19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1930-cu ildə qaraçay-malkarlar kolxozlaşmanın əleyhinə

çıxdılar. Abdulkərim Xasanın başçılığı ilə xalq dörd günə bölgəni

bolşeviklərdən təmizlədi. Əslində bu, yaşam mücadiləsi

idi. Xalqın əlindən torpağı, mal-qarası alınmış, bir sözlə, insanlar

yaşamlarını təmin edəcək vasitələrdən mərhum edilmişdi.

Üsyan Sovet hərbi hissələri tərəfindən qəddarlıqda yatırıldı.

Kəndlər dağıdıldı, minlərlə insan öldürüldü - 3 min adam

güllələndi, 17 min nəfər həbsxanalara və sürgünlərə göndərildi

(Hayatı B., 1991:90).

Bütün bunlar azmış kimi, 1937-ci ildən başlayaraq Sovet

hakimiyyətinin qurulmasında, bolşeviklər partiyasının bölgədə

möhkəmlənməsində xidməti olan milli kadrlar başda olmaqla 7

min insana “xalq düşməni„ adı verilərək həbs edildi və güllələndi.

Bu da əhalinin hər 14 nəfərindən biri demək idi.

İkinci Dünya Savaşı isə qaraçay-malkar xalqı üçün əsl faciəyə

çevrildi. Əli silah tuta bilənlər - 17 yaşından 55 yaşınadək

kişilər Sovet ordusuna səfərbərliyə alınıb Almaniyaya qarşı

döyüşə göndərildi. Yüzlərlə insan dağlara çəkilərək partizan

savaşına başladı. Onlar müstəqillik naminə Sovet xüsusi xidmət

orqanlarına və alman ordularına qarşı vuruşa atıldılar. Alman

orduları Qafqazdan geri çəkildikdən sonra Sovet xüsusi

xidmət orqanlarının yaratdığı cəza dəstələri dağlara sığınmış

insanların üzərinə təyyarələrlə, tank və toplarla hücuma keçdi.

5 malkar kəndi yerlə yeksan edildi. Ullu qaraçay qalasındakı,

Kart Curt, Uçkulan və Xursuk kəndlərindəki müqavimət hərəkatı

iştirakçıları da məhv edildi (Hayatı B., 1991:99).

1943-cü ilin noyabrın 2-də qaraçaylar, 1944-cü il martın 8 də

malkarlar elliklə sürgünə göndərildi. Onların az qala yarısı yollarda

aclıqdan, soyuqdan və xəstəlikdən ölsə də, mübarizəni dayandırmadılar.

1957-ci ildə vətənə dönmək hüququ qazandılar.

240

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!