19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

tanıdırlar: “Nart Örüzmek süyse kökge uçandı” (Nart Örüzmek

istəsə, göydə uçarmış) və ya “Kökge bulutlanı celça çaçhandı”

(Göydə buludları yel kimi dağıdandı) (Tavkul U., 1992:731).

Nizami Tağısoy (Məmmədov) 21-22 noyabr 2008-ci ildə Bakıda

keçirilən “Müqayisəli ədəbiyyat: Ədəbiyyatlarda və mədəniyyətlərdə

stereotiplər” mövzusunda Beynəlxalq Elmi Konfransda

“Balkar-qaraçay “Nart” qəhrəmanlıq eposu (Digər Qafqaz xalqlarının

“Nart”ları ilə oxşar və fərqli məqamlar) adlı maraqlı məruzəsində

də “Nart”lardan geniş söhbət açmışdır (Tağısoy N., 2008).

Bu gün folklor nümunəsi kimi söylənilən bədii parçaları tarixin

hansı kəsimindəsə ayrı-ayrı poetik istedadı olan insanlar yaratmışlar.

Zaman keçdikcə onların yazıçıları unudulsa da, tarixi hadisələrdən

bəhs edən cırlarda (yır) qəhrəmanların adları və onların hansı

tayfadan, soydan olduğu göstərildiyindən bu gün də yaşayır. Necə

deyərlər, cırlar (yır) xeyirxah insanları da, xalqına pislik edənləri

də, qorxaqları və satqınları da yaşadan qaynağa çevrilmişdir.

Bizim nağıl, qaravəlli, rəvayət dediyimiz folklor nümunələri

qaraçay-malkarlarda “comak” və ya “tavruh”, yəni tarix adlanır.

2.3. Uşaq folkloru

İdeoloji təsirlər altında türk xalqlarının çoxunda ovsunlar,

miflər və başqa folklor nümunələri vaxtında toplanıb çap edilmədiyindən

böyük bir qismi itib-batmışdır. Bütün bunlara baxmayaraq,

Sovetlər Birliyində rejim çökməyə başlayandan sonra

toplanan folklor mətnləri, keçirilən mərasimlər və bu mərasimlərdə

oxunan mahnılar göstərir ki, mətnlərdə oxşarlıq

çoxdur. Bunları sanamalarda (təkərləmə), cırlarda və başqa

uşaq folkloru nümunələrində də görmək olar. Məs.:

Bara, bara, cün tabdım,- Gedə, gedə yun tapdım,

Cün içinde tarak tapdım,-Yun içində daraq tapdım,

Tarağı ammğa berdm,-Darağı nənəyə verdim,

245

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!