19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qazilər şurasının qərarı ilə Şeyx Şamil döyüşü dayandırandan

sonra da dağlarda üsyançı qruplar müqavimət göstərirdilər.

Çar Rusiyasının hökumət dairələri məcburiyyət qarşısında

qalıb ölkədə bir sıra islahatlar keçirməli oldular. 1861-ci il

təhkimçilik hüququnun ləğvi haqqında qəbul edilmiş qanun

dediklərimizə nümunə ola bilər. Bu qanunun qəbulundan sonra

Qafqazda müridizm hərəkatı sönməyə başladı. Döyüşüb qan

axıdan, itki verən qafqazlılar oldusa da qanundan ən çox yararlanan

isə Rusiya, xüsusən də təhkimli kəndlilər oldu.

İşğal etdiyi ərazilərdə idarəetməni asanlaşdırmaq üçün hökumət

1861-ci ildə Qafqazı vilayətlərə-quberniyalara ayırdı.

Qaraçay türklərini Kuban vilayətinin, malkar türklərini isə Terek

vilayətinin tərkibinə daxil etdi.

Basxan bölgəsində yaşayan, türkcə danışan toplum isə bəzi

qaynaqlarda orusbiylər kimi göstərilir (Türkiye dışındakı...,

2002, 22-ci cild). (Bölgü zamanı həmin ərazi – Baxsan başqa

bir vilayətin tərkibinə qatılsaydı, yəqin ki, indi statistikada qaraçay,

balkar adı ilə yanaşı orusbiy adlı bir “xalqa” da rast

gələcəkdik). Beləliklə, eyni dildə danışan, eyni mədəniyyətin

daşıyıcısı olan, eyni dinə inanan, eyni kökənli toplumdan iki

xalq - qaraçaylar və malkarlar formalaşdırılmağa başlandı.

Statistikada “qaraçay”, “balkar” kimi qeyd edilən xalqların

yaşadığı bölgə bir-birinə bitişikdir. Dilçiliyə, tarixə dair bütün

ədəbiyyatlarda bu xalqların bir kökənli olduğu və yazılı ədəbiyyatlarının

qaraçay, basxan-çeqem və malkar ağızı (şivəsi)

əsasında formalaşdığı göstərilir. Yüz illər boyu ərəb qrafikalı

əlifbadan istifadə edən qaraçay-malkarlar da 1929-cu ildə latın

qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. 1938-ci

ildə onlar üçün də əlifba hazırlandı. Kiril qrafikalı bu əlifbada

38 hərf var. Türk dillərinin hamısında olduğu kimi, onların dili

də səssizlərlə (saitlər) zəngindir (İsayev M., 1970). Bütün bun-

231

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!