19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

lərini və “Tahir və Zöhrə” poemasını bu sənətkarın şəxsiyyət

konsepsiyası saymaq olar.

Birinci Dünya Savaşını şeirlərində və moizələrində kəskin

tənqid edən Kazim Meçiyev vətəninin Rusiya işğalından azad

edilməsinə can atanlardan olmuşdur. 1917-ci ildə II Nikolayın

taxtdan uzaqlaşdırılması, bolşeviklərlə ağqvardiyaçılar arasında

gedən qanlı savaşlar, Quzey Qafqaz xalqlarının birləşərək

Rusiya işğalından azad dövlət qurmaları ilahiyyatçı şairin içində

bir tərəddüdlər yaratmışdır.

O, bütün varlığı ilə savaşların durdurulmasını, insan qanının

axıdılmasına son qoyulmasını istəmişdir. Bolşeviklərin sosial

ədalət, savaşları durdurmaq, xalqlara azadlıq vermək haqqındakı

şüarları Kazim Meçiyev də inandırmışdır.

1920-ci ildən sonra yazdığı şeirlərində kommunist partiyasını,

Oktyabr inqilabını, kommunist öndərlərini, bir sözlə, sosializm

quruculuğunu, Sovetlər Birliyini tərifləyən, kasıbların

inqilabı sevinclə qarşıladığını tərənnüm edən coşqun misralara

da tez-tez rast gəlirik. Az vaxt sonra şair xalqının aldadıldığını

başa düşmüş, lakin yaşının çoxluğundan və eləcə də fiziki şikəstliyindən

düşündüklərini açıq söyləyə bilməmişdir. Quruluşa

qarşı narazılıqlarını misralarında eyhamlar şəklində söyləmişdir.

Xalq poeziyası üslubunda yazan şair sosializm quruculuğunu

tərənnüm etsə də, ədəbiyyata yeni gələn Rus Sovet şairlərinin

təsiri ilə yaradıcılığa başlayan gənclərin basqısına uğramış,

ədəbi mübahisələrdə tez-tez təzyiqlə üzləşmişdir. Sosializmi

yetəri qədər tərənnüm etməsinə baxmayaraq, 85 yaşlı şairi də

1944-cü il martın 8-də yaşadığı Kisibalık kəndindən xalqı ilə

birlikdə Qazaxıstan Respublikasına sürgün etmişlər. 1945-ci il

martın 15-də sürgündə ölən şairin nəşi (sümükləri) 1999-cu ildə

Taldı Kurqan vilayətinin Telman kəndindən Nalçikə gətirilmiş

və şərəfinə ucaldılmış abidənin yanında dəfn edilmişdir.

254

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!