19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sadece Karaçay-Malkar yazılı edebiyatının babası sayılan Kazim

Meçinin Arap yazısı və Karaçay-Malkar Türkçesiyle yazdığı

şiirlerin yayımlandığı bilinmektedir” (Türkiye dışındakı...,

2002:224, 22-ci cild).

Son illər hazırlanan ədəbi topluları isə Qaltur Semenov (Semenlanı)

(1751-1851), Küçük Bayramukov (Bayramuklanı)

(1772-1862), Qasbot Qoçqarov (Qoçqarlanı) (1834-1940), Kazim

Meçilanı (Meçiyev) (1859-1945) və b. el şairlərinin əsərləri

ilə karaçay-malkar ədəbiyyatının başlandığını yazan araşdırıcılar

da vardır (Antaloqiya literaturı..., 2003).

3.1. Yazılı ədəbiyyatın yeni mərhələyə qədəm qoyması

Dağlı xalqlar, xüsusilə türklər XX yüzildəki itgilərə və sıxıntılarına

baxmayaraq kültürlərini qoruya bildilər və ona yeni

çalarlar da qazandırdılar. Bu zaman folklor əsərlərində milli və

dini hissləri təbliğ edən, qəhrəmanlıq ruhu oyadan mövzular

arxa plana çəkilsə də lirik janrların və Sovet ideologiyasının

təbliği ön plana çıxdı. Bir tərəfdən anonim şeirlərdən mahnılar

yaradılırdısa, digər tərəfdən də onların keyfiyyəti fərdi improvizəçilər

tərəfindən cilalanırdı. Məsələn, qaraçay-malkar mahnılarından

“Taukan”, “Aliyə cırı”, “Aycayaq”, “Karqış etme”

mahnıları və Rus-Yapon savaşına həsr olunmuş mahnılar sürətlə

xalq arasında yayılırdı. Eyni zamanda, həmin mahnılarla

yanaşı, improvizəçilərin adları məşhurlaşırdı.

Qasbot Bağır ulu Qoçqarov (Qoçqarlanı) (1834, Kuban

quberniyasının Uçkulan yaxınlığındakı Qasbot kəndi -1940).

Kasbot Bağır oğlunun uşaqlıq və yeniyetməliyi Qafqazda qanlı

savaşların hökm sürdüyü bir dönəmə təsadüf etmişdir. Qafqazın

quzeyini işğal etdikdən sonra sürətlə güneyə doğru irəliləyən işğalçı

Rus orduları bu yerləri də imperiyanın tərkibinə qatmışdır.

Lakin, işğal etdikləri əraziləri idarə etmək müharibə aparmaqdan

çətin olmuşdur. Çünki Rusiyada təhkimçilik hələ də davam

248

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!