19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ömər Caşuv ulu Əliyev (Aliylanı) (25.08.1895, Kuban quberniyasının

Kart Curt kəndi - 1938). Elə şəxsiyyətlər var ki,

onlar ədəbi-bədii yaradıcılıqla ardıcıl məşğul olmasalar da ədəbi

mühitin formalaşmasında rolları böyük olmuşdur. Belə

insanlardan biri də Ömər Əliyev olmuşdur.

İlk təhsilini kəndlərində almış, sonra Malkardakı Köndələn

kəndinə gedərək orada oxumuş və yaşamışdır. Təhsilini Qahirədə

davam etdirmək arzusunda olan gənc Bakıya gələrək burada

işləyib pul qazandıqdan sonra istəyini reallaşdırmağa çalışmış,

burada dəmiryolunda və neft mədənlərində fəhlə işləmişdir.

Qahirəyə gedə bilməsə də Dağıstanda, qumuqların yaşadığı

məşhur Yaxsay mədrəsəsində oxumuş, ərəb, fars, türk dillərini,

islam elmlərini dərindən öyrənsə də din xadimi olmaq, bu

sahədə çalışmaq istəməmişdir. Dağıstanın inzibati və mədəni

mərkəzi olan Teymurxanşurada imtahan verərək rəsmi dövlət

məktəblərində müəllim işləmək hüququ verən diplom almışdır.

1915-ci ildə qumuqların yaşadığı Qumtorqala kəndində

müəllimliyə başlamış, 1916-cı ildə Tiflisə gedərkən Azərbaycan

türkcəsində cap olunan qəzet və jurnallara dağlı xalqlar

haqqında məqalələr yazmışdır. Oradan Ufa şəhərinə gedən

Ömər Əliyev Osmaniyə mədrəsəsində ərəb və türk dillərindən

dərs deməyə başlamışdır. Ufadakı müsəlman müəllimləri birliyinin,

sonra Rusiya Müsəlman Müəllimləri Birliyinin sədri,

Kazanda tatar türkcəsində çap olunan “Ukutuvcu”(oxuducumüəllim)

jurnalının baş redaktoru vəzifələrində işləmişdir.

Bolşeviklərin ölkədə yaratdıqları qarışıqlıq, onların xalqlara

azadlıq, xoşbəxtlik gətirəcəkləri haqqındakı şüarları gənc

Öməri də inandırmış, o, 1917-ci ilin dekabrında Kommunist

partiyasına üzv yazılmışdır. Vətəndaş müharibəsində iştirak

etmiş Ö.Əliyevi Stalin 1918-ci ildə rəhbərlik etdiyi Millətlər

Komissarlığında işə götürmüşdür. Komissarlığın işçisi kimi

258

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!