını seçirdi. Savaşdan qayıtmış şaircəbhəçinin

gözlərində dünya yeniləşmiş, onun ürəyinə yaxın

və əziz olmuşdur. Şeirlərində şəxsi duyğu və həyəcanlarını,

millət və vətən sevgisini anladan, təbiət təsvirlərinə üstünlük

verən şairin əsərləri hakim dairə tərəfindən müsbət qarşılanmır.

Bütün bunlara baxmayaraq, şair 1961-ci ildə “Janngı kitap“

(Yeni kitab), 1963-cü ildə “Kök çinarla“ (Göy çinarlar), 1965ci

ildə “Jaralı taş“ (Yaralı daş), 1967-ci ildə “Üyügüze igilik“

(Evinə yaxşılıq), 1969-cu ildə “Çumla qızaradılar“ (Zoğallar

qızardılar), 1972-ci ildə “Jer kitabı” (Torpaq haqqında kitab)

şeir kitablarını çap etdirir. Bu kitablardan “Jaralı taş“ (Yaralı

daş) ona 1966-ci ildə M.Qorki adına Ədəbiyyat Mükafatını,

“Jer kitabı“ (Torpaq haqqında kitab) isə 1974-cü ildə SSRİ

Dövlət Mükafatını qazandırır.

268

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!