19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Yalnız qonşu noqaylar, qumuqlar, tatarlar deyil, onlardan

çox uzaqda yaşayan qırğızlar, sakalar və başqaları da dastanlarını

qaraçay-malkarların Nart dastanlarını söylədiyi üslubda

söyləyirlər. Qonşu çərkəz, abaza, abxaz Nartlarından fərqli olaraq

qaraçay-malkarların Nartları türk mifologiyasına daha yaxındır.

Ritm, vəzn oxşarlığı da çox vaxt qorunub saxlanılır.

Nartların toplanıb nəşr edilməsinin və öyrənilməsinin tarixi

XIX yüzilin sonlarına təsadüf edir. Safar Ali Urusbiyevdən

toplanmış “Urızmek”, “Şauay”, “Raçikay”, “Sosuruk”

SMOMPK-ın 1881-ci il birinci buraxılışının ikinci bölməsinin

1-42-ci səhifələrində, M.Aleynikovun topladığı SMOMPK-ın

1883-cü il üçüncü buraxılışının ikinci bölməsinin 139-155-ci

səhifələrində, A.Bataşevin topladığı SMOMPK-ın 1896-ci il

iyirimi birinci buraxılışının ikinci bölməsinin 76-88-ci səhifələrində

çap olunmuşdur (Сабанчиев Х.-М.А.,1989).

Qaraçay-malkarlarda nəsr şəklində söylənilən, amma nağıl

olmayan folklor nümunələrinə “tavruh” (dastan, əfsanə, hekayə)

deyirlər.

Bizim atalar sözlərini qaraçay-malkarlar “Nart sözləri” adlandırırlar.

Bunun səbəbi miflərindəki əfsanəvi insanlar kimi təsvir

olunan Nartları ulu babaları saymalarıdır. Nart miflərində ilk dəfə

atı əhliləşdirib minən, ilk dəfə dəmiri kəşf edib ondan silah düzəldən

Nartlar olduğu deyilir. Onlar ağılı, mərdliyi, cəsarəti ilə əfsanəvi

varlıqları-divləri, cinləri və b. da məğlub edə bilirlər.

Nart əfsanələrinin qəhrəmanları bunlardır: Örüzmek, Sosurka

(Sosuruk), Soslan, Davat, Debet, Sibilçi, Alavqan, Fuk, Karaşavay,

Batırez, Cönger, Şrdan, Acemaz, Aymuş, Gezok, Satanay,

Ağunda. Örüzmek Nartların ən yaşlısı və ən ağıllısı, Batırez

düşmənlərə qarşı hiylə işlətmədən döyüşən ən cəsur cəngavər,

Sosurka ağılı və fəndləri ilə özündən güclü düşmənləri

yenən, Debet usta dəmirçi kimi təsvir edilir. Dastanda onu belə

244

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!