19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İlahiyyatçı şairin ilk kitabı 1906-cı ildə Teymurxanşurada,

indiki Dağıstan Respublikasının Buynaksk şəhərində çap olunmuşdur.

Kitaba daxil edilmiş “İman-İslam” didaktik poeması

malkar türkcəsində ilk mətbu əsər sayılır.

İti hafizəsi sayəsində xalq arasında geniş yayılan mahnıları,

cırları və dastanları yaddaşında saxlayıb və onların təsiri ilə ilk

şeirlərini yazmağa başlayan Kazim Bekkin oğlu az zamanda

şifahi xalq ədəbiyyatını, aşıq-ozan ənənəsini yazılı ədəbiyyata

gətirən bir ustad kimi tanınmışdır. “Peyğəmbər” poemasını, “İsmayıl

kıssası” və b. əsərlərini yaratmışdır. “İsmayıl kıssası”

əsərində Qurani-Kərimdə özünə yer tapan, islam dinində olduqca

önəm verilən, Allaha insanın qurban kəsilməsinə son verən,

insan qurbanının qoçla əvəz olunması hadisəsi təsvir edilmişdir.

Hacı Kazimin şeirləri bölgədə dillər əzbəri olmuş, bu şeirləri

toylarda, məclislərdə xalq mahnıları kimi oxumuşlar. Xalqının

çoxsaylı təbəqəsinin təhsil almağa imkanı olmadığını görən

Kazim dini mövzuları xalq şeiri ruhunda, sadə və anlaşıqlı dildə

nəzmə çəkmiş, onun yazdığı zikrlər xalq arasında geniş yayılmışdır.

Bu da insanların islam dini ilə yaxından tanışlığına, onun

qaydalarından xəbərdar olmalarına şərait yaratmışdır.

1914-cü ildə Teymurxanşurada “İman-İslam” əsəri yenidən

çap edilmişdir. Şairin 1918-ci ildə yenə Teymurxanşurada çap

etdirdiyi “Soltan-Hamit al Çeqemi” şeiri də xalq arasında yayılmışdır.

Malkarların yaşadığı Çeqem dərəsində üsyan qaldırmış

insanların rəhbəri Soltan Hamit Kalabeyə həsr etdiyi bu şeirin

həcmi böyük olsa da, xalq onu əzbərləməkdən zövq almışdır.

Yaradıcılığı çoxcəhətli olan Kazim Meçiyevin şeirlərində ən

çox insan tərənnüm edilmişdir. “Adımız insandır” şeirində şair

ədəbiyyatda humanizm məsələsi ətrafında gedən mübahisələrə

münasibətini bildirmiş və insanın ən yüksək qiymətə layiq olduğunu

göstərmişdir. “Ovçuların mahnısı”, “Buz cigit” şeir-

253

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!