19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

araşdırıcılardan İ.M. Miziyev və Kazıy T. Layran bu toplumun

soykökündə kimmer, saka (skif, iskit) kimi prototürk tayfalarının

və hunların, bulqarların, as-alanların, xəzərlərin, sabirlərin

və qıpçaqların olması fikrində yekdildirlər. İ.M.Miziyev şumer

(sumer) yazıları ilə çağdaş qaraçay-malkar kəlmələrini müqayisə

edərək bir çox oxşarlıqlar tapmışdır. O, araşdırmalarında bu

nəticəyə gəlmişdir ki, qaraçay-malkarların ulu babaları – prototürklər

iskit (skif) - sarmat, hun, bulqar, alan, as və s. adlarla

tarix səhnəsinə daxil olmuşlar (Mızı ulu İsmail, 1993).

Soydaşlarından təcrid olunmuş halda, uca dağlar qoynunda

yaşayaraq təbiətin şıltaqlığına və yadelli işğalçılara qarşı

döyüşlərə mətanətlə sinə gərmiş xalqın bu günkü varlığını və

adət-ənənəsini yaşatması möcüzə sayıla bilər. 1790-1800-cü və

1808-14-cü illərdə bölgədə yayılan vəba xəstəliyindən minlərlə

insan məhv olmuşdur. Bunun ardınca rus ordusunun basqını

başlamışdır. Qaraçay-malkarlar nə qədər cəsarətlə döyüşsələr

də, çoxsaylı və daha mükəmməl atıcı silahlarla silahlanmış ordunun

qarşısında duruş gətirə bilməmişlər. Formal olaraq

1827-ci ildə malkarlar, 1828-ci ildə qaraçaylar çar Rusiyasının

tərkibinə daxil olmuşlar. Dağlarda partizan dirənişi isə müxtəlif

aralıqlarla 1940-ci illərin sonlarınadək davam etmişdir.

1. Tarixi özündə yaşadan xalq mahnılarının yaranma səbəbləri

Çar Rusiyası bölgədəki mövqeyini möhkəmlətmək üçün

1838-ci ildə Peterburqda “Qafqaz komitəsi” adlı bir təşkilat

qurdu. Bu təşkilatın planına görə Quzey Qafqazda yaşayan

xalqların üçdə biri köçürülməli və onlardan boşaldılan ərazilərə

rus kazakları yerləşməli idi. İlk baxışda könüllülük prinsipi

əsasında həyata keçirilən bu tədbir haqqında general

K.A.Fadayev 1899-cu ildə “Qafqaz məktubları” əsərində yazır:

234

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!