19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

(2002), uşaqlar üçün nağıl kitabı “Bayterek” (2001) və b. kitabları

çap olunmuşdur. (Suyunova N., 2006:244-246)

Farida Muxambet qızı Sidaxmetova (22.11.1966, Stavropol

Diyarı Neftekum rayonunun Arteziyan Manqit kəndi). Fəridəni

8 yaşınadək nənəsi Avana tərbiyə etmişdir. Bölgədə məşhur

bozlavçı (ağıçı) kimi tanınan Avana haqqında həmyerliləri

“o daşı da ağladar” deyirlərmiş. Nənəsindən çoxlu folklor nümunəsi

öyrənən Farida 1978-ci ildə Qədriyənin faciəsindən üzülür.

Həmin günlərdə nəinki noqay ailələrində, qəzetlərdə, yaradıcı

ziyalılar arasında, hətta xarici radiolarda da Qərdiyənin

faciəsindən və gənc şairənin şübhəli ölümündən söz gedirdi.

Farida Qədriyənin faciəsinə maraq sonra onun yaradıcılığına

maraqla əvəzlənir. 1981-85-ci illərdə Çeçen-İnquş MSSR-in

Qudrumes şəhərindəki pedaqoji texnikumda oxuyanda, yəni

1983-cü ildə rusca yazdığı ilk şeirini “Krasnoye znamya” qəzetində

çap etdirir. Noqay türkcəsində yazılmış kitabları da ilk dəfə

texnikumda oxuyarkən Dağıstandan gəlmiş tələbə yoldaşlarında

görür. Onların vasitəsilə ana dilində yazılmış kitablarla və kitabların

müəllifi olan noqay yazıçı, şair və alimlərilə tanış olur.

Noqay türkcəsində yazdığı ilk şeirini isə 1986-cı ildə “Lenin

yolu” qəzetində nəşr etdirir. 1986-cı ildə Stavropol Diyarının

Qaraçay Çərkəz Muxtar Vilayətindəki dövlət pedaqoji institutunun

ibtidai metodika fakültəsinə daxil olur. Elə həmin il də

birinci dəfə Dağıstanda noqaylar yaşayan rayona gəlir. 1988-ci

ildə internat məktəbdə ibtidai sinif müəlliməsi işləyən gənc şair

Çerkesskdəki radionun noqay türkcəsində veriliş hazırlayan redaksiyası

ilə əməkdaşlıq edir. Bu ona noqay yazıçı, şair və

alimlərilə yaxından tanışlığa imkan yaradır.

1990-cı ildə Mahaçqalada çap olunan “Yaslardın davısı”

(Gənclərin səsi) toplusuna onun da noqay türkcəsində yazdığı

şeirlər daxil edilir. Ana dilində ilk şeir kitabı isə 1991-ci ildə

220

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!